az

IP kameralar əsasında inteqrasiya olunmuş videomüşahidə sistemləri

IP kameralar əsasında inteqrasiya olunmuş videomüşahidə sistemləri

Ultra Technologies məqsədini İP-videomüşahidəni daha münasib qiymətə və geniş mütəxəssis dairəsində populyar olmasına yönəldərək yerli bazarda şəbəkə həllərini təqdim edən ilk Azərbaycan şirkəti oldu.

İnternet-kameralar (İP-kameralar) distansion müşahidə aparmaq, qulaq asmaq və dialoq aparmağa imkan yaradan təhlükəsizliyin təminatı üçün nəzərdə tutulan kompleks sistemdir. Bu çoxfunksional kameralar binanın və ya kampusun İnternet şəbəkəsinə və geniş zolaqlı İnternet qovşağına qoşulur. Çox keyfiyyətli CCD sensor, rəqəmsal böyütmə funksiyası, səsin ikitərəfli ötürmə imkanı və idarə etmək və bir neçə kameralardan eyni zamanda müşahidə etmək üçün əlavə proqram təminatı ilə təchiz olunan bu kameralar videomüşahidənin lokal şəbəkədən və ya distansion olaraq dünyanın istənilən nöqtəsindən aparılmasına imkan verən kompleks sistemdir.
Web - serverlə quraşdırılan avtonom sistem

Internet-kamera quraşdırılmış prosessor və Web-serverdən ibarətdir ki, bu da evin, ofisin və ya müəssisənin müşahidə probleminin baxa olmayan həllini təmin edir. Quraşdırılmış Web-server kameraya kompüterin qoşmaq məcburiyyətini aradan qaldırır. Quraşdırdıqdan sonra kameraya daxil olmaq, kökləmələri dəyişmək və videogörüntünü canlı olaraq müşahidə etmək üçün quraşdırılmış İP-ünvandan istifadə etmək olar.
Yüksək keyfiyyətli video üçün CCD sensoru və rəqəmsal böyütmə

İP kameraları MPEG-4 Simple Profile Mode formatlı, videogörüntünün canlı yayımını təmin edən saniyədə 30 kadra qədər olan kadr tezliyi ilə axar videodan istifadə edirlər. CCD sensoru aydın görüntü və rənglərin təbii çatdırılmasını təmin edir. Bundan əlavə, kameralar Web-interfeys vasitəsilə yaxınlaşdırılmış müşahidə üçün 4-dəfəyə qədər rəqəmsal böyütməyə malikdir(bəzi modellərdə isə hətta 10-dəfəyə qədər optik böyütmə mümkündür). Həmçinin, işığa olan yüksək həssaslıq nəticəsində kameralar minimal işıqlandırılan otaqlarda belə müşahidə etmək və görüntünü yazmaq imkanını yaradır, bu da öz növbəsində İP-kameraları gecə istifadəsi üçün ideal edir.

Qulaq asın, müşahidə edin və məsafədə dialoq aparın

Kameralar həm görüntünü , həm də quraşdırılmış mikrofon vasitəsilə uzaq məsafədən eşitmək mümkün olan səsi tuta bilir. Kameralar kompütersiz birbaşa lokal şəbəkəyə və yaxud İnternetə qoşulduğundan mövcud olan şəbəkə ətrafına asan inteqrasiya edilir. Bu kameralar ikitərəfli səs ötürülməsini təmin edərək videomüşahidə sistemini yeni səviyyəyə qaldırır. Səsucaldıcını əlavə edərək kamera quraşdırılan yerdə hər kiminlə distansion dialoq aparmaq olar.


Bir neçə kameradan eyni zamanda müşahidə etmək imkanı

Görüntünün müşahidəsi üçün nəzərdə tutulan əlavə olunmuş proqram təminatı bir kompüterin ekranında eyni vaxtda 16 kameradan olan görüntüləri müşahidəsinə imkan verir. Alınan görüntü kompüterin daimi yaddaşına əllə və ya müəyyən olunmuş cədvəllə yazıla bilər. Kamera xarici siqnalizasiya sistemlərinə və ya datçiklərə qoşula bilər, həmçinin qeyri-adi hadisələr haqqında xəbərdarlıq etmək üçün e-mail vasitəsilə avtomatik xəbərdarlıq sistemlərini kökləmək mümkündür.


Hərəkət detektoru

Günün 24 saatını, həftədə 7 gün fasiləsiz yazmaq əvəzinə görüntü yalnız hər hansı hərəkət qeydə alınan zaman yazıla bilə. Bu diskdə yer saxlayır və lazımsız görüntülərin seyrinə sərf olunan vaxta qənaət edir. Görüntü sıxılmış vəziyyətdə daimi yaddaşa və ya şəbəkə avadanlığının məlumat bazasına yazıla bilər. Yazılmış hadisələrin tez gözdən keçirmə və məlumat bazasında axtarış funksiyalarını istifadə etdikdə yazılan görüntüləri seyr etmək çox az vaxt tələb edir.


Quraşdırmanın sadəliyi

Quraşdırmaq və qoşulmaq üçün lazım olan bütün avadanlıqlar İnternet-kameraların komplektinə daxildir. Quraşdırmanın sadəliyi və daxil olan Web-interfeys sayəsində kameranı mövcud olan şəbəkə əhatəsinə inteqrasiya etmək çox asandır. Kameralar Universal Plug-n-Play standartına çox ciddi əməl edir, bu da Windows XP/Vista ilə idarə olunan kompüterlərə avtomatik olaraq kameranı görmək və öz şəbəkəsinə daxil etmək imkanı verir. Kameraya daxil olmaq və görüntüləri müşahidə etmək şəbəkənin hər bir işlək stansiyasından mümkündür.



Dynamic DNS-in İnternet-də bir çox pulsuz xidmətlərindən istifadə etdikdə kameraya asan yadda qalan domen adını təyyin etmək olar (məsələn, www.mycamera.myddns.com). Bu İP-ünvanı yadda saxlamadan kameraya distansion giriş təmin edir, hətta İnternet xidmətlərinin provayderi onu dəyişsə belə.


fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration