az

AMRAHBANK ilə Microsoft Enterprise Agreement razılaşması

AMRAHBANK ilə Microsoft Enterprise Agreement razılaşması

Azerbaycanda daha bir bank Microsoft Enterprise Agreement razılaşması imzaladı .

Azərbaycanın ən böyük sistem inteqratoru, ULTRA şirkəti, AMRAHBANK ilə Microsoft Enterprise Agreement razılaşması imzaladı. Bu razılaşma Microsoft platformasına korporativ standart kimi üstünlük verən və fərdi kompüterlərin miqdarı 250 ədəd və daha çox olan təşkilatlar üçün nəzərdə tutulmuşdur.

Razılaşmanın fərqləndirici xüsusiyyəti, Enterprise Agreement əldə edilməsindən əvvəl AMRAHBANK Get Genuine Windows Agreement proqramı çərçivəsində bütün işçi stansiyalar üçün Windows əməliyyat sisteminin baza lisenziyalarını əldə edib.

GGWA - korporativ istifadəçilərin komüpterlərində daha əvvəl qurulmuş lisenziyasız Microsoft şirkəti əməliyyat sistemi surətinin lisenziyalaşdırılması üçün həlldir. Bunun üçün Windows əməliyyat sisteminin 5 və daha çox kompüter üçün lisenziya əldə etmək lazımdır.  Bu addımın atılması, korporativ lisenziyalaşdırma proqramı  (ilk növbədə Enterprise Agreement həllinə aiddir) çərçivəsində yalnız Windows Upgrade lisenziyası əldə edilməsinə görə sifarişçinin əməliyyat sisteminin baza lisenziyalarına malik olması vacib idi.  Məhz Get Genuine Windows Agreement stolüstü əməliyyat sisteminin baza lisenziyasını əldə etmək və bununla kontrafakt əməliyyat sistemi, çatışmazlıq və lisensiyası olmayan proqram təminatı, həmçinin pirat versiyalı proqram təminatı ilə baş verən halları həll etməyə imkan yaradır.

AMRAHBANK proqram təminatının qanuniləşməsi layihəsi üzərində aparılan işin gedişatında, ULTRA şirkətinin lisenziya mütəxəssisləri serverlər və işçi stansiyalar üçün proqram təminatının standart dəstinin optimal sxemi tətbiq edilib.

Razılaşmanın üç illik müddəti ərzində Banka Software Assurance proqramı üzrə əlavə pulsuz xidmətlər paketi təqdim ediləcək. Microsoft şirkətinin bu dəstək proqramı razılaşmanın bütün müddəti ərzində proqram təminatının yeni versiyalarından pulsuz istifadə edilməsi, İT-mütəxəssislərin sertifikatlaşdırılmış tədris mərkəzlərində pulsuz təlimi, 24\7 texniki dəstək, həmçinin ev kompüterlərində Microsoft Office proqram paketindən istifadə etmək imkanı yaradır.
 
 "Microsoft proqram təminatının qanuniləşdirilməsi - bizim Bankın İT-infrastrukturunun inkişafında çox əhəmiyyətli addımdır”  - deyə, AMRAHBANK informasiya texnologiyaları departamentinin direktoru Əziz Abdiyev bildirib. “Əldə edilmiş lisenziyalar ilə Bankın mərkəzləşdirilmiş idarə fəaliyyətinin bütün sferalarında əmək məhsuldarlığının göstəricilərinin artımına gətirib çıxaracaq. Software Assurance üstünlükləri sayəsində  köhnəlmiş proqram təminatı versiyalarından istifadə zamanı işlərin dayandırılması və biznes proseslərlə nəzərdə tutulmayan proqram təminatının silinməsi ilə vaxt itkisini əhəmiyyətli dərəcədə azaldacağıq. Bundan başqa, bizim tərəfimizdən razılaşma müddəti üzrə sabit qiymətlərlə əldə edilmiş PT sayəsində büdcəmizi optimallaşdıra, sistemləşdirmə praktikasını tətbiq edə və məhsul alınma prosesi və yenilənmələri mərkəzləşdirə bilərik.”


fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration