Azərbaycan Proqram İstehsalı sahəsində ən uğurlu sistemlərdən biri yeni funksionallıqla təmin edilib.
Azərbaycanın təhsil sahəsində ən yaxşı
sistemlərdən biri hesab olunan EduMan
sistemində yeni tədris mövsümünə hazırlıq məqsədi ilə yeni funksionallıqlar
əlavə edilmişdir. Sistemin tətbiq olunması ilə təhsil müəssisələri maksimum təhsil
prosesinin şəffaflığının artırılması, rahat planlaşdırılması və tələbələr tərəfindən daha
keyfiyyətli təhsil almaq imkanı əldə edirlər.
Təhsil müəssisələri sistemdə tətbiq etməklə, aşağıdaki üstünlüklər əldə edəcəklər:
Tələbələrin operativ və rahat qeydiyyatı, elektron jurnal vasitəsilə qiymətləndirmə və dərsə davamiyyətin qeyd olunması və tədris işinin planlaşdırılması. Sistem vasitəsilə müəssisəyə aid kitabxananın elektron idarəolunması mövcuddur. Yenilənmiş versiyada bundan savayı müəllimlərin deferensial əmək haqqının hesablanması, elektron təqaüdlərin idarəolunması və s. kimi üstünlüklər əlavə edilmişdir.
Qeyd edək ki, “EduMan” sistemi “Ultra Technologies” şirkəti tərəfindən hazırlanmış və uğurla Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, “Baku Oxford School”da (BOS), Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan 5 kollecdə tətbiq edilmişdir.