az

Bakı “Age of Security Forum” – İnformasiyaTəhlükəsizliyi forumu

Bakı “Age of Security Forum” – İnformasiyaTəhlükəsizliyi forumu

BAKOTECH və “Ultra Technologies” şirkətləri İT/İnformasiya təhlükəsizliyi mütəxəssislərini noyabrın 4-də Bakıda keçiriləcək “Age of Security” forumuna dəvət edirlər. Tədbir “Gartner”ə əsasən informasiya təhlükəsizliyi sahəsinin liderlərini bir araya gətirəcək. Konfransda, müasir kibertəhlükələrə qarşı effektiv müdafiənin təşkili baxımından ən yaxşı təcrübələr nümayiş etdiriləcək.

Forumun xüsusi qonağı müstəqil İT-ekspert, “Gartner Catalyst”, “Gartner IDM Summit”, “IT Experts” kimi məşhur tədbirlərin daimi məruzəçisi, “Costidity” metodologiyasının banisi, İT-təhlükəsizliyi mövzusunda bir sıra nəşrlərin müəllifi olan Vladislav Şapiro olacaq. Tədbirdə Vladislav kibertəhlükələrin keçmişinə nəzər salacaq, həmçinin, şəxsi təcrübəsinə və qlobal tendensiyalara əsaslanaraq, informasiya təhlükəsizliyi sahəsində gələcək çağırışlara cavab vermək üçün necə hazırlaşmalı və müasir kibermüdafiə yanaşmalarında nələri dəyişməli olduğumuz haqqında danışacaq.

 Bakıda keçiriləcək “Age of Security Forum”un proqramı ilə tanış olmaq, həmçinin,  qeydiyyatdan keçmək üçün    https://goo.gl/zGGO1F   ünvanından istifadə edə bilərsiniz.

 

Tədbirdə iştirak pulsuzdur. İlkin qeydiyyat mütləqdir.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration