Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

Bakı Metropoliteni üçün “Maliyyə və Mühasibat uçotu sistemi"

“ULTRA Tecnologies” şirkəti,“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində 1C 8.3 üzərində Maliyyə və Mühasibat uçotunun avtomatlaşdırılması məqsədi ilə cari ilin əvvəlində metropolitenlə birgə əməkdaşlığa imza atmışdır. Şirkət, metropolitendə tətbiq edəcəyi 1C 8.3 mühasibat proqramı vasitəsilə müəssisənin əsas vəsaitlərinin və qeyri maddi aktivlərinin, mal-material və azqiymətlilərinin uçotunun aparılması, statistik və digər hesabatların hazırlanması, müəssisənin əməkdaşlarının əmək haqqlarının hesablanması və ödənilməsi, ümumiyyətlə maliyyə məlumatların sistemləşdirilməsinə imkan yaradacaq. Bundan əlavə, tikinti işlərinin smetasının tərtibi, pul vəsaitlərinin idarə olunması, izlənməsi, xərclərin qruplaşdırılması, smeta üzrə qalıq hesabatların hazırlanması, qəbul edilmiş obyektlərin balansa götürülməsi və s. də sistemin yaratdığı funksional imkanlardır. Bu sistem Metropolitenin tabeliyində olan baş idarənin və 26 qrumun işinin vahid mərkəzdən idarə edilməsinə imkan verəcək. Şirkət analitikləri bildirmişdilər ki, sistemin tətbiqi nəticəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti maliyyə, uçot siyasətinin effektivliyinin təşkil olunması və optimallaşdırılması, beynalxalıq İFRS hesabatlarına keçid və digər üstünlüklərə malik olacaq.  ULTRA şirkətinin çoxillik təcrübəsinə asaslanan 1C 8.3 Platforması əsasında büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibat uçotunun avtomatlaşdırılması sistemi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin BƏHM, ASAN Xidmət, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti, Azərbaycan Respublikasının Mərkəzi Bankında tətbiq edilmişdir.