az

1C 8.3 - Maliyyə vəsaitlərinin idarə olunması və mühasibat uçotunun avtomatlaşdırılması sistemi

1C 8.3 - Maliyyə vəsaitlərinin idarə olunması və mühasibat uçotunun avtomatlaşdırılması sistemi


Sistemin funksionallığı


8.3.- Maliyyə vəsaitlərinin idarə olunması və mühasibat uçotunun avtomatlaşdırılması sistemi pul vəsaitlərinin idarə edilməsi, müəssisənin əməkdaşlarının əmək haqlarının hesablanması və ödənilməsi, müəssisənin əsas vəsaitlərinin və qeyri maddi aktivlərinin, mal-material və azqiymətlilərinin uçotunun aparılması, statistik və digər hesabatların hazırlanması kimi mühüm məsələlərin həllini icra edir.

Sistem, eyni zamanda, əsas vəsaitlərin və xərclərin daxil olunması, yerdəyişməsi və inventarlaşdırılması, bu vəsaitlərin məxarici, amortizasiya hesablanması və qalıqların daxil edilməsi prosesini avtomatlaşdırır.


Anoloji  reallaşdırılmış layihələr

«1C 8.3. Maliyyə vəsaitlərini idarə olunması və mühasibat uçotunun avtomatlaşdırılması sistemi» bir sıra

qurumlarda tətbiq edilmişdir.
  • Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsi
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  • Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi
  • “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
  • “AtaSiğorta” ASC
  • Bellona Azərbaycan



Sistemin üstünlükləri

  • Uçot siyasətinin formalaşdırılması
  • Eyni anda bir neçə hesab planının dəstəklənməsi
  • Əsas vəsaitlərin və qeyri maddi aktivlərin uçotu
  • Kadrların uçotunun aparılması və əmək haqqının hesablanması
  • Memorial və jurnal orderlərin aparılması
  • Xərclərin həm funksional və iqtisadi təsnifatlaşdırılması
  • Fərdi uçot kartları və xəzinədarlıqla əməliyyatların uçotu
  • Struktur bölmələri kəsiyində uçotun aparılması
  • Müxtəlif funksional və reqlament hesabatları (üzləşmə aktları, forma 2, balan  və s.)
  • Müəssisənin ayrı-ayrı proseslərinin avtomatlaşdırılması, bütün müəssisələrin vahid mərkəzdən idarə olunması
  • Bütün rəsmi sənədlərin elektron bazasının yaradılması və bu sənədlərin elektron arxiv modulunda təhlükəsiz saxlanılması imkanı
  • Təşkilati strukturda aparılan düzəlişlərin əlavə edilməsi
  • Müxtəlif ölçüdə hesabatların hazırlanması və onların MS OFFICE ilə inteqrasiyasının təmin edilməsi
  • İşçi kateqoriyaları, ixtisaslaşma dərəcələri, istehsalat təqvimi, ixtisaslaşmaya görə artımlar, DSMF tərəfindən ödənilən müavinət növləri, gəlir vergisinin cədvəli, vergi tərifləri, iş stajına görə artımların məbləği, məzuniyyət günləri, xəstəlik vərəqəsinin ödəmə faizləri, mükafat növləri, ödəniş tapşırığın sazlanması
  • Təşkilatın növbəti il üçün xərclər smetasının tərtibi, formalaşdırılması, bölgüsü, təsdiq olunmuş büdcəyə nəzarət mexanizmi, planlaşdırılmış ödəmələr, investisiya layihələri üzrə planlama, büdcə proqnozlaşdırılması üzrə hesabatların sistemləşdirilməsi.


Sistemin modulları


İstifadə olunan texnologiyalar

  8.3           2012



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration