Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

“ULTRA Technologies” şirkəti Əmək və Karyera Sərgisində iştirak etmişdir.

Ölkənin əmək bazarında yeni iş yerlərinin yaradılmasında maraqlı olan və sıralarını daim yeni əməkdaşlarla genişləndirən “ULTRA Technologies” şirkəti Bakı Ali Neft Məktəbinin tələbə və məzunları  üçün təşkil edilən növbəti karyera sərgisində iştirak edib. 

Tələbələr və məzunlar “ULTRA Technologies” şirkətində çalışmağın üstünlükləri, eləcə də Azərbaycanın əmək bazarında əlverişli iş şəraiti və layiqli əməkhaqqı təklif edən müəssisə kimi tanınan şirkətin vakansiyaları ilə tanış olmaq imkanı əldə ediblər.

Şirkət nümayəndələri sərgi iştirakçılarına cari vakansiyalar haqqında ətraflı məlumat veriblər. Sərgi zamanı "ULTRA Technologies"də çalışmaqda maraqlı olan iştirakçılar şirkətin İnsan Resursları Departamentinin nümayəndələrinə öz anket və CV-lərini təqdim etmək imkanını əldə ediblər.

Karyeranızı daim inkişaf edən, innovativ "ULTRA Technologies" şirkətində qurun!