az

Məlumat təhlükəsizliyi sistemlərinin yaradılması

Məlumat təhlükəsizliyi sistemlərinin yaradılması

Ultra Technologies şirkəti məlumat təhlükəsizliyi sahəsində sistemin təftişindən onun müşayiətinədək, o cümlədən məlumat təhlükəsizliyi təminatı sistemlərinin inkişafının istənilən mərhələsində olan avtomatlaşdırılmış məlumat sistemlərinin (АИС) mühafizəsi üzrə xidmətlərədək tam xidmət toplusunu təqdim edir.

Şirkət Rusiya və Qərb ölkələrinin partnyorudur ki, bu da ona sifarişçi üçün ən optimal çözümü seçmək imkanı verir.

Ultra Technologies şəxsi mühafizə vasitələrinin istehsalçısı deyildir. Bu ona texniki çözümlərin seçimində daha obyektiv olmağa imkan yaradır. Şirkət sistem proqram və aparat təminatının çoxunda (Microsoft, Oracle, Cisco və s.) səlahiyyətlidir ki, bu da bu cür vasitələrdə mövcud mühafizə mexanizmlərindən maksimal dərəcədə istifadə etmək imkanı verir. Bu mühafizə texnologiyalarının və mexanizmlərinin vahid şəklə salınmasına, məlumat texnologiyalarına və sistemlərinə qoyulmuş vəsaitin maksimal dərəcədə istifadəsinə imkan yaradır.

Məlumat təhlükəsizliyinə dair məsləhət xidmətləri kompleksi:

• şirkətin idarəetmə sistemində məlumatın təhlili və təhlükəsizliyinin qiymətləndirilməsi;
• məlumatın təhlükəsizliyi üzrə tələblərin müəyyənləşdirilməsi;
• layihə və çözümlərin texniki-iqtisadi əsaslandırılması;
• məlumat təhlükəsizliyi sistemlərinin layihələşdirilməsi;
• məlumatın mühafizəsi üzrə təşkilati-göstəriş sənədlərinin işlənib hazırlanması;
• məlumatın mühafizə sistemlərinin müşayiəti;
• layihə və çözümlərin ekspertizası;
• məlumat təhlükəsizliyi sahəsində çözümlər;
• əməkdaşların iş vaxtının optimallaşdırılması.


Ultra Technologies şirkəti əməkdaşın iş vaxtını optimallaşdıran, onun məlumat sahəsindən əyləncəli saytlar kimi qeyri-ixtisas məlumat mənbələrini kənar edən, korporativ poçtdan spam-məlumatları kənar edərək iş vaxtının səmərəli istifadəsinə imkan yaradan çözümləri təklif edir. Bundan əlavə, Ultra Technologies şirkətinin mütəxəssisləri iş vaxtının uçotu və nəzarəti üzrə çözümlər təklif edə bilər.

Elektron rəqəmsal imzanın (ЭЦП) istifadəsi vasitələri nəzarət orqanları ilə maliyyə hesabatlarının təqdim edilməsi üzrə işi xeyli dərəcədə asanlaşdırır və tezləşdirirlər.


İnsayderlərin aşkar edilməsi

Ultra Technologies şirkəti bütün mövcud məlumat kanallarında insayderlərə və mühüm məlumatın icazəsiz yayılmasına qarşı mühafizə kompleksinin tətbiqini təklif edir. Sözügedən kompleks öz modulluluğu sayəsində çevikdir və yeni məlumat mübadiləsi kanalları yarandıqda təhlükəsizlik modullarının çevik sürətdə artırılmasına imkan verir.


Məlumata çıxışın müəyyən edilməsi və reyder hücümlarından müdafiə

Təklif edilən çözüm şirkətin rəhbərliyi üçün idarə edilməsi üçün sadə və asandır ki, bu da öz biznesinə real olaraq nəzarət etmək imkanı yaradır. Bu çözüm şifrələmə, ehtiyat surətçıxarma, məlumatın bərpası və gizlədilməsi, həmçinin məlumata çıxışın müəyyənləşdirilməsi funksiyalarını özündə birləşdirən inteqrasiya edilmiş sistem qismində çıxış edir.


Uzaqlaşdırılmış ofislərə çıxışın təşkili

Uzaqlaşdırılmış ofis və yaxud əməkdaş ilə əlaqə kanalının mühafizəsi siteminin təşkili. ULTRA Şirkətinin mütəxəssisləri həmçinin, əlavə eyniləşdirmə (autentifikasiya), şifrələmə, antivirus, antispam-mühafizəsi vəsaitləri sayəsində ən uzaq iş yerinin təhlükəsizliyini gücləndirə bilər.


Əlavələrə, əlavə ofislərə, xidmətlərə çıxışın tezləşdirilməsi

Ultra Technologies şirkəti Paketlərin formalaşdırılması və şifrələnməsi səviyyəsində trafikin sıxılması və optimallaşdırılması sayəsində əlaqə kanalları ilə ötürülən məlumatın sürətini və miqdarını xeyli dərəcədə artırmağa imkan verən unikal texniki çözümlərin təchizatçısıdır. Bu çözüm böyük miqyaslı trafikə malik olanlar üçün münasibdir. Çözüm İT-na xərcləri optimallaşdırmağa imkan verəcəkdir. Təklif edilən çözümlər tərkibinə soxulmalara qarşı müqavimət (IPS), kanala və daxili şəbəkənin seqmentlərinə məlumat ötürməsi yükünün balanslaşdırılması sistemlərini daxil edir.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration