az

ULTRA

ULTRA

Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Şirkət yarandığı andan Azərbaycan İKT bazarında seçilmək, daim yeniliklər tətbiq etməyi özünə missiya olaraq qoymuşdur. İntel və bir sıra iri İT korporasiyaların Azərbaycanda rəsmi tərəfdaşı olmaqla distribütiv satışı və avtorizə edilmiş İT məhsulların səlahiyyət verilən anbarına malik olub.

Ultra – Allways Innovation (daim yenilik) şüarı ilə aktiv olan şirkət, qısa zaman ərzində Azərbaycan İT bazarında lider şirkətlərdən birinə çevrilərək regionda İT sahəsi üzrə B2C, B2B, B2G istiqamətlərində işlər görür.

2008-ci ildən şirkət proqram təminatların yazılması, 2011-ci ildən isə inteqrator kimi də əlavə fəaliyyət xidmətlərini genişləndirir.


Hal-hazırda şirkət İntel, Microsoft, HP, Oracle, Cisco, İBM, Kingston, Tunçmatik, Rittal, AHA, MiSys, ST, Siveco və bir sıra məşhur İT korporasiyalarının rəsmi statuslu tərəfdaşıdır.



Şirkət əsas bu xidmətlər üzrə fəaliyyətdədir:

  • İnteqrasiya sistemləri, proqram lisenziyaları və proqram təminatlarının tətbiqi
  • Kompleks İT xidmətlər, İT infrastrukturun qurulması və Data Center-lərin yaradılması
  • İT kompüter və kompüter avadanlıqlarının distribütiv satışı
  • Korporativ və fərdi texniki dəstək xidmətləri
  • Rəsmi HP Servis Mərkəzi
  • Proqramlaşdırma
  • NEXUS - milli istehsal
  • İT Audit və Konsaltinq

Şirkətin işçi heyəti şirkətin inkşafı üçün güclü və effektiv çalışan 160 nəfərdən artıq bir neçə qrupdan ibarətdir. Şirkətinin bütün əməkdaşları daim öz bilik səviyyələrini artıran, yüksək texniki savada malik olan yerli və xarici vətəndaşlardan ibarət kollektivdir. İdarəetmə strukturu olaraq xətti funksional struktur olaraq rəhbərə tabe olan 6 qrupa və hər biri komandalara bölünmüş struktura malikdir.

2014-cü ildə şirkət rebranding edərək Ultra ad və loqosunu Ultra Technologies ilə əvəzləmişdir.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration