az

Əməliyyat və İT üzrə məsləhətlər və ixtisaslaşdırılmış çözümlər

Əməliyyat və İT üzrə məsləhətlər və ixtisaslaşdırılmış çözümlər

Əməliyyat və İT üzrə məsləhətlər

Biznesin rəqabətqabilliyi və gəlirliliyi şirkətin top-menecerlərinin biznesin inkişafına dair yeni strategiyaların işlənib hazırlanması və tətbiqi, həmçinin mövcud idarəetmə sisteminin mükəmməlləşdirilməsi məsələləri üzərində daim çalışmalarından asılıdır.

Konkret halda Sifarişçinin tələbləri haqqında biliyin əsasında seçilən idarəetmə texnologiyaların və səmərəli metodikaların praktiki tətbiqi təcrübəsi ULTRA-ya şirkətin istər tam, istərsə də ayrı-ayrı sahələrində fəaliyyətinin mükəmməlləşdirilməsi məsələlərinin həllində müştərilərə daha yaxşı yanaşmaları uyğunlaşdırmaq və təqdim etmək imkanı verir.

Bu gün öz fəaliyyətində məlumat sistemindən istifadə etməyən şirkət tapmaq çox çətindir. Biznesin müvəffəqiyyəti xeyli dərəcədə sistemin düzgün seçimindən və onun işinin sabitliyindən asılıdır.

İT üzrə məsləhətlərə dair xidmətlər təklif edərək ULTRA şirkəti iri və orta biznes şirkətlərinə biznesin tələblərinə maksimal dərəcədə uyğun olacaq və şirkətin bazarda rəqabətqabilliyini təmin edə biləcək sistemin seçimində kömək edir.

ULTRA şirkətində İT üzrə məsləhətlərin istiqamətləri:

• Şirkətin mövcud korporativ məlumat sisteminin ekspert qiymətləndirilməsi
• İT strategiyaların işlənib hazırlanması
• İT layihələrilə idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənib hazırlanması və onların müşayiət edilməsi.


Əməliyyat üzrə məsləhətlər

• Şirkətin biznes proseslərinin yenidən təşkili üzrə layihələrin müşayiət edilməsi
• M&A layihələri çərçivəsində proseslərin səmərəliliyinin artırılması üzrə layihələrin müşayiət edilməsi (birləşmə və udulma)
• Biznes proseslərin səmərəliliyinin idarə edilməsi sisteminin qurulması
• Şirkətin biznes prosesləri haqqında korporativ bilik bazasının işlənib hazırlanması
• Proseslərin idarə edilməsində üsullara və yanaşmalara dair təlim


Bank sektoru üçün ixtisaslaşdırılmış çözümlər

Bu gün bank sistemi daim inkişaf edən infrastrukturdur. Hər il yeni bazarlara çıxış, yeni sahələrin tutulması və bazara yeni məhsulların çıxarışı sayəsində bankların qazanc göstəriciləri artır.

Bankın tipik məqsədləri:

• sərmayələşmənin artımı və sərmayənin təmərküzləşməsi;
• səmərəli daxili bank sisteminin yaradılması;
• əməliyyatla bağlı və digər əlavə xərclərin azaldılması;
• pərakəndə kredit bazarında mövqeyin möhkəmləndirilməsi;
• iri korporativ müştərilərin cari sorğularının təmin edilməsi;
• ipoteka krediti bazarında mövqeyin möhkəmləndirilməsi;
• qeyri-dövlət pensiya fondları və sığorta şirkətləri ilə əməkdaşlığın inkişafıdır.


Maliyyə xidmətləri bazarında kəskin rəqabət və məqsədlərin geniş spektri bank fəaliyyətinin müştərilərlə işdən hesabat və risklərin idarə edilməsi sistemlərinin yaradılmasınadək bütün aspektlərinin avtomatlaşdırılmasına dair müasir sistemlərin istifadəsini zəruri edir.

ULTRA şirkətinin ixtisaslaşdırılmış çözümləri banka qısa müddət ərzində ən aktual problemləri həll etmək imkanı verəcəkdir:

• məhsulların, biznes istiqamətlərinin, menecer və müştərilərin mənfəətliliyinin dəqiq hesab instrumentarisini əldə etmək;
• büdcələşdirmə və transfert qiymətqoyulma sisteminin səmərəli istifadəsi;
• risklərin və likvidliyin (çevrilmə qabiliyyəti) idarə olunması üzrə kompleks sistemin əldə edilməsi получить; daxili idarəetmə hesabdarlığının yaradılması;
• МСФО standartları üzrə daxili hesabat sisteminin yaradılması;
• müxtəlif tətbiqi və bank sistemlərindən məlumatın birləşdirilməsi;
• pərakəndə müştərilər üzrə məlumata operativ çıxış imkanı ilə uçotun aparılması;
• bölmə və filialların rentabelliyinin hesablanması;
• kart hesablarına göstərilən xidmətə dair müvəqqəti xərcləri azaltmaq.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration