az

EDUMAN - Təhsil müəssisələrinin tədris proseslərini avtomatlaşdırma sistemi

EDUMAN - Təhsil müəssisələrinin tədris proseslərini avtomatlaşdırma sistemi

Sistemin məqsədi


    Təhsil müəssisələrinin tədris proseslərini avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş bir sistemdir.

Sistemin köməkliyi ilə müəllim və tələbə arasında qarşılıqlı tədris fəaliyyətinin genişlənməsi, müəllimlərin tədris planlarına nəzarət etməsi, təhsil resurslarının mərkəzləşdirilmiş saxlanılma qaydalarının təşkili, statistik və analitik hesabatlar üzrə informasiyanın toplanılması, təşkil olunacaq imtahanların daha effektiv və mərkəzləşdirilmiş yolla aparılması, imtahan şəffaflığının və effektliyinin artırılması, tədris üzrə təşkilatı strukturun idarə edilməsi, əvvəlcədən müəyyən edilmiş tədris üzrə hesabatların hazırlanması və s. kimi geniş imkanlar təqdim edir.


Sistemin modulları


Təşkilati StrukturModulu
Tələbə Modulu
Valideynlər Modulu
Tədris Planı Modulu
Tədris Qrafiki Modulu
Fənn Proqramı Modulu
Dərs Cədvəli Modulu
Mövzu-təqvim Planı Modulu
Fərdi Plan Modulu
Gündəlik Plan Modulu
Qiymət Cədvəli Modulu
Elektron Jurnal Modulu
Ədəbiyyatlar Modulu
Tam və Dərin Axtarış Modulu
Hesabatlar Modulu
Filtrasiya və Təhlükəsizlik Sistemi Modulu
Təhsil Ödənişlərin İdarəedilməsi Modulu
Sistemin Dil Seçiminin Dəstəkləmə Modulu
İmtahan Modulu

 




Sistemin üstünlükləri

1.    Sistemin ayrı - ayrı proseslərinin avtomatlaşdırılması
       Bütün təhsil müəssisələrin vahid sistemə birləşdirilməsi

2.    Vahid informasiya üzrə məlumat bazasının yaradılması
       İstənilən kompüterdən həm daxili şəbəkə vasitəsi ilə həm də, internet şəbəkəsi vasitəsi ilə məlumatların  ötürülməsi

3.    Dərs cədvəllərinin qurulması
       Müəllimlərə aid olan planların (Mövzu – təqvim planı, gündəlik plan, fərdi plan)  hazırlaması imkanı

4.    Təşkilati strukturda aparılan düzəlişlərin əlavə edilməsi
       Müxətlif ölçüdə hesabatların hazırlanmasını və onların MS OFFICE proqramı ilə inteqrasiyasının təmin  edilməsi

5.    Tələbələrin biliyinin yoxlanılması və monitorinqin aparılması
       Sonsuz sayda testlərin/sorğuların əlavə edilməsi

6.    Tapşırığı uğurla başa vurmaq üçün tələb olunan minimal bal/faiz təyin etmək imkanı
       Qiymətləndirmə etmək üçün hər bir tapşırıq üçün faiz və yaxud bal ilə qiymətləndirmə imkanı  

7.    Tələbələrin biliyinin tam elektron formada qiymətləndirilməsini
       Yekun qiymətlərin  çıxarılmasının təmin  edilməsi imkanı

8.    Əvvəlcədən müəyyən edilmiş tədbirlər üçün mail bildiriş nümunələrindən istifadə imkanı (istifadəçilərə,  yeni test/sorğu barədə bildiriş         göndərilməsi,  test nəticələrinin istifadəçilərə göndərilməsi və s.)




Anoloji reallaşdırılmış layihələr


Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe olan kolleclərdə “EduMan - orta ixtisas təhsilinin elektron idarəetmə sistemi” tətbiq edilmişdir.

1.    Bakı Kompüter Kolleci
2.    Azərbaycan Dövlət Pedoqoji Kolleci
3.    Azərbaycan Maliyyə-İqtisad Kolleci
4.    Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
5.    Bakı Neft-Energetika Kolleci



İstifadə Olunan Texnologiyalar

        




fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration