“ULTRA Technologies” şirkəti İT mütəxəssislər üçün “WI-FI 6: yeni nəsil naqilsiz qoşulma” mövsuzunda video-vebinara qoşulmağı təklif edir. Şirkətin şəbəkə inzibatçılığı üzrə mütəxəssisi Teymur Şamilov “Wi-Fi” şəbəkələrinin yeni standartları və “Wi-Fi 6” giriş nöqtələri haqqında danışacaq.
Vebinarı dinlədikdən sonra sizi maraqlandıran suallara cavab tapa biləcəksiniz:
- “Wi-Fi 6”nın hansı üstünlükləri var?
- Yeni giriş nöqtələrinə keçməyə dəyər?
- “Wi-Fi 6”nı nə gözləyir və hansı perspektivlər mövcuddur?
Vebinar başa çatdıqdan sonra infrastrukturumuzda demo-test etmək üçün müraciət edə bilərsiniz.
Vebinarın təxmini müddəti 10 dəqiqədir.