az

“Ultra Technologies” və “Intel” şirkətləri əməkdaşlıq imkanlarını genişləndirir

“Ultra Technologies” və “Intel” şirkətləri əməkdaşlıq imkanlarını genişləndirir


15 ilə yaxın tarixə malik ULTRA və “İntel” şirkətlərinin müvəffəqiyyətli əməkdaşlığı yeni bir müstəviyə qədəm qoyub. Azərbaycana səfəri zamanı rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə “Ultra Technologies” şirkətinin yeni ofisini ziyarət edən İntel şirkətinin “World Ahead Program” üzrə vitse-prezidenti Jhon E.Davies yeni layihələr və perspektivlərlə bağlı şirkət rəhbərliyi ilə ikitərəfli görüş keçirib. Şirkətlərin birgə fəaliyyətini yüksək qiymətləndirən Davies, “İntel” şirkətinin yeni məhsulları və həlləri haqqında ətraflı məlumat verərək, gələcəkdə Azərbaycanla birgə yeni perspektiv layihələrin reallaşdırılmasının mümkünlüyünü qeyd edib. Görüş zamanı “ULTRA” şirkətinin direktoru Zaur Məmmədzadə 1999-2014 illərdə görülmüş işlərin xülasəsindən ibarət təqdimatla çıxış edib. Direktor, 1999- 2014 illərdə birgə həyata keçirilmiş uğurlu layihələrdən söz açıb və onların içərisində Cənubi Qafqazda ilk wifi zonasının yaradılması, Azərbaycanın bir sıra universitetlərində “University Campus” proqram günlərinin keçirilməsi, ölkəmizin bir sıra orta məktəblərində müasir “İntel” platformalı noutbuklarin verilməsini xüsusi vurğulayıb.

Eyni zamanda şirkət rəhbəri, “Sigma” , “Sonoma” , “Napa” texnologiyaları ilə təhciz edilmiş Nexus(R) markalı noutbukların istehsal edildiyini, 2008-2014-cü illərdə orta məktəblərdə “One On One Education” , “Teach For The Future” kimi yeni İT konsepsiyaların reallaşdırılıldığını və “İntel” platformalı müasir avadanlıqların tətbiq edildiyini qonağın diqqətinə çatdırıb.


fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration