az

Elektron bələdçi

Elektron bələdçi

Onun yaradılması üzrə işlər 2008-ci ildən həyata keçirilir. Elektron bələdçilərin tətbiqinə təcrübəsi dünyanın əksər ölkələrində yayılıb. Elektron bələdçi  - bu muzey ekspozisiyaları barədə danışan və sizi maraqlandıran hər şeyi göstərən fərdi bələdçidir, ekskursiya qrupunun bütün iştirakçıları toplaşana qədər sizi tələsdirmir və gözləməyə məcbur etmir. Elektron bələdçi muzeydə olduğunuz yerin səmtini müəyyən etməyə kömək edir, muzeyin planı, vitrinlər və eksponatların displeydə göstərilməsinə və onlar üzrə lazımi məlumatları əldə etməyə imkan verir. Ondan təkcə muzeydə ekskursiya üçün deyil, həm də müxtəlif təqdimatlarda, o cümlədən şəhər üzrə gəzinti zamanı da istifadə etmək olar.  Ultra şirkətinin səyləri nəticəsində «Elektron bələdçi» layihəsi Azərbaycanda ilk belə layihə olmuşdur. Bu gün şirkət bu layihənin Azərbaycan Respublikasının muzeylərində və tarixi mərkəzlərində tətbiqinə dair xidmətləri təklif edir.

Elektron bələdçi necə görünür?

Hazırda Ultra şirkəti istifadə üçün «Opus Touch» bələdçisini təklif edir. Zahirən o, möhkəm korpuslu zərif telefon dəstəyinə bənzəyir. Opus Touch Avropa ölkələrində geniş yayılıb.

Hazırda Ultra şirkəti istifadə üçün «Opus Touch» bələdçisini təklif edir. Zahirən o, möhkəm korpuslu zərif telefon dəstəyinə bənzəyir. Opus Touch Avropa ölkələrində geniş yayılıb.O, Rusiyanın bir çox muzeylərində tətbiq edilir: Puşkin adına Dövlət İncəsənət muzeyində (Moskva ş.), Tretyakov qalereyasında (Moskva ş.), Ermitajda (Sankt Peterburq ş.), Rusiya Dövlət Muzeyində (Sankt Peterburq ş.).



Texniki xüsusiyyətləri:

Displey:  Yüksək keyfiyyətli rəngli sensorlu displey 2.83”

Klavişlər: iki düymə - Stop və Play. İki əlavə düymə də mövcuddur ki, onların da funksiyalarını proqramçı təyin edə bilər.
Səs:  audio fayla həm qarnitur, həm də daxili dinamik vasitəsilə qulaq asmaq olar.
Yaddaş: 2 Gb-a qədər məlumatları saxlaya bilər.
Dəstək: Bu qurğu geniş yayılmış bütün audio və video fayl formatlarını dəstəkləyir.



Elektron bələdçi necə tətbiq edilir?

Sifarişçinin seçiminə əsasən ekskursiya zamanı nümayiş etdiriləcək eksponatlar üzrə incəsənət xadiminin və ya peşəkar diktorun səsindən istifadə edilə bilər.

Elektron bələdçi layihəsi Ultra şirkətinin muzey əməkdaşları ilə sıx əməkdaşlığı vasitəsilə həyata keçirilir.Ultra şirkəti ekskursiya və eksponatlar barədə tam məlumatı, o cümlədən onların tam təsvirini əldə edir. Bu məlumat elektron bələdçiyə yazılır.Mətnin yazısı peşəkar səsyazma studiyasında aparılır. Sifarişçinin seçiminə əsasən ekskursiya zamanı nümayiş etdiriləcək eksponatlar üzrə incəsənət xadiminin və ya peşəkar diktorun səsindən istifadə edilə bilər.
Opusun proqram təminatında eksponatların və xəritələrin təsvirləri də yerləşdirilir.

 
          
Elektron bələdçinin imkanları

Hazırda Ultra şirkəti istifadə üçün «Opus Touch» bələdçisini təklif edir. Zahirən o, möhkəm korpuslu zərif telefon dəstəyinə bənzəyir. Opus Touch Avropa ölkələrində geniş yayılıb.

•  Ekskursiyanın aparılacağı dilin seçilməsi;
•  Öz ekskursiyanızı özünüz proqramlaşdıra bilərsiniz;
•  İstənilən an ekskursiyanı saxlaya və ya fraqmenti təkrarlaya bilərsiniz;
•  Elektron bələdçidən istifadənin əsas üstünlüklərindən biri də odur ki, bu, ziyarətçini eksponatla sıx kontaktda saxlayır və ya şəhərin görməli yerlərinin gözəlliklərindən daha çox həzz almağa imkan verir. Bu da praktiki olaraq ekskursiya qrupunda mümkün deyil.
•  Ekskursiyada qrupa dəqiq vaxt ayrılıbsa, onda «Elektron bələdçi»dən istifadə üzrə məhdudiyyət yoxdur.

Bu vaxta qədər Opus Touch Ultra şirkəti tərəfindən Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində tətbiq edilib.

Hələ 2008-ci ildə Ultra şirkəti Nexus şirkətinin (NEXUS Electronic Guide) elektron bələdçilərini Hacı Zeynalabdin Tağıyev adına Azərbaycan Dövlət Tarix muzeyində tətbiq etmişdir.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration