az

“ASAN xidmət” mərkəzi üçün infrastruktur və İT həllər

“ASAN xidmət” mərkəzi üçün infrastruktur və İT həllər

Ultra Technologies şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzinin fəaliyyəti üçün infrastrukturun yaradılmasını uğurla tamamladı. Agentliyin və mərkəzin işi üçün bütün lazımi komponentlərin layihəsinin hazırlanması və həyata keçirilməsi üzrə xüsusilə də şəbəkə və server infrastrukturu, avadanlığın köklənməsi, növbə sisteminin yaradılması, zəng mərkəzinin yaradılması, Mərkəzin saytının işlənib hazırlanması və s. kimi işlər görülmüşdür.
Lokal şəbəkənin hazırlanması üzrə layihənin əvvəlində iş, texniki tapşırığın işlənib hazırlanması ilə başladı, texniki tapşırıq ətraflı təhlildən və sifarişçi şirkətin tələblərindən sonra maksimal olaraq işləndi. İlk öncə istifadə edilən topologiya, lazımi sayda qoşulma portları, əsas istifadəçilərin və cihazların sayı kimi əsas məqamlar müəyyənləşdirildi. Habelə serverin yerləşdirilməsi üçün optimal yer və lokal şəbəkə magistral yollarının çəkilişi müəyyənləşdirildi. Lokal şəbəkə üçün əsas tələblərdən biri rəddədavamlılıq idi. Lokal şəbəkənin layihəsi hazırlanarkən Ultra Technologies şirkəti gələcək lokal şəbəkənin bütün «çatışmayan» məqamlarını müəyyən etdi və HP şəbəkə avadanlığı əsasında onun rəddədavamlılığını artırmaq üçün kompleks tədbirlər təklif etdi.   
Aktiv avadanlığın yerləşdirilməsi və onun lokal və elektrik şəbəkələrə qoşulması sxemi elə bir şəkildə qurulub ki, buda bütün sistemi maksimum etibarlı və rəddədavamlı edir.   
Artıq indi demək olar ki, fövqəladə vəziyyətlərdə belə nəzərdə tutulmuş şəbəkə iş qabilliyyətini tamamilə itirməyəcək və ya  xeyli müddət işləməyə davam edəcək ki, onunla qarşılıqlı əlaqədə olan istifadəçilər və xidmətlər öz işlərini lokal şəbəkədə düzgün tamamlaya bilsinlər.
   

Növbə sistemi

ASAN-da unikal növbə sistemi qurulub və hal hazırda tam olaraq işləyir. O, güclü funksionala, cəlbedici interfeysə və asan istifadəyə malikdir. Növbə bileti çap edildiyi andan operatorun xidmət göstərməsinə qədər sistem ziyarətçini yönəldir. Ziyarətçi bileti götürən kimi xüsusi monitor biletin alınmasını təsdiq edir.  Gözləmə zalının və operatorların yerini nəzərə alaraq sistem ilk öncə ziyarətçini hansı mərtəbəyə qalxmasını və daha sonra hansı operatora yaxınlaşmasını ona bildirir. Ziyarətçi əvvəlcədən növbəni www.asan.gov.az  veb saytı ilə onlayn növbə sistemi vasitəsilə bron edə bilər ki, bu da ona Agentliyə getməsi üçün uyğun olan vaxtı seçməyə və hətta eyni zamanda bir neçə xidmətdən səmərəli istifadə etməsinə imkan verir.       

Sistemin əsas cəhətləri:

1.    Sistemin işini təxirəsalınmaz təshihi üçün zalda baş verən hadisələrin tam onlayn nəzarəti: 

• Növbə gözləyən müştərilərin sayı;
• Maksimal gözləmə vaxtı;
• Operatorların yükümlülüyü;
• Xidmətlərin yükümlülüyü;
• Gün ərzində iş yükünün paylaşdırılması;
• Bir neçə şöbəyə distant nəzarət;
• İstifadəçilərin internet qeydiyyatlarına baxış

2.    Statistik hesabatların cədvəl və qrafik formalarda qurulması imkanı: hər bir operator üzrə, hər bir xidmət, ziyarətçi və s. üzrə.
3.    İnternet-qeydiyyat.
4.    Sənədlərin qəbulu və verilməsi üzrə növbələrin və xidmətlərin paylaşdırılması imkanı.
Yaradılan “Çağrı” mərkəzi vasitəsilə vətəndaş, mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri və tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilər.



www.asan.gov.az

Mərkəzin veb-portalına toxunaraq qeyd etmək istərdik ki, Ultra Technologies şirkəti ilə birgə yaradılmış www.asan.gov.az saytı Agentliyin işi barədə tam dəyərli məlumatları əhatə edir. Bu ilk növbədə agentlik tərəfindən göstərilən  bütün xidmətlər barədə tam dolğun məlumatlardır: xidmətlərin siyahısı, reqlament, dövlət rüsumları və s.Bundan başqa onlayn əlaqə sistemi (operatorla internet vasitəsilə real ünsiyyət), onlayn növbə, E-Asan – sənədlərin onlayn göndərilməsi, xidmətin işi barədə məlumat. Əlbəttə ki, saytda ASAN barədə xəbərlər, foto və video materiallar da vardır. Saytın hazırlanması zamanı heç bir hazır standart vasitələrindən istifadə edilməyib. Şirkət bu sayt üçün yüksək dinamiklik, çoxdillilik və çox yüksək təhlükəsizlik tələblərinə cavab verən xüsusi platformanı işləyib hazırlamışdır. Ultra Technologies şirkəti buna bənzər layihələri həyata keçirərək ölkəmizin inkişafına öz töhfəsini verməyə davam edir. 


Cisco® Birləşdirilmiş Birbaşa Əlaqə Mərkəzi

Bu imkanları VXSİDA-da Ultra Technologies şirkəti tərəfindən quraşdırılmış 400-ə qədər agent üçün asan tətbiq və istifadə olunan, təhlükəsiz, virtual, yüksək səviyyədə mövcud olan qarşılıqlı müştəri əlaqələrinin idarə olunması üzrə ehtiyaclara cavab verən Cisco® Birləşdirilmiş Birbaşa Əlaqə Mərkəzi təqdim edir. Cisco Birləşdirilmiş Birbaşa Əlaqə Mərkəzi daha geniş miqyasda elastiklik və daha çox tələb olunan mühitləri təklif edən zaman təcrübəli və avtomatik paylanan zəng distribütoru, interaktiv səs cavabı, kompüter və telefon qarşılıqlı əlaqəsi, agent və stolüstü xidmətləri təmin edərək azaldılmış biznes xərcləri və təkmilləşdirilmiş müştəri cavabları ilə nəticələnən güclü və agent yönümlü xidmətlər, o cümlədən tam inteqrasiya olunmuş özünə xidmət mexanizmlərini dəstəkləyir.
“Çağrı” Mərkəzi daxil olan və göndərilən səs, elektron poçt və veb çatlar üzrə  biznes qaydalarınızın təmin olunmasına kömək edir; müştərilərlə qarşılıqlı əlaqənin idarə olunması hər bir əlaqənin birinci dəfə düzgün agentə çatdırılmasının təmin edilməsinə yardım edir. Cisco Birləşdirilmiş Birbaşa Əlaqə Mərkəzi üçün Cisco Birləşdirilmiş İşçi Qüvvəsinin Optimallaşdırılması supervayzerlər və digər menecerlərin işçi qüvvəsinin optimallaşdırılmasının komandanın gündəlik iş yükünə əlavə edilərək əlaqə mərkəzinin fəaliyyətini biznes məqsədləri ilə birləşdirilməsinə kömək edir.




“Şəffaf monitor”

ASAN xidmətin Yasamal filialının texnoloji qurumlası işlərini yerinə yetirən Ultra Technologies  şirkəti filialda bir çox texnoloji yeniliklər tətbiq etmişdir. Belə ki, dünyada ən son texnoloji yenilik olan şəffaf monitorlar əhalinin informasiya alması məqsədilə foyedə quraşdırılmışdır. Diaqonalı 70” olan və FULL HD keyfiyyəti ilə görüntü yayımlayan bu monitor istənilən işıqlanma şəraitində həm monitor, həm də şəffaf şüşə rolunu oynayır. 1920x 1080px nisbətində olan sensor və HDMİ interface-in köməyi ilə təsvirin ən yüksək keyfiyyəti ilə monitorda canlanmasını təmin edir. Bundan əlavə,  Mymultitouch LCD monitoru LVDS to HDMİ ,VGA, DVİ portalları ilə təchiz olunmuşdur.  Analoqu olmayan şəffaf monitorlar Almaniyada istehsal olunmuşdur. Şəffaf  monitor ilk dəfə olaraq 2013-cü  ildə CeBit sərgisində ictimaiyyətə nümayiş olunmuşdur.
Bundan başqa filialdakı xidmət mərkəzlərinin xəritəsini və yönləndimə yollarını göstərən 3 tərəfli interaktiv kiosklar quraşdırılmış, ASAN xidmətin mərkəzi çağrı sistemi ilə video əlaqə yarada bilən SKYPE kioskları əhalinin istifadəsinə verilmişdir.




Server infrastrukturu

Sirr deyil ki, server infrastrukturu – bu təşkilatın ayrılmaz və mühüm bir hissəsidir. Bütün müəssisənin işi serverin stabil işindən asılıdır.  

Ultra Technologies şirkəti, НР Blade servers əsasında olan server infrastrukturunu elə şəkildə nəzərə alıb ki, yerləşdirilmiş məlumat hər zaman aktiv olacaq, icazəsiz giriş və itkidən qorunacaq, lakin onunla qarşılıqlı əlaqə maksimum tez və asan olacaq. Habelə maliyyə xərclərinin azaldılması, bu və ya digər gündəlik funksiyaların artırılması kimi məqamlar diqqətdən kənarda qalmayıb.  
İT sənayenin inkişaf templəri bu və ya digər tapşırığın zəngin proqram həllərinin seçiminə səbəb olur, lakin əməliyyat sisteminin seçimi əsas məqamlardan biridir.

Vmware əsasında virtual mühitdən istifadə seçilmişdir ki, bu da aşağıdakıları təşkil etməyə imkan verir:

•    Mövcud resurslardan alınmasının artırılması: infrastrukturun ümumi resurslarının bir nöqtədə birləşdirilməsi və serverlərin gücləndirilməsi vasitəsilə köhnəlmiş modeldən çıxma «bir server — bir proqram».

•    Fiziki infrastrukturun azaldılması və inzibatçıların sayına görə serverlərin sayının artırılması sayəsində MEM üzrə xərclərin azaldılması: serverlərin və əlaqədar avadanlıqların sayının azaldılması lazımi otaq sahəsinin azaldılmasına səbəb olur.

•    Fasiləsizlik səviyyəsini artırmaq üçün avadanlıqlara və proqramlara daxilolma imkanlarının artırılması: işi dayandırmadan etibarlı ehtiyat nüsxələmə və virtual mühitlərin bütünlüklə daşınması. Gözlənilməz xətalardan sonra planlı olaraq işsiz dayanma və cəld bərpa etmə istisnadır.

Server soyutma sitemləri

İT sistemlərin soyudulması sahəsində ixtisaslaşmış Rittal şirkəti , LCP DX (Liquid Cooling Package Direct Expansion) soyuducu maye sistemini  və  freonu  istehsal edir.

Kompüter aparatlarının hazırlığını təmin edərkən mikroiqlim nəzarəti vacib rol oynayır. Serverin lazımi temperaturda işləməsinə nəzarət edilmədikdə onun xidmət müddətinin azalmasına və eləcə də,  sistemin işləməməsinə səbəb ola bilər.Geniş məlumat emalı mərkəzləri üçün mikroiqlimin nəzarəti sistemi vacib komponentlərdən biridir.

Xüsusi olaraq kiçik və orta müəssisələr üçün Rittal şirkəti 15 kvt həcmə qədər gücü, sürətli  LCP DX  soyuducu sistemini işləyib hazırlamışdır.

Məhz bu sistem Ultra Technologies şirkətinin mütəxəssis heyəti tərəfindən ASAN xidmətin  məlumat resurs mərkəzində quraşdırılmışdır. Xüsusi avadanlığın əsas üstünlüyü ondan ibarətdir ki, o istiqamətlinmiş soyuducu havanı birbaşa server avadanlıqlarına yönəldir, server otağına yox. Bu həm kifayət qədər enerjiyə qənaət olunmasına gətirib çıxarır, həm də daha peşəkar soyutma atmosferi yaradır.

2011-ci ildə 50 illik yubileyini qeyd edən "Rittal" korporasiyası İT bazarda şəbəkə və telekommunikasiya korpusları üzrə etalona çevrilib. Rittal 1961-ci ildən  qısa müddətdə dünyanın bir çox tanınmış korporasiyaları ilə (HP,İBM, SUN və s.)  tərəfdaşlıq qurmuşdur. Hazırda, Rittal İnternational -"Friedhelm Loh Group"un ən böyük konsern şirkətidir.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration