Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

25 il “Daim İnnovasiya” şüarı altında

İT şirkəti üçün 25 il toplanmış böyük təcrübənin yeni zirvələri fəth etməyə imkan verdiyi, yetkinliyin enerji və yaradıcılıqla birləşdiyi bir mərhələdir. 

"ULTRA Technologies" bütün tarixi ərzində "Always Innovation" şüarına sadiq qalıb. Məhz daim innovasiyalara can atması sayəsində şirkət Azərbaycanın sistem inteqrasiyası bazarında öz layiqli yerini tutmağa, müştərilərin ehtiyaclarına fərdi yanaşmanı unutmadan öz məhsullarının tərtibatçısına və istehsalçısına çevrilməyə nail olub. Ölkədə İT sektorunun yaradıcılarından biri olan şirkət bu illər ərzində sektorun bütün inkişaf mərhələlərini əks etdirən enişli-yoxuşlu yol keçmişdir. 

Bu gün "ULTRA Technologies" şirkətinin müasir trendləri necə formalaşdırdığı və Azərbaycanın İT bazarının gələcək imicini necə yaratdığı haqqında şirkətin baş direktoru Məhəmməd Zülfüqarlı ilə müsahibəmizdə tanış ola bilərsiniz.

Məqalə ilə buradan tanış ola bilərsiniz:  http://surl.li/stbcp