"Baku Oxford School"-da Ultra Technologies tərəfindən yazılmış EduMan sistemi tətbiq edildi
“ULTRA Technologies” şirkəti təhsil sektorunda “EduMan — Təhsil
Müəssisələrinin Tədris Proseslərinin Avtomatlaşdırılması” sisteminin
genişmiqyaslı tətbiqinə start verdi. Artıq bir neçə dövlət təhsil
müəssisəsində istifadəyə verilmiş və özünü dogrultmuş sistemin “Baku
Oxford School”da (BOS) tətbiqinə cari ilin əvvəlindən başlanıldı.
“EduMan”
müəllim və tələbə arasında qarşılıqlı tədris fəaliyyətinin
genişlənməsi, müəllimlərin tədris planlarına nəzarət etməsi, təhsil
resurslarının mərkəzləşdirilmiş saxlanılma qaydalarının təşkili,
statistik və analitik hesabatlar üzrə informasiyanın toplanılması,
təşkil olunacaq imtahanların daha effektiv və mərkəzləşdirilmiş yolla
aparılması, imtahan şəffaflığının və effektliyinin artırılması, tədris
üzrə təşkilatı strukturun idarə edilməsi, əvvəlcədən müəyyən edilmiş
tədris üzrə hesabatların hazırlanması və s. kimi geniş imkanlar təqdim
edir.
Sistemin qurulmasının ilkin mərhələsində şirkətin analitiklərdən ibarət nümayəndə heyətinin müxtəlif yerli və xarici təhsil müəssisələrində apardıqları tədqiqatlar və peşəkar mütəxəssislərdən aldıqları tövsiyələr “EduMan Təhsil Müəssisələrinin Tədris Proseslərinin Avtomatlaşdırılması” sisteminin funksional göstəricilərinin genişləndirilməsinə imkan yaratmışdır. Sistem, veb əsaslı texnologiyalar əsasında qurulduğu üçün istənilən kompüterdən həm daxili şəbəkə vasitəsi ilə, həm də internet şəbəkəsi vasitəsi ilə məlumatların ötürülməsi, dərs cədvəllərinin qurulması, müəllimlərə aid olan planların (Mövzu – təqvim planı, gündəlik plan, fərdi plan) hazırlaması, təşkilati strukturda aparılan düzəlişlərin əlavə edilməsi, müxtəlif ölçüdə hesabatların hazırlanması və onların MS OFFICE proqramı ilə inteqrasiyasının təmin edilməsi kimi üstün imkanlara malikdir.
Qeyd etmək lazımdır ki, “EduMan” Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan Bakı Kompüter Kolleci, Azərbaycan Dövlət Pedoqoji Kolleci, Azərbaycan Maliyyə-İqtisad Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Bakı Neft-Energetika Kollecində tətbiq edilmişdir.