az

Data Center ( Məlumat və Resurs Mərkəzi)-nin qurulması

Data Center ( Məlumat və Resurs Mərkəzi)-nin qurulması

Daim dəyişən məlumatları dinamik idarə etmək üçün məlumatların emalı üzrə mərkəzdən – Məlumat Mərkəzindən (Data Center)  istifadə etmək lazımdır
 
•    Məlumat-mərkəzinin tikilməsinə və təchizatına dair ətraflı büdcənin hazırlanması.  Müştəri bütün iş sənədləri və smetaları ilə təmin ediləcək. Məlumat-mərkəzi tamamilə komplektləşdiriləcək və lazımi şəbəkələrə və əlaqə kanallarına qoşulacaq. Binanın çox sayda kompüter texnikası ilə işləməsi üçün məcburi amillərdən biri kimi server otağının kondisiyalaşdırılması ən kiçik təfərrüatlarına qədər nəzərə alınacaq.
•    Məlumat mərkəzi bilikli və ixtisaslı mütəxəssislərin rəhbərliyi altında effektiv işləyəcək. Ultra Technologies bütün lazımi məlumatların müştəri-firmanın əməkdaşlarına verilməsini öz üzərinə götürür.
•    Məlumatların Emalı Mərkəzi tam yoxlamadan keçiriləcək.  Bununla yanaşı, binanın bütün tələbləri nəzərə alınacaq, server otağı öz vəziyyətinə görə dəqiq qiymətini alacaq.
•    Server layihələndirilməsi ilə yanaşı binanın yerləşdiyi yer, binaya aid ərazi, o cümlədən məlumat mərkəzlərinin fəaliyyət göstərməsi üçün bütün lazımi infrastruktur və elektrik təchizat mənbələri nəzərə alınır.
•    Şirkətimiz bütün görülmüş işlərə görə zəmanət verir.
   

Məlumat mərkəzi üçün nə vacibdir?


Bir qayda olaraq avadanlıqların məlumat mərkəzlərində kompakt yerləşdirilməsi üçün server dayaqları (rack) və aşağıda göstərilmiş sistemlər quraşdırılır:
 
•    Fasiləsiz elektrik təchizat sistemi. Məlumat-Mərkəzinin düzgün işləməsini təmin etmək üçün  fasiləsiz elektrik enerji təchizatı sistemi – generator quraşdırılır.
Elektrik enerjisinin təchizatı kəsildikdə generator avtomatik işə düşür və 27-30 saniyə ərzində elektrik enerjisini ötürür. Bütün bu müddət ərzində serverlər və digər lazımi avadanlıqlar enerjini UPS-dən alır.
•    Soyutma və iqlim-nəzarət sistemi. Server otağında 24х7х365 rejimində işləyən iki presizion kondisionerlər quraşdırılır. Təyin edilmiş temperaturdan başqa bu kondisionerlər otaqda nisbi rütubətliliyi də saxlayırlar.
•    Qaz yanğınsöndürmə sistemi. Server otağında FM-200 qaz yanğınsöndürmə sistemi quraşdırılır. O, avadanlıqlar, o cümlədən insanlar üçün təhlükəsiz və zərərsizdir. Yanğın zamanı qaz buraxılır və o oksigeni udur, bununla da yanğının qarşısını alır.
•    Video müşahidə və monitorinq sistemi. İşçilər server otağında olduqda və ya olmadıqda server otağında müşahidə aparmaq üçün orada İP kameralar quraşdırılır.
•    Bioloji giriş sistemi. Server otağına girişin məhdudlaşdırılması və kənar şəxslərin ora daxil olmasının qarşısını almaq üçün “Fingerprint” sistemi quraşdırılır. Məhdud sayda insanların barmaq izləri “Fingerprint” sisteminə daxil edilir.
Məlumat və resurs serverləri qurulmuş mərkəzin beyni hesab edilir. Ən yüksək texnologiya ilə qurulmuş server sistemi gündə 24 saat işləyir və saniyədə milyonlarla əməliyyat yerinə yetirir.
Məlumat mərkəzi «Faradey otağı» prinsipi üzrə qurulur. «Faradey otağı» ingilis alimi Maykl Faradeyin ixtirasıdır. Bundan texnikanı xarici elektromaqnit sahələrindən ekranlamaq üçün istifadə edilir. O, yaxşı keçiricilik qabiliyyətinə malik materialdan hazırlanmış və yerlə birləşdirilmiş otaqdan ibarətdir.
Faradey otağının effektiv işləməsi üçün şəbəkə otağının ölçüsü qarşısı alınmalı olan şüalanma dalğasının uzunluğundan xeyli az olmalıdır. Cihazın fəaliyyət prinsipi elektromaqnit sahələrinin təsiri altında keçiricilərdə elektronların yenidən paylanması əsasında təşkil olunub. Bütün quraşdırılmış avadanlıq və çəkilən şəbəkələr TİA-942 beynəlxalq standartına (Telecommunications Infrastructure Standards for Data Centres) cavab verir. Burada məlumat mərkəzinin qurulması zamanı standart üzrə tələblər əksini tapıb.
  
Qurulmuş server otaqları


2007-ci ildən başlayaraq Ultra Technologies  aşağıda göstərilmiş layihələr çərçivəsində server otaqlarının qurulmasını həyata keçirib:

•    Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məlumat Resurs Mərkəzi
•    Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Məlumat Resurs Mərkəzi
•    Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin server otağı
•    Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin Məlumat Resurs Mərkəzi


fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration