en

VİRDİ fingenprint, giriş-çıxış sistemləri

VİRDİ fingenprint, giriş-çıxış sistemləri

Barmaq izləri vasitəsilə sistemə daxil olma

Heç bir şey insanın əl izləri qədər unikal ola bilməz. Buna görə də barmaq izləri ilə daxil olma imkanını verən sistemi yaratmaq məntiqə uyğun olardı. Bu ideya VİRDİ - barmaq izləri əsasında identifikasiya sistemi tərəfindən həyata keçirilmişdir.
Bu sistem barmaq izlərin unikal olduğundan xüsusi identifikasiyada istifadə edərək işçi heyətin daxil olmaq icazəsini yoxlayır.

Hər bir müəssisənin əsas kapitalı - onun əməkdaşlarıdır. Onların iş saatları - əsas aktiv və bərpa olunmayan ehtiyatdır. VİRDİ xüsusi olaraq insanlar və onların iş saatların idarə olunması üçün yaradılıb.
Iş vaxtının qeydiyyatı və daxil olmağa nəzarət barmaq izləri vasitəsilə aparılır. Hr bir insanın barmaq izləri unikaldır, onları itirmək, borc almaq, oğurlamaq və ya unutmaq mümkün deyil. Amma identifikasiya zamanı təqdim etmək çox asandır.
Barmaq izləri yad daşıyıcını deyil, insanı xarakterizə edir .Sizin əməkdaşlar görürlər ki, VİRDİ cansız buraxılış kartları və jetonlarla deyil, onlarla - yani insanlarla işləyir.

Hər bir istifadəçi öz individuallığını hiss edir və bunun nəticəsində öz məsuliyyəti və vacibliyini anlayır.
VİRDİ - şirkətinizin şöbələri və xidmətləri və bütün əməkdaşlarınız üçün əvəz olunmaz kömkçidir.
Modul strukturu bütün əsas şöbələrə iş vaxtının idarə olunması üçün effektiv vasitələr təklif edir.

Bu modul rəhbərlərə, kadr şöbələrin işçilərinə və mühasibatlara onunla xeyirlidir ki, bu modulun köməyi ilə tez və asan müxtəlif hesabatlar yaratmaq və əməkdaşların ezamiyyəti, xəstəlik vərəqələri və s hadisələri haqqında məlumat daxil etmək mümkündür.


Şirkətin rəhbəri

  • Əmək intizamına riayət etməsi, əməkdaşların iş yerlərində olması və ya olmaması barədə dərxal tam məlumatı əldə edir
  • Şaxələnmiş hesabat sistemi vasitəsilə iş vaxtının istifadəsini ətraflı analiz edir
  • İşçi heyətin nəzarəti ilə bağlı mühafizəkar əməliyyatlardan azad olur


VİRDİ - nin koməyi ilə nəyə nail olur:

  • Əməkdaşların gecikmələrin azaldılması nəticəsində şirkətin gəlirlərinin artması
  • Hesabat xarakterli məlumatların şəffaflığının yüksəlməsi
  • Əmək resursların səmərəli paylaşdırılması
  • Operativ məlumatın əldə edilməsi
  • Əmək haqqının "şişildirilmiş" fondunun ləğv olunması (natamamlıqlar, "ölü ruhlar")


Kadrlar şöbəsi - işçi heyət xidməti
  • Avtomatizə olunmuş qaydada asan və tez ümumi və ətraflı hesabatları, həmçinin iş vaxtının qeydiyyat tabelini yaradır
  • Natamamlıqlar, normadan artıq işləmələr, gecikmələr, üzrsüz işə gəlməmələr, əməkdaşların işə tez gəlmələri və işdən gec çıxmaları haqqında tam məlumat əldə edir.
  • VİRDİ tərəfindən təqdim olunan məlumatları əmək intizamını və daxili nizam qaydalarını pozanlarla işində istifadə edir


VİRDİ - nin koməyi ilə nəyə nail olur:

  • Hesabatların hazırlanmasında əl əməyin aradan qaldırılması
  • İş vaxtının qeydiyyatının və məlumatların əsasında qəbul edilmiş qərarların etibarlılığı və dəqiqliyi
  • Əvvəllər ayrı olan məlumatların effektiv birləşdirilməsi və başqa məlumat sistemlərinə rahat ixracı
  • Əmək intizamının və motivasiyanın artması


Mühasibatlıq

  • Hər bir əməkdaşın müəyyən edilmiş dövr ərzində işlədiyi saatların miqdarı ümumiyyətlə iş vaxtının qeydiyyatı haqqında dəqiq və ətraflı məlumatları alır
  • BioTime sistemi tərəfindən təqdim olunan məlumatları müxtəlif formatlarda digər sistemlərdə işləmək üçün ixrac edə bilir
  • "Kağız" sənədlərdə təqdim olunan məlumatlar və əməkdaşların işə gəldiyi və getdiyi vaxt haqqında həqiqi məlumatlar arasında uyğunluğu dəqiqləşdirir.


VİRDİ - nin koməyi ilə nəyə nail olur:

  • Əmək haqqın dəqiq və effektiv hesablanması
  • Tarif dərəcələrin idarə olunması, gecə və iş vaxtından artıq görülən işin əmək haqqının rahat hesablanması
  • İş vaxtının qeydiyyatı haqqında olan məlumatların 1C-dən idxalı və 1C-ə tez ixracı
  • Kağız sənədlərin işlənməsinə vaxt və gücün sərf edilməsinin istisna olunması
  • Katiblik, dispetçer və s. xidmətlər
  • Hər zaman əməkdaşların idə olması və ya olmaması haqqında doğru məlumata malik olmaq
  • Rəhbərin (və, əgər lazımdırsa, müştərilərin, sifarişçilərin) tələbi ilə işdə olmayan əməkdaşın işə nə zaman gəlməsi haqqında məlumatı verə bilər
  • Mühafizəçilər daxil olma nəzarət məntəqəsinin keçməsi haqqında məlumat alırlar.


Təhlükəsizlik xidməti

  • Şirkətin otaq və binalarına fiziki daxil olmasına effektiv nəzarət edir
  • Xüsusi əhəmiyyət kəsb edən obyektlərə səlahiyyətli əməkdaşların baş çəkmələrin əlavə nəzarəti üçün daxil olmanın məhdudlaşdırılma funksiyasından istifadə edir.(anbarlar, serverlər və s.)
  • Canlı yayım rejimində əməkdaşların daxil olma nəzarət məntəqəsindən keçməsi haqqında məlumat alır
  • İtirilmiş və sıradan çıxmış maddi identifikatorların əvəzinə yenisinin alınmasını istisna edir
  • Əməkdaşların daxil olma nəzarət məntəqəsindən keçməsi bütün faktlar üzrə sübutu bazanın yaradılması


VİRDİ - nin koməyi ilə nəyə nail olur:

  • Kartların deyil, insanların daxil olmalarına nəzarət
  • Mövcud olan daxil olma nəzarət vasitələrinə biometrik sistemin əlavə olunması
  • Daxil olma birləşmiş nəzarət sisteminin mərkəzləşdirilmiş idarə etmə
  • Tez-tez müşahidə olunan yaddan çıxmış kartoçkalar, jetonlar, icazənamələrlə bağlı problemin aradan qaldırılması



İT-xidmət

  • İstifadəçilərin idarə olunması üçün effektiv vasitədən istifadə edir
  • İtirilmiş kart və jetonların bərpası ilə bağlı problemlərdən azad olur
  • Biznes-prosessləri dayandırmadan konfiqurasiyaya tez və asan əlavələr edə bilir


VİRDİ - nin koməyi ilə nəyə nail olur:

  • İstifadəçilərin idarə olunmasına sərf edilən vəsaitin azaldılması
  • İtirilmiş və /və ya sıradan çıxmış kart və jetonların əvəzinə yenilərin alınmasına vəsaitin sərf olunmaması
  • Minimal səylərlə sistemin tez mərkəzləşdirilmiş quraşdırılması
  • Sistemin inzibatında, müşayiət olunmasında, yeniləşdirilməsində və genişləndirilməsində rahatlıq


fancyBox - Fancy jQuery Lightbox Alternative | Demonstration