az

IP Telefon üzrə həllər

IP Telefon üzrə həllər

IP mini-АTS - üstünlükləri

• IP mini-ATS-in qurulması və sazlanması ənənəvi mini-ATS-lə müqayisədə daha sadədir;
• IP mini-ATS İnternet vasitəsilə konfiqurasiyalı interfeysin olması hesabına daha sadə şəkildə idarə edilir;
• Ayrılmış telefon xəttlərinə ehtiyac yoxdur;
• Telefonların ofisin istənilən yerində "qaynar" qoşulma imkanları var - istifadəçi sadəcə olaraq öz telefon aparatını yaxındakı lokal şəbəkə portuna qoşur və bu zaman onun abunəçi nömrəsi saxlanılır!
• Rouminq xidmətinin sadəliyi - SİP protokolunun k öməyilə zənglər planetin istənilən nöqtəsinə yönləndirilir;
• İnternet vasitəsilə təklif olunan imkanlardan istifadə hesabına telefon danışıqlarına çəkilən xərclər azalır;
• SİP standartı bahalı ənənəvi telefon aparatlarından istifadə zərurətini istisna edir;
• Sistemin genişlənmə imkanı;
• Geniş hesabat;
• Sistemin cari vəziyyəti və zənglər haqqında daha müfəssəl məlumat;
• Səsli poçt;
• Şirkətin istənilən təşkilat strukturunu dəstəkləyən ağacvari telefon məlumat kitabçası;
• Məlumat kitabçasında qeyd olunmuş istənilən abunəçinin nömrəsini yığmadan ona qoşulmaq imkanı (mausun düyməsinə basmaqla);
• Daxil olan və buraxılmış zənglər barədə xəbərdarlıq;
• Danışıqların qeyd edilməsi və onların sonradan səsləndirilməsi imkanı;
• Qeyri-məhdud sayda abunəçi üçün konfrans əlaqəsi;
• Zənglər barədə stastistik məlumat verən jurnal, qeyd olunmuş danışıqları dinləmək imkanı;
• Şəxsi kabinet;
• Şəxsi telefon kitabçası;
• Yönləndirilməli olan şəxsi nömrələrin siyahısının yaradılması və dəyişdirilməsi;
• Yönləndirmə prioritetlərinin müəyyən edilməsi;
• Daxili əlaqənin təşkili;
• İP-şəbəkələrdən və TfOP-dan istifadə etməklə bütün xarici abunəçilərlə gələn və gedən zənglərin təşkili;
• Baş ofis və istənilən sayda uzaq bölmələr üçün nömrələmənin vahid planının təşkili;
• İstifadəçi qruplarının ağacını yaratmaq; isifadəçinin müxtəlif xidmətlərə girişi üçün səlahiyyətlərin təqdim edilməsi və onların məhdudlaşdırılması;
• Rahat abunəçi interfeyslərinin və müxtəlif xidmətlərin təqdim olunması;
• Müvafiq abunəçi interfeysi və müxtəlif xidmətlər;
• Daxili nömrənin (DİSA) sonadək yiğilması xidməti;
• Katib vasitəsi ilə zənglərin paylanması;
• Zəngin ötürülməsi;
• Mikrofonun müvəqqəti söndürülməsi (MUTE);
• Çoxkanallı telefon;
• Abunəçi tutumunun miqyaslandırılması üçün güniş imkanlar:


Müfəssəl məlumat

Qurulma və sazlanma ənənəvi mini-ATS-lə müqayisədə daha sadədir
Kompüterdə işləyən proqram kompüterin böyük hesablama gücündən və rahat Windows istifadəçi interfeysindən istifadə edir. Istənilən kompüter və Windows istifadəçisi mini-ATS-i quraşdıra və sazlaya bilər. Aparat telefon sistemləri tez-tez müəyyən tipli mini-ATS quraşdırmağı bacaran mütəxəssisin cəlb olunmasını tələb edir!


İP mini-ATS-I idarə etmək asandır, çünki bu cür mini-ATS-n konfiqurasiya interfeysi İnternetdən əldə edilə bilər
VOİP telefon sistemi İnternetə əsaslanan konfiqurasiya interfeysinə malikdir: bu da uzaqdakı telefon sisteminə xidmət və onun sazlanmasını həyata keçirməyə imkan verir. Aparat formalı telefon sistemləri çox vaxt pis interfeysə malik olurlar. Onlar elə lahiyələndirilirlər ki, onlardan yalnız telefon sazlayanlar səmərəli istifadə edə bilir.


Xərclərin azaldılması

VOİP telefon xidmətindən istifadə edərək şəhərlərarası və beynəlxalq telefon zənglərində əhəmiyyətli dərəcədə qənaət əldə etmək mümkündür. Ofisləri/şirkətin şöbələrini birləşdirən telefon sistemləri pulsuz telefon zənglərini həyata keçirməyə imkan verir.


Ayrılmış telefon xəttlərinə ehtiyac yoxdur - kompüter şəbəkəsindən istifadə edilir

VOIP telefon sistemi adi telefonları standart kompüter şəbəkəsi interfeysinə (eyni zamanda qonşu kompüterdən istifadə edə bilir) qoşmaq imkanı yaradır. Proqramlı telefonlar bilavasitə fərdi kompüterə qoşula bilir. Bu o deməkdir ki, telefon sistemi üçün naqil şəbəkəsinin quraşdırılması və xidməti zərurəti yoxdur. Bu da istifadəçilərin/genişlənmələrin əlavə edilməsinin yüksək elastikliyində öz əksini tapır. Telefon naqili olmayan yeni bir ofisdə yerləşərkən yalnız kompüter şəbəkəsi çəkməklə mühüm bir məbləğə qənaət etmək olar.


Müəyyən tədarükçüdən asılılıq yoxdur

Standart telefonlar istifadə edilir: VOİP telefon sistemləri açıq standarta əsaslanır - müasir VOİP telefonları SİP protokolundan istifadə edirlər. Bu o deməkdir ki, istənilən SİP VOİP telefondan və ya VOİP aparat şlüzündən istifadə etmək olar. Bunun əksinə olaraq, ixtisaslaşmış mini-ATS-lər adətən xüsusi telefonlardan və funksiyaların əlavə olunması üçün ixtisaslaşmış modullardan istifadəni tələb edir.


Miqyaslanma

Aparatlı mini-ATS-lər istifadəçilərin sayına görə məhdud resurslara malikdir: telefon xətlərinin və ya əlavə nömrələrin əlavə edilməsi çox vaxt avadanlığın yenilənməsini tələb edir. Bəzi hallarda tamamilə yeni mini-ATS tələb oluna bilər. VOİP telefon sistemi ilə hər şey başqa cürdür: standart kompüter böyük sayda telefon xəttləri və əlaə nömrələrə xidmət göstərə bilər - sistemin genişlənməsi üçün sadəcə olaraq yeni telefonları əlavə edin!


Müştərilərə ən yaxşı xidmət və məhsuldarlıq

Bütün telefon zəngləri kompüter tərəfindən emal olunduğuna görə işləyib hazırlayanlar üçün belə sistemləri biznesə inteqrasiya etmək daha asan olur. Məsələn: daxil olan zəng gələrkən avtomatik olaraq müştərinin dosyesi çağırıla bilər, beləliklə müştərilərə xidmətin keyfiyyətini köklü surətdə yaxşılaşdırmaq və hər bir müştəri ilə ünsiyyət müddətini ixtisar etməklə xərcləri azaltmaq olar. Gedən zəngləri bilavasitə Outlook-dan yerinə yetirmək olar ki, bu da istifadəçi tərəfindən nömrənin yığılması zərurətini aradan qaldırır.


Proqramlaşdırılmış telefonlardan istifadə daha asandır

Aparatlı mini-ATS-lərdə genişlənmiş funksiyalardan istifadə etmək adətən çətin olur, məs. Konfransların keçirilməsi. Proqramlı SİP telefonlarının istifadəsi zamanı iş tamam başqa cür olur - bütün funksiyalar qrafik interfeys olan Windows-dan istifadə olunmaqla çağırılır.


Standart paketdə daha çox funksiya

VOİP telefon proqram təminatına əsaslanır, o daha sadə işlənib hazırlanıb və beləliklə də onu gələcəkdə yeni funksiyalarla tamalamaq daha asandır. Beləliklə, müasir VOİP telefon sistemlərinin əksəriyyəti avtomatik cavablayıcı, səsli poçt və zəng növbəsinin dəstəklənməsi və s. daxil olmaqla zəngin funksiya dəsti ilə tədarük edilir. Bu cür funksiyaları dəstəkləyən aparatlı sistemlər adətən çox baha olur.


Daha yaxşı hesabat hesabına ən yaxşı nəzarət

VOİP telefonun proqram təminatı gələn və gedən zənglər haqqında məlumatı qoruyub saxlayır, beləliklə də danışıqların intensivliyi və xərclər barədə daha geniş hesabat almaq imkanı verir.


Zəng sisteminin cari vəziyyəti haqqında daha müfəssəl məlumat

Aparatlı mini-ATS-lər çox vaxt telefon sisteminin cari vəziyyəti haqqında məlumata sahib olmaq üçün bahalı "sistem" telefonlarının quraşdırılmasını tələb edir. Lakin bu halda da belə məlumatı sistemləşdirmək çətindir. VOIP mini-АTS seçilmiş istifadəçilərə İnternet vasitəsilə sistemin vəziyyətinə qrafik formada baxmağa imkan verir.


Telefonların ofisin istənilən yerində "qaynar" qoşulma imkanı

Istifadəçi sadəcə olaraq öz telefon aparatını yaxındakı lokal şəbəkə portuna qoşur və bu zaman onun abunəçi nömrəsi saxlanılır!


Sadə rouminq imkanı
Zənglər SİP protokolunun imkanları hesabına planetin istənilən nöqtəsinə yönləndirilir.


fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration