en

DocNet - Elektron Sənəd Dövriyyəsi

DocNet - Elektron Sənəd Dövriyyəsi

Sistemin funksionallığı


Snəd dövriyyəsi sistemi  sənədlərin yaradılması, razılaşdırılması, təsdiqlənməsi  kimi əhəmiyyətli alətlərin və sistemdən istifadə  zamanı sənədlərlə bağlı tapşırıqların yerinə yetirilməsinin nəzarət prosesini avtomatlaşdırmağa imkan verən proqram  təminatıdır. Sistemdə müəssisəyə müxtəlif əlaqə kanallarından daxil olan sənədlər və korrespondensiyanı qeydiyyatdan keçirmək imkanı verilir.


Sistemin üstünlükləri

  • Az. Resp. kargüzarlıq qanunvericiliyinə və dövlət təşkilatlarının mövcud sənəd dövriyyəsi strukturuna maksimum uyğunlaşması
  • Yer kürəsinin istənilən yerində sənədə icazə almaq, imzalamaq və ya gözdən keçirmək üstünlüyüMobil cihazlarda sistemdən istifadə edərək səyahətdə, ezamiyyətdə, iclasda və işdən kənarda olduqda sənədlərlə bağlı bütün işləri icra etmək imkanı.
  • Web üzərində qurulub, bütün istifadəçilər serverdə işləyirlər, bununla hər hansı bir sənədi itirmək şansı sıfıra bərabərdir
  • Sistemin Azərbaycan, rus və ingilis dilində mövcudluğu (lokalizasiyası)
  • Axtarış modulu (Atributiv və tammətnli) və Axtarış konfiqurasiyalarının yadda saxlanılması  
  • Adresatlar, İmzalayan korrespondentlər və s. dinamik sorğu kitabçaları
  • Sistemi mobil Android və Apple iOS, planşet cihazlarda istifadə etmək imkanı
  • Proqramda sənədi təsdiq və ya imza edəndə eynilə kağız sənəddə olduğu kimi imza və ya dərkənar elektron sənədə əks etdirilir (imzanın əl ilə çəkilən variantı – sistemdə imzalar vizuallaşdırılıb)
  • Proqram Azərbaycan qrammatikasında ismin hallarını avtomatik müəyyən edir (kimə, kimdən,kimin və s…)
  • Xüsusi «CPen» qələm skaynerdən istifadə etməklə, kağızda mövcud olan mətnlərin skan etmək imkanı
  • Möhürlərin rənglə sənəd kartında indikasiyası və sənədin üzərində yerləşməsi və s.
  • Bütün rəsmi sənədlərin elektron bazasını və bu sənədlərin elektron arxiv modulunda təhlükəsiz saxlama imkanı
  • Bütün spesifik iş proseslərin avtomatlaşdırılması, tam idarəçilik üçün effektivliyin artırılması. Bir neçə dəfə sürətləndirməsi və insan amilinin təsirini azaltmağa, nazirliyin fəaliyyətində olan çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq
  • Vətəndaşlara göstərilən xidmətlərin daha effektiv formada təşkili və vətəndaş məmnuniyyəti və s.
  • Bütün sənədlər üzrə elektron arxivin yaranması və gələcəkdə istənilən an rahatlıqla axtarıb, tapmaq.


Anoloji reallaşdırılmış layihələr

  • Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi
  • Heydar Əliyev Fondu
  • AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr  və Hesablaşma Mərkəzi
  • AR Maliyyə Nazirliyi
  • AR Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi
  • Azərbaycan Dövlət İqtisad Universiteti


Sistemin modulları

  • Daxil olan və göndərilən rəsmi sənədlərin qeydiyyatı
  • Sənədlərin hazırlanması və razılaşdırılması
  • Sənədlərin vizalanması və imzalanması
  • Sənədlər üzrə tapşırıqların yerinə yetirilməsi
  • Yerinə yetirilmə nəzarəti
  • Sənədlərin reyestri
  • Sənədlər üzrə dinamikaxtarış (həmsənədadı və meta-dataları üzrə ətraflı axtarış)
  • Notifikasiya (Bildiriş)
  • Sistemin mobil versiyasının mövcudluğu (Android və iOS əməliyyət sistemi)
  • Sistemin inzibatçılığı, təşkilatı strukturu (daxili bölmələr, əməkdaşlar, xarici   təşkilatlar, onların əməkdaşları, ştat vahidləri və digər) və təhlükəsizlik.
  • Əvəzləmə mexanizmləri


İstifadə Olunan Texnologiyalar

             




fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration