az

Microsoft Azure

Microsoft Azure

Microsoft Azure "Microsoft" tərəfindən idarə məlumat mərkəzlərindən ibarət olan qlobal bir şəbəkədə sürətli bir şəkildə tətbiqlər yaratmaq, paylaşmağ və idarə təmin edən açıq və elastik bir bulud platformasıdır. Hər hansı bir dili, vasitəsi və ya çərçivəni istifadə edərək tətbiqlər inkişaf etdirə bilərsiniz.Hər zaman işləyir. Hər zaman açıqdır.

Microsoft Azure aylıq 99.95% nisbətində bir SLA təqdim edir və yüksək səviyyədə əlçatan tətbiqlər inkişaf etdirib işlətməyinizi təmin edər. Avtomatik əməliyyat sistemi və xidmət düzəltmə əlavəsi tətbiqi, məskun şəbəkə yükü balans və təchizat nasazlıqlarına qarşı rahatlıq verir. Tətbiqinizi istədiyiniz an üst distributivə yeniləmənizi təmin edəcək bir paylama modelini dəstəkləyir.Microsoft Azure, tətbiq inkişaf etdirmək üçün hər hansı bir dili, çərçivəni və ya vasitəsini sizin üçün təmin edir. Xüsusiyyətlər və xidmətlər açıq REST protokolları istifadə edərək açılır. Microsoft Azure müştəri kitabxanaları, birdən çox proqramlaşdırma dilində mövcuddur, bir açıq kod lisenziya daxilində bazara sürülür və GitHub üzərində həyata keçirilir.

 

Limitsiz server. Limitsiz saxlama

Microsoft Azure tətbiqlərinizi hər hansı bir ölçüyə asanca keçirəbilmənizi təmin edir. Bu, qaynaqları bir neçə dəqiqə içərisində təmin etməyə icazə verən, tam avtomatik bir self-service platformasıdır. Qaynaq istifadənizi, ehtiyaclarınızdan asılı olaraq elastik bir şəkildə böyüdün və ya kiçildin. Yalnız tətbiqinizin istifadə etdiyi qaynaqlar üçün ödəmə edirsiniz. Microsoft Azure dünyada birdən çox məlumat mərkəzində mövcuddur və tətbiqlərinizi müştərilərinizə yaxın şəkildə paylaşmağınızı təmin edər.


Xüsusiyyətlər

Microsoft Azure bütün tətbiq ehtiyaclarını qarşılayan, elastik bir bulud platformasını təqdim edir. Məlumat əməliyyat rolları içərisindəki tətbiq kodunuzu etibarlı bir şəkildə yazmağınızı və genişlətmənizi təmin edər. Əlaqəli SQL verilənlər bazası, NoSQL cədvəl anbarlarını və konfiqurasiya edilməmiş damcı anbarlarını istifadə edərək məlumatları bazaya yaza bilər və istəyə bağlı olaraq məlumatları axtarmaq üçün Hadoop və iş zəkası xidmətlərindən istifadə edə bilərsiniz. Ölçüləndirilə bilən paylanmış tətbiqləri aktivləşdirmək üçün Microsoft Azure-un güclü mesajlaşma xüsusiyyətlərindən faydalana bilər və bir bulud və yerində təşkilati mühitdə çalışan hibrit həllər təqdim edə bilərsiniz. Microsoft Azure-un paylanmış caching alma və CDN xidmətləri, gecikmələri azaltmanızı və dünyanın hər yerində üstün tətbiq performansı göstərməyinizi təmin edər.

Xidmətlər

Hesablama (Computing) – Linux, Windows Server, SQL Server, Oracle, IBM və SAP-ın dəstəyi ilə “Azure” virtual maşınları virtuallaşmanın elastikliyini geniş həcmli hesablama həlləri üçün təmin edir.

Şəbəkə (Networking) - Azure, Virtual Şəbəkədə virtual maşınları və tətbiqləri işlətmək üçün paylanmış və yüksək nisbətdə etibarlı bir mühit təmin edir. Xüsusi IP ünvanları istifadə edərək alt şəbəkələrə girişi və nəzarəti prinsipləri və daha çoxunu tətbiq etmək mümkündür. Virtual şəbəkədən faydalanaraq Azure-u şəxsi məlumat mərkəzi kimi istifadə etmək mümkündür.

Yaddaş (Storage) – Yaddaş xidməti buludda məlumatlarınızı saxlamaq və onlardan istifadə etmək üçün REST və SDK APİ-lərini təmin edir.

Veb və mobil xidmətlər (Web and Mobile services) – Veb, mobil və APİ tətbiqetmələrini rahat şəkildə yaradaraq həm də buludda saxlamağı təmin edir.

Əşyaların interneti (Internet of Things) - Çoxlu sayda internetə çıxışı olan cihazlarınızı Microsoft Azure-nin İoT Hub xidmətindən istifadə edərək onları şəbəkəyə qoşa bilərsiniz. Cihazları Cloud üzərindən əməliyyat sistemlərini yeniləyə və yeniləmə paketlərini uzaqdan (remote) yükləyə bilərsiniz.

Programçılar üçün alətlər toplusu (Programming tools for Developers) – Proqramçılar çox platformalı sahələrdə genişlənən tətbiqləri və xidmətləri asanlıqla yarada, kodlamada çıxan səhvləri aradan qaldıra (debug) və diaqnostika edə bilərlər.

Daxildə server qurarkən necə ki, bəzi şeyləri nəzərə alırıq, bulud üzərində də VM qurarkən bir neçə şeyi nəzərə almalıyıq.

  • ehtiyatların harada saxlanıldığı
  • VM-in ölçüsü
  • nə qədər VM düzəldiləcək
  • VM üzərində hansı əməliyyat sistemi olacaq
  • VM başladıqdan sonrakı ayarlar
  • VM-in işi üçün aidyyatı olan tələbatlar/məlumatlar
Virtual maşının adı ilə əməliyyat sisteminin adı eyni və fərqli ola bilər. Əgər, virtual maşını Azure üzərində düzəldiriksə, bu zaman hər ikisi eyni olur. Özümüz düzəltdiyimiz virtual maşını Azure üzərinə daşıyırıqsa, bu zaman virtual maşının adı ilə əməliyyat sisteminin adı fərqli olur. Amma istəsək sonradan bunları dəyişib eyni edə bilərik.Azure üzərində düzəltdiyimiz hər bir şey bir neçə coğrafi bölgə üzərində paylanır. Coğrafi bölgələrlə aşağıdakı şəkildə tanış ola bilərsiniz:




fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration