az

Stomatoloji Klinikaların İdarəetmə Sistemi Müasir Stomatoloq Aləti

Stomatoloji Klinikaların İdarəetmə Sistemi Müasir Stomatoloq Aləti


Sistemin funksionallığı


İstifadə asanlığı, təhlükəsizliyi və hər istəyə cavab verə bilməsi sayəsində oxşar tətbiqlər içərisində rəqibsiz mövqedədir.

Hər cür təklifə, əlavəyə, yenilənməyə qısacası inkişafa açıq bir infrastruktura sahibdir. WesDent Stomatologiji Klinikaların  irəliləyən zamanlarda yarana biləcək yeni istək və ehtiyacları qarşısında davamlı aktual və inkişaf edən bir xətdə olmasını təmin edəcək.


Rahat istifadə

WesDent – son dərəcə sadə və aydın olan ikonların köməyi ilə Sizi giriş səhifəsindən tutmuş işləmək istədiyiniz modula doğru istiqamətləndirir. Gözü yormayan rəng palitrası, proqram detalları və modullar arası keçidlər sadə və asan istifadə imkanı yaradır. Rentgen görünüşlərini almaq, diaqnoz səhifəsində işləmək, hesab çıxartmaq, təklif təqdim etmək, resept çap etmək, klinikada istifadə etdiyiniz əlavə vasitələrlə inteqrasiya olunma sistemin saysız imkanlarindan yalnız bir neçəsidir.

 

Ən geniş stomatoloji proqram

Sistemin imkanlarından yararlanaraq asan istifadə ilə çox əhatəli hesabatlar da əldə edə bilərsiniz. Məsələn, şəxsi müayinə otağında işləyən stomatoloqun öz hesabatlarını WesDent mühasibat modulunun köməyi ilə tuta bilər və standard gündəlik / həftəlik / aylıq mədaxil-məxaric cədvəllərinin köməyi ilə maliyyə vəziyyətini təqib edə bilər. Hətta, onlarla stomatoloqun işlədiyi böyük bir stomatalogiji klinika da WesDent mühasibat modulunun köməyi ilə maliyyə hesabatlarını edə bilər. Eyni zamanda, geniş əhatəli Pivot cədvəl sistemi sayəsində müqayisəli təhlillər əldə edə bilərsiniz. Avtomatik anbar idarəetməsi və ya barkod sistemi inteqrasiyası sayəsində WesDent lazım olduğu hallarda kompleks bir ERP proqramının etdiyi işləri edə bilər. Çox sadə və eyni zamanda geniş əhatəli bir anlayışa sahib olan WesDent stomatoloqların istəkləri və ehtiyaclarını ödəyə biləcək bir dizayna malikdir.


Sistemin modulları


Pasiyent modulu

•  Pasiyentin qeydiyyatı və qeydə alınmış məlumatları
•  Panoromik rentgen
•  Rentgen RVG
•  Reseptlərin təqibi
•  Pasiyentin ağız içi şəkilləri
•  Əvvəl-Sonra görüntüləri
•  Dinamik qeyd əlavələri


Hesabatlar və maliyyə modulu

• Müalicələrin təqib edilməsi
•  Pasiyent ödənişlərinin təqib edilməsi
•  Pasiyentlərin qeydə alınması və siyahısı
•  Anbara nəzarət, anbar idarəetmə və hesabatları
•  Xəzinə hesabatı (gündəlik, dövrü)
•  Bank qalıqları hesabatı  (dövrü)
•  Gəlirlər və xərclər, büdcə və büdcənin statistik  hesabatı
•  Satınalma fakturaları
•  Satınalma DQİ hesabatı (xülasə+detal)
•  Laboratoriya ödənişlərinin təqibi (xülasə+detal)
•  Əmək haqqı hesabatı
•  Aylıq Görülən İşlər/Analitika qrafiklərinin bölüşdürülməsi 
•  Əməkdaşların hesabatı
•  Diş texnikinin hesabatı


Həkim modulu

•  Həkimlərin siyahısı və məlumatları
•  Həkim şəxsi kabinetləri
•  Həkimlərin iş qrafikinin təyin olunması
•  Əvəzedici həkimlərin təyin olunması
•  Qəbul təyini modulu


Müştəri məmnuniyyəti modulu

•  Pasiyentin qeydləri
•  Pasiyentin məmnunluq formu 



Sistemin funksionallığı


Çox görüntülü ekran

Stomatoloqların ehtiyaclarını nəzərə alaraq hazırlanmış WesDent sistemi eyni anda görülməsi lazım olan ekranları tək səhifədə yığaraq oxşar proqramlarla müqayisədə praktik istifadə xüsusiyyətinə malikdir. Pasiyentin qeydiyyatı ilə başlayan proses rentgen və diaqnoz, plan və müalicə, müalicədən əvvəl və sonrakı vizual görüntülər, görüşlərin qeydi və ödənişlər proqramda pasiyentə aid bir səhifədə toplanılır.


Effektiv qəbul təyini

Pasiyentin qəbul təyini planlaşdırmaq imkanı vardır. Eyni zamanda hər bir pasiyentə qəbul təyini ilə bağlı məlumat sms və e-mail vasitəsilə göndərilə bilər. Göndərilən məlumat mətnində stomatoloqun adı, kabinet nömrəsi və təyinin olunmuş vaxt qeyd edilir.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration