az

Avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi

Avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi

Oracle E-business suite

Oracle əlavələri mürəkkəb təşkilati stuktura, ərazi cəhətdən uzaqlaşdırılmış bölmələrə, geniş mal və xidmət nomenklaturasına malik iri şirkətlər üçün nəzərdə tutulmuşdur.
Oracle E-Business Suite biznes-təhlilin geniş imkanlarına malik olaraq müxtəlif sahələrin səciyyəvi vəzifələrini nəzərə alır ki, bunların da sırasına HSK və aviasənaye, maşınqayırma, kimya, telekommunikasiya, energetika, dövlət və maliyyə sektorları, səhiyyə, ticarət və distribusiya, tikinti, nəqliyyat xidmətləri və kommunal xidmətlər daxildir.



Oracle Financial services application (OFSA)

Oracle Financial Services Applications (OFSA) bank və sığorta şirkətlərində idarəetmə qərarlarının qəbul edilməsinə dəstək üçün təyin edilmiş maliyyə məlumatları və bir sıra əlavələrin qabaqcadan sazlaşdırılmış saxlama anbarının inteqrasiya edilmiş kompleksidir.
OFSA -nın istifadəsi maliyyə təşkilatlarına effektivliyin ölçülmə sistemlərinin (təşkilatın bölmələrinin, maliyyə məhsullarının, müştərilərin), həmçinin risklərin idarə edilməsi, büdcələşdirmə və planlaşdırma proseslərinin əsaslı şəkildə yaxşılaşdırılmasına imkan yaradır.



JD Edwards EnterpriseOne

Oracle JD Edwards EnterpriseOne şirkətin fəaliyyətinin bütün aspektlərin avtomatlaşdırılmasına imkan verən, iri və orta müəssisələrə istiqamətləndirilən xidmətdir. Bu daha çox müvəffəqiyyətinin prioritetlərin bölgüsünün, məlumatın bölmələr və partnyor şəbəkəsi arasında paylanmasının, bazar şəraitinin və müştəri tələbinin qabaqcadan təyin edilməsinin sürətindən asaılı olan yüksək inteqrasiyalı əməliyyatlara malik sənaye sahələrinə, mürəkkəb logistik strukturlu şirkətlər üçün münasibdir.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration