Texniki Dəstək Xidmətinin Avtomatlaşdırılması Sistemi
Sistemin funksionallığı
S24- texniki xidmət göstərən müəssisələrdə tapşırıqların icra olunmasına nəzarət prosesinin avtomatlaşdırılması sistemidir
Bu sistem müəssisəyə daxil olan sifarişləri sistemə daxil etməklə, texniki xidmət prosesinin yekunu, mütəxəssis və görülən işin maliyyəsi haqqında məlumatları özündə birləşdirir. Sistem vasitəsi ilə qəbul sifarişlərini qeyd etmək, həllinə və əməkdaşların məşğulluğuna nəzarət etmək, sorğunu yönəltmək mümkündür.
Sifarişlərin daxil edilməsi
Sifariş haqqında sistemdə müştəri və avadanlıq haqqında ətraflı məlumat almaq mümkündür. Yaradılmış elektron ərizə avadanlığın cari vəziyyəti haqqında məlumatları daxil etmək imkanı verir. Həmçinin sistemin, texniki xidmət göstərəcək mütəxəssisi seçmək və ya digərinə yönəltmək kimi funksionallıqlar nəzərə alınmışdır.
Texniki xidmət prosesi
Sistemdə texniki xidmət göstərilən avadanlığın cari vəziyyəti, avadanlığa qoyulmuş diaqnoz, mütəxəssis və işin maliyyə dəyəri barədə məlumat almaq mümkündür. Sistemdən bütün mütəxəssislərin istifadəsi nəzərə alınmışdır. Sistemdə sifariş modulu işin təhvil vaxtı və taşırığı icra edəcək mütəxəssis haqqında məlumat almağa imkan yaradır.
Qəbzin generasiyası
Sistemdə texniki xidmət yekunlaşdıqdan sonra görülmüş iş haqqında qəbz forması avtomatik generasiya olunur. Qəbz formasına texniki xidmət göstərilmiş avadanlığın göstəriciləri, maliyə dəyəri və sifarişçinin məlumatları daxil edilir. Qəbz elektron formada bazada saxlanılmaqla yanaşı həmçinin də və çap edilə bilinir.
Məşğulluğa nəzarət
Sistemdə təşkilati sturuktur vasitəsi ilə bütün əməkdaşlar qeydə alınır və müəssisədə əməkdaşlar üzrə cari məşğulluq haqqında məlumat almaq imkanı yaradır. Cari və ya istənilən zamana görə bütün tapşırıqlara və onların həlli tarixçəsinə baxmaq imkanı da sistemdə nəzərə alınıb.
Hesabatlar və sistem istifadəçiləri
Sistemdə müxtəlif növ hesabatlar əldə etmək mümkündür. Sistem qəbul olunan sifarişlər və texniki xidmət haqqında istənilən hesabatı almağa imkan yaradır. Həmçinin sistemdə, istənilən sayda sistem istifadəçisi yaratmaq imkanı ilə bərabər, istifadəçi müxtəlifliyini nəzərə alaraq xüsusi çox funksiyalı istifadəçi paneli nəzərdə tutulub.
Sistemin modulları
Sistemin üstünlükləri
- Sifarişlərin elektron şəkildə saxlanılması
- Müəssisə üzrə bütün əməkdaşlar haqqında məlumat bazası
- İstənilən sayda istifadəçi yaratmaq imkanı və istifadəçilər üçün çox funksiyalı istifadəçi paneli
- Texniki xidmət prosesinə nəzarət etmək imkanı
- Sifarişləri əhatəli şəkildə daxil etmək imkanı
- Verilənlərin təhlükəsizliyinin təmin olunması və məlumatların qorunması
- Əməkdaşların məşğulluğu haqqında məlumat almaq imkanı
- İstənilən hesabatın tez bir zamanda əldə edilməsi
- Rahat istifadəçi interfeysi
- Texniki xidmət prosesini özündə saxlayan əhatəli tarixçə
- Operativ axtarış sistemi
- Oracle ve Java texnologiyalari üzərində qurulmuş sürətli və dayanıqlı sistem
İstifadə Olunan Texnologiyalar