az

“iSpring Online” distant təhsil sistemi

“iSpring Online” distant təhsil sistemi

“iSpring Online”ın üstünlükləri

  • Sürətli və qənaətli tətbiq: Sistemi serverə quraşdırmaq və bununçün İT-mütəxəssislər cəlb etmək tələb olunmur, bu isə, resurs və vəsaitlərə qənaət etməyə imkan verir. Siz, DTS-i əldə etdikdən dərhal sonra əməkdaşların tədrisinə başlaya bilərsiniz.
  • İstənilən qurğuların çıxış imkanı: “iSpring Online” sistemində yerləşdirilmiş materiallara hətta offlayn rejimdə həm kompüterlər, həm də telefonlar vasitəsilə baxmaq mümkündür.
  • Ətraflı statistika: ayrı-ayrı istifadəçilər, yaxud tam qruplar üzrə ətraflı statistikadan istifadə etməklə, onlayn-təhsilin effektivliyini ölçə və tədris alanların bilik səviyyəsini qiymətləndirə bilərsiniz.
  • Tədrisin daha idarə olunması: çıxış hüquqlarını asanlıqla idarə etmək və hazımi hesabatlar tərtib etmək üçün istfadəçiləri təşkilatlarda və qruplarda birləşdirə bilərsiniz.
  • Vebinarlar: digər iki müxtəlif platformadan istifadə etmək əvəzinə tədris vebinarlarını birbaşa öz DTS-də keçirin. Vebinarların yazılarını yadda saxlamaq və kurs qismində təyin etmək olar.
  • Pulsuz mobil applikasiya: əməkdaşlarınızın daim telefon və planşetlərdən istifadə etdiyini nəzərə alaraq, onlar hətta internetsiz belə istənilən vaxt dərs keçə bilərlər. Applikasiya kursların məlumatları və testlərin nəticələrini yadda saxlayacaq və internet əlaqəsi bərpa olunduqda DTS-ə göndərəcək.
  • DTS-in xarici görkəminin köklənməsi: tədris portalını şirkətinizin korporativ stilində qura bilərsiniz: bunun üçün loqotipi əlavə etmək və şəkil sxemini seçmək lazımdır.
  • Kursların satışı: kurslara onlayn baxışa görə ödənişlər qəbul etmək üçün sadəcə sizə uyğun ödəniş üsulunu qeyd etməyiniz yetər.


Funksiyalar

  • Materialların yerləşdirilməsi: “iSpring Online” sistemində materialların həcmi üçün hər hansı məhdudiyyət yoxdur və siz istənilən sayda faylı bura yükləyə bilərsiniz: SCORM-kurslarını, PDF, DOC və XLS sənədləri, PowerPoint-təqdimatları, FLV və MP4 formatında videodərsləri, səs yazılarını (MP3, WAV). Siz həmçinin inteqrasiya olunmuş “iSpring Suite” kurs redaktorundan istifadə edə, habelə, kursları və testləri birbaşa redaktor vasitəsilə DTS-ə yükləyə bilərsiniz.  
  • Materialların təyin edilməsi: siz istifadəçilərə (yaxud, qruplara) həm ayrıca materiallar, həm də bütöv tədris proqramları təyin edə bilərsiniz. Mərhələli proqramlar, qaydaları çevik şəkildə qurulan onlarla kurs və yoxlama materiallarından ibarət ola bilərlər. Məsələn, sonrakı materiala yalnız daha əvvəlki testi oxuyub cavablandırdıqdan sonra  keçmək mümkün olacaq.
  • İstifadəçilərin idarə olunması: avtomatik olaraq yüzlərlə şəxsə kurs təyin etmək və bölmələr üzrə statistika almaq üçün istifadəçiləri qrup və təşkilatlarda birləşdirin. Yeni istifadəçiləri istənilən vaxt email-dəvətnamələr vasitəsilə əlavə etmək olar. DTS-i işə salarkən, “Excel”, yaxud digər cədvəl redaktoru vasitəsilə tərtib edilmiş cədvəldən istifadə etməklə, bütün əməkdaşlarınızı eyni zamanda əlavə edə bilərsiniz.
  • İstifadəçilərin rolları: “iSpring Online” istifadəçilərinə, hər birinin fərqli çıxış hüquqları olan 5 roldan birini təyin etmək olar. Bununla siz kontent və tədris alanların idarə edilməsini ayıra, həm də, şirkət daxilində müxtəlif bölmələr üçün ayrıca inzibatçılar təyin edə bilərsiniz.
  • Ətraflı hesabatlar: “iSpring Online” tədris alanların davamiyyətinə dəqiq nəzarət etməyə imkan verir. Siz hər zaman materialın necə mənimsənildiyi və testlərin nəticələri barədə məlumatlı olursunuz. 21 hesabat növü hər bir tələbənin və istifadəçi qruplarının tədrisini idarə etməyə imkan verir. Hazır hesabatları bir anın içində PDF, XML, CSV formatlarına ixrac edə, yaxud e-poçt vasitəsilə göndərə bilərsiniz.   
  • Tədbirlər təqvimi: Təqvim, verbinarlar, əyani treninqlər, ustad dərsləri kimi bütün tədris fəaliyyətlərini asan və rahat planlaşdırmağa və idarə etməyə imkan verir. O təkcə tədbirlərin qrafikini əks etdirmir, həmçinin, iştirakçılara avtomatik dəvətnamə və bildirişlər göndərir.
  • Vebinarlar: DTS-də tədris vebinarları təşkil etmək çox rahatdır. İstifadəçilərin yeni sistemdə qeydiyyatdan keçməsinə ehtiyat olmur, davamiyyət haqqında məlumat isə, şirkətin tədrislə bağlı digər statistikaları ilə birgə saxlanılır. Vebinar iştirakçıları çatda suallar verə, əlavə materiallar yükləyə, həmçinin, daha sonra tədbirin lent yazısına baxa bilirlər.
  • Geymifikasiya: reytinq, bal və beyclər vasitəsilə əməkdaşları motivasiya edib yarışlara həvəsləndirin.
  • İstifadəçi portalı: bu, tələbələrinizin “iSpring Online” hesabını gördükləri formadır. Bura tədris tarixçəsi, həmçinin, təyin edilmiş, əlavə və başa çatdırılmış materialların kataloqu daxildir. Portalın xarici görünüşünü şirkətinizin korporativ stilinə uyğun şəkildə kökləmək olar.
  • Ödənişli kurslar: siz, “iSpring Online” materiallarına baxmaq üçün qiymət təyin edə bilərsiniz. Pulların qəbulunu “Яндекс. Деньги”, “Robokassa”, МОНЕТА.РУ, “PayPal” və “Authorize.Net” vasitəsilə asanlıqla kökləyə bilərsiniz.
  • Müzakirələr: “Müzakirələr” funksiyasını qoşmaqla tədris kursunuzu canlandırın. İstifadəçilər materiallara şərh yaza, fayl və keçidlər qoşa bilərlər.
  • Kursları keçmək haqqında sertifikatlar: kursları uğurla keçmələri haqqında tədris alanlara sertifikatlar verin.Siz, hazır şablonlardan istifadə edə, yaxud öz sertifikat variantınızı yükləyə bilərsiniz.
  • Mobil applikasiyalar: pulsuz, “Android” və“iOS” üçünpulsuzmobilapplikasiyalarvasitəsilə istifadəçilərkursları smartfon, planşet, “iPhone” və “iPad”lərində saxlayaraq, offlaynrejimdə baxa bilərlər.“Experience API (Tin Can)” dəstəyi sayəsində bütün statistika yadda saxlanılır.
Sayta keçid: https://www.ispring.ru/ispring-online
Portala 14 günlük pulsuz çıxış imkanı: https://www.ispring.ru/ispring-online/get-free-trial.html
«iSpring Online-a ümumi baxış» video-dərsi: https://www.youtube.com/embed/ZEk68O2uvo8?autoplay=1
Texniki tələblər: https://www.ispring.ru/ispring-online/tech-specs.html





fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration