MedUP – tibb müəssisələrinin idarəetmə sistemi
Sistemin funksionallığı
MedUP – Tibb Xidməti İdarəetmə sistemi.Tibb Xidməti İdarəetmə Sistemi bütün səhiyyə müəssisələri üçün nəzərdə
tutulan, pasientlərə tibbi xidmətin
avtomatlaşdırılmasını təmin edir.
Tibbi proseslərin avtomatlaşdırılması və idarəedilməsi üçün nəzərdə tutulun bu sistem, pasientlərin tibbi kitabçası, ambulator və stasionar müalicələri, dövrü tibbi baxışları, tibbi baxışları haqqında məlumatların daxil edilməsini və onlardan istifadəni həyata keçirir.
Tibbi kitabça
Bu sistem əsas olaraq pasientin tibbi kitabçasının elektron şəkildə yaradılması və istifadə olunmasını təmin edir. Yaranmış tibbi kitabça vasitəsi ilə pasientin sağlamlıq vəziyyəti haqqında hərtərəfli məlumat almaq mümkündür. Qeydiyyatdan keçmiş hər bir pasientin tibbi kitabçasına müayinə və müalicə prosesi barəsində məlumatlar daxil edilir və dövrü olaraq sistemdə yenilənir.
Pasientlərin
mualicə prosesi
Sistemdə elektron şəkildə yaradılmış pasientin tibbi kitabçasında, cari ambulator və ya stasionar müalicələrinə nəzarət etmək və müalicə prosesləri haqqında geniş şəkildə məlumat almaq mümkündür. Passientin müayinə, analizlər, diaqnoz təyini və müalicə prosesi həmçinin, cərrahi əməliyyatı haqqında məlumatları daxil etmək , elektron sənəd şəklində sistemdə saxlamaq mümkündür. Bu sistem istənilən vaxt sistemdən tibb müəssisəsi üzrə bütün pasientlərin siyahinisi elektron variantda əldə etməyə imkan yaradır.
Hesabatlar və sistem istifadəçiləri
Sistemdə müxtəlif növ hesabatları və pasientlər haqqında istənilən məlumatı əldə etmək mümkündür. Sistem cari və tarixə görə, pasientlərə və müalicə proseslərinə görə hesabatlar almağa imkan yaradır. Həmçinin, sistemdə istənilən sayda sistem istifadəçisi yaratmaq imkanı ilə bərabər, istifadəçi müxtəlifliyini nəzərə alaraq xüsusi çox funksiyalı istifadəçi paneli nəzərdə tutulub.
Axtarış sistemi
Sitemdə sadə, sürətli və ətraflı axtarış modulları ixtiyari sorğunun tapılması prosesini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Ətraflı axtarış modulu sistemdə bir neçə parametrə görə lazımi məlumatı operativ şəkildə tapılmasını təmin edir.
Sistemin üstünlükləri
- Ümumi tibb xidmətləri üzrə lazım olan bütün hesabatların tez bir zamanda əldə edilməsi
- Rahat istifadəçi interfeysi
- Oracle ve Java texnologiyalari üzərində qurulmuş sürətli sistem
- Verilənlərin təhlükəsizliyinin təmin olunması
- Ümumilikdə tibb müəssisələrində elektron tibbi kartlardan istifadə
- İstənilən həcmdə və növdə məlumatların daxil edilməsi
- İxtiyari sayda istifadəçilərə sistemə daxilolma hüququnun verilməsi
- Operativ axtarışsistemi
- “Web application “ üzərində yazıldığından ixtiyari yerdə və zamanda məlumatların alınması
- Pasiyentlər haqqında bütün məlumatların elektron
- formada əldə edilməsi
Sistemin modulları























İstifadə Olunan Texnologiyalar