en

İncəsənət Universiteti təhsil prosesini avtomatlaşdırır

İncəsənət Universiteti təhsil prosesini avtomatlaşdırır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsilin keyfiyyətini artırmaq məqsədilə “EduMan” platforması əsasında Təhsil İdarəetmə sistemini tətbiq etmək niyyətindədir. Artıq universitet "Ultra Technologies" şirkəti ilə bu işlərin görülməsi üçün müqavilə imzalayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, qeyd edilmiş təhsil müəssisəsində ilkin olaraq əsas məqsəd hazır “EduMan – Mərkəzləşdirilmiş Tədris İdarəetmə” platformasının bir neçə modullarının qurulması, tətbiqi və təlimidir. Bura universitet üzrə təşkilati struktur, tələbə və müəllimlərin şəxsi işlərini əhatə edəcək Vahid Baza Platformasının yaradılması, tədris prosesini özündə əks etdirən Fənn kataloqları, tədris planı, tədris cədvəli əhatə edəcək Tədris prosesinin planlaşdırılmasının bütün dekanatlıqdan başlayaraq tətbiq edilməsi daxildir.

Nəticədə universitet ilkin olaraq aşağıdakı üstünlükləri əldə edəcək:
- Tələbələr, işçi heyəti və müəllimlər üzrə Mərkəzləşdirilmiş bazasının formalaşdırılması və bu məlumatların rahatlıqla axtarıb tapmaqla təhlil etmə üstünlüyü;
- Tələbələrin operativ və rahat qeydiyyatını həyata keçirmək imkanı;
- Tədris işinin əsasən də dərs cədvəllərinin, tədris qrafikinin və s. rahat planlaşdırması imkanı və s. üstünlüklər əldə edəcəklər.

Gələcəkdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "EduMan" platformasının digər modullarını - elektron jurnal, elektron sənəd dövriyyəsi, əlavə təhsil və əcnəbi tələbələrin onlayn sənəd qəbulunun idarə edilməsi, elektron imtahan idarə etmə və digər sistemləri növbəti mərhələdə mərkəzləşdirilmiş formada tətbiqini planlaşdırılır.

Qeyd edək ki, “EduMan” sistemi “Ultra Technologies” şirkəti tərəfindən hazırlanıb və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən əlavə olaraq, uğurla Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC), Dövlət Dillər Universiteti, “Baku Oxford School”da (BOS), Azərbaycan Təhsil Nazirliyi tabeliyində olan 5 kollecdə tətbiq edilib.



fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration