az

Texniki Dəstək Xidmətinin Avtomatlaşdırılması Sistemi

Texniki Dəstək Xidmətinin Avtomatlaşdırılması Sistemi


Sistemin funksionallığı


texniki xidmət göstərən müəssisələrdə tapşırıqların icra olunmasına nəzarət prosesinin  avtomatlaşdırılması sistemidir

Bu sistem müəssisəyə daxil olan sifarişləri sistemə daxil etməklə, texniki xidmət prosesinin yekunu, mütəxəssis və görülən işin maliyyəsi haqqında məlumatları özündə birləşdirir. Sistem  vasitəsi ilə qəbul sifarişlərini qeyd etmək, həllinə və əməkdaşların məşğulluğuna  nəzarət etmək, sorğunu yönəltmək mümkündür.


  


Sifarişlərin daxil edilməsi

Sifariş  haqqında sistemdə müştəri və avadanlıq haqqında ətraflı məlumat almaq mümkündür. Yaradılmış elektron ərizə avadanlığın cari vəziyyəti haqqında  məlumatları daxil etmək imkanı verir. Həmçinin sistemin, texniki xidmət göstərəcək mütəxəssisi seçmək və ya digərinə yönəltmək kimi funksionallıqlar nəzərə alınmışdır.

 

Texniki xidmət prosesi

Sistemdə texniki xidmət göstərilən avadanlığın cari vəziyyəti, avadanlığa qoyulmuş diaqnoz, mütəxəssis və işin maliyyə dəyəri barədə məlumat almaq mümkündür. Sistemdən bütün mütəxəssislərin istifadəsi nəzərə alınmışdır. Sistemdə sifariş modulu işin təhvil vaxtı və taşırığı icra edəcək mütəxəssis haqqında məlumat almağa imkan yaradır.

 

Qəbzin generasiyası

Sistemdə texniki xidmət yekunlaşdıqdan sonra görülmüş iş haqqında qəbz forması avtomatik generasiya olunur. Qəbz formasına texniki xidmət göstərilmiş avadanlığın göstəriciləri, maliyə dəyəri və sifarişçinin məlumatları daxil edilir. Qəbz elektron formada bazada saxlanılmaqla yanaşı həmçinin də və çap edilə bilinir.

 

Məşğulluğa nəzarət

Sistemdə təşkilati sturuktur vasitəsi ilə bütün əməkdaşlar qeydə alınır və müəssisədə əməkdaşlar üzrə cari məşğulluq haqqında məlumat almaq imkanı yaradır. Cari və ya istənilən zamana görə bütün tapşırıqlara və onların həlli tarixçəsinə baxmaq imkanı da sistemdə nəzərə alınıb.

 

Hesabatlar və  sistem istifadəçiləri

Sistemdə müxtəlif növ hesabatlar əldə etmək mümkündür. Sistem qəbul olunan sifarişlər və texniki xidmət  haqqında istənilən hesabatı almağa imkan yaradır. Həmçinin sistemdə, istənilən sayda sistem istifadəçisi yaratmaq  imkanı ilə bərabər, istifadəçi  müxtəlifliyini nəzərə alaraq  xüsusi çox funksiyalı istifadəçi paneli nəzərdə tutulub.


Sistemin modulları

Sistemin üstünlükləri

  • Sifarişlərin elektron şəkildə saxlanılması
  • Müəssisə üzrə bütün əməkdaşlar haqqında məlumat bazası
  • İstənilən sayda istifadəçi yaratmaq imkanı və istifadəçilər üçün çox funksiyalı istifadəçi paneli
  • Texniki xidmət prosesinə nəzarət etmək imkanı
  • Sifarişləri əhatəli  şəkildə daxil etmək imkanı
  • Verilənlərin təhlükəsizliyinin təmin olunması və məlumatların qorunması
  • Əməkdaşların məşğulluğu haqqında məlumat almaq imkanı
  • İstənilən hesabatın  tez bir zamanda əldə edilməsi
  • Rahat istifadəçi interfeysi
  • Texniki xidmət prosesini özündə saxlayan  əhatəli tarixçə
  • Operativ axtarış sistemi
  • Oracle ve Java texnologiyalari üzərində qurulmuş sürətli və dayanıqlı sistem


İstifadə Olunan Texnologiyalar


        






fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration