az

E-imza

E-imza

PKI (Açıq Açar İnfrastruktur) texnologiyası internetin bu günkü dünyasında daha da çox mühüm olur - hansı ki də adətən e-imza ilə əlaqələndirilir:
  • Elektron formatda verilmiş sənədləri daha çox etibarlı edir;
  • İnternetdə fəaliyyətləri qanuni çərçəvəyə;
  • Korporativ əməliyyatları daha çox effektiv edir;
  • İşi və informasiyanın dövriyyəsini gücləndirir;
  • Vaxta və pula qənaət etməyi yüngülləşdirir.


Şirkətlər və ya hüquqi şəxslər ən yüksək təhlükəsizlik standartlarının sistemini inkişaf etdirmək istəyirsə - PKİ onlar üçün həlldir. PKİ proqram təminatından, aparat vasitələrindən, irəli qabaqcıl xidmətlərdən və proseduralardan ibarətdir.


Tətbiqlər

Dövlət qulluqçular Kommersiya müştəriləri Vətəndaşlar

  • İxtisaslı şəhadətnamələrin (şəxsi imza ekvivalenti birisi) istifadəsi ilə sənədlərin elektron imzalamağı;
  • E-sənədlərin zaman göstəriciləri vasitəsi ilə möhürləməyi;
  • Müştərilər ilə səlahiyyətli şəxslər arasında e-sənədlərin dövriyyəsini qəbz təsdiqi ilə sifarişli korrespondensiya əsasında təchiz etməyi;
  • Azərbaycan PKİ vasitəsi ilə, e-sənədlərin daxili dövriyyə sistemlərinin dəstəklənməyi;
  • Giriş yoxlaması və `ağıllı` kartlar vasitəsi ilə iş vaxtının qeyd etməsi.
            
Elektron imzanın üstünlükləri

Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.

İnformasiyanın konfidensiallığı və təhlükəsizliyi. Elektron imzanı istifadə edərkən siz sənədlərin şifrələnməsi zamanı əlavə imkanlar əldə edirsiniz. Etibarlı kriptoqrafik alqoritmlər hesabına informasiyanın konfidensiallığı təmin edilir. Bu isə kənar şəxslərin ondan istifadəsinin qarşısını alır.
Dövlət strukturları ilə elektron sənəd mübadiləsinin aparılmasının mümkünlüyü. Bütün nazirliklər, idarələr ilə verilənlərin mübadiləsi zamanı, Azərbaycan Respublikası ərazisində istənilən nəzarət orqanlarına hesabatların verilməsi zamanı eyni elektron imza vasitələrinin istifadəsinin mümkünlüyü.

Müəssisədə biznes-proseslərin təkmilləşdirilməsi. Müəssisədə elektron sənəd mübadiləsinin aparılması kağız mühasibət sənədlərinin həcmini əhəmiyyətli dərəcədə ixtisar edir, sazişlərin imzalanması, ödəmə sənədlərinin tərtibi ilə bağlı əməkdaşların vaxtını və müəssisənin xərclərini azaldır.

Müasir səviyyədə işgüzar münasibətlərin aparılması. Elektron imzanın istifadəsi çoxsaylı kommersiya əməliyyatlarının aparılmasını tezləşdirir, əlavə görüşlərin və danışıqların vacibliyini istisna edir.

Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər.

Elektron imzanın bir neçə üstünlüyünü qeyd edək:

- imza autentikdir, yəni onun köməyilə sənədi alan şəxsə sübut etmək olar ki, bu sənəd imzalayana aiddir;
- imza saxtalaşa bilməz, yəni sənəddə avtoqrafı olan şəxs yalnız və yalnız bu sənədi imzalaya bilər;
- imza daşınmazdır, yəni imza sənədin bir hissəsi hesab edilir və onu digər sənədə daşımaq qeyri-mümkündür;
- elektron imzalı sənəd dəyişilməz hesab edlir;
- imza şübhəedilməzdir;
- imzanın bir nümunəsinə sahib olan şəxs əmin ola bilər ki, sənəd məhz imza sahibi tərəfindən imzalanmışdır;

Kağızsız sənəd mübadiləsinin müasir vasitələrinin və elektron ödəmə vasitələrinin inkişafı sənədin həqiqiliyi və tamlığının sübutu vasitələrinin inkişafı olmadan qeyri-mümkündür. Adi imzanın əsas xüsusiyyətlərini özündə əks tdirən elektron imza məhz belə vasitə hesab edilir.


Elektron imza və əl imzasının bərabərhüquqlu olması şərtləri

Müəyyən şərtlər daxilində elektron sənəddəki elektron imza kağız daşıyıcıda olan əl imzasına bərabər tutulur

1. Aşağıdakı şərtlər eyni zamanda nəzərə alındıqda elektron sənəddəki elektron imza kağız daşıyıcıda olan əl imzasına bərabər tutulur:
-Elektron imzaya aid olan imza sertifikatı yoxlama zamanı və ya elektron sənədin imzalanması anında (imza anını müəyyən edən sübutların mövcudluğu zamanı) qüvvəsini itirməyibsə;
-Elektron sənəddə elektron imzanın həqiqiliyi təsdiq olunubsa;
-Elektron imza e-imza sertifikatında göstərilən məlumatlara uyğun istifadə olunduqda.

2. İnformasiya sisteminin iştirakçısı eyni zamanda istənilən sayda elektron imza sertifikatının sahibi ola bilər. Bununla belə elektron imzalı elektron sənəd imza sertifikatında göstərilən münasibətlərin həyata keçirilməsi zamanı hüquqi məna kəsb edir.



Harada istifadə etmək


Elektron imzanın yerləşdiyi unikal smart kart yeni imkanlar açır. Bu kart çox geniş tətbiq sahəsinə malikdir.

E
lektron imzanın yerləşdiyi unikal smart kart yeni imkanlar açır. Bu kart çox geniş tətbiq sahəsinə malikdir: onu bank xidmətlərinin əldə edilməsində, dövlət müəssisələri üçün sənədlərin imzalanmasında (deklarasiyaların, ərizələrin verilişi/onların qanuna uyğun olaraq əldə edilməsi), eləcə də digər sazişlərin bağlanılması üçün istifadə etmək olar. SXM-in (sertifikat xidmətlərini təqdim edən etibarlı Mərkəz) təqdim etdiyi autentifikasiya sertifikatı istifadəçiyə özünü elektron mühitdə identifikasiya etməyə imkan verir. Məsələn, İnternet-bankda və ya kompüterin “açılmasında”. Bu zaman parol və ya kod kartları lazım deyildir. Bir tək identifikasiya kodunu (PİN-kod) daxil etməklə Siz öz hesabınızı idarə edə bilərsiniz. Müəssisələrə, onların rəqabətədavamlılığını yüksəltmək, vaxta və resurslara qənaət etmək üçün yeni imkanlar təqdim edilir.




fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration