Əsas səhifə
“Eurovision-2012” mahnı müsabiqəsinin rəsmi saytının təqdimatı baş tutdu
2012-ci il yanvarın 26-da “Eurovision-2012” mahnı müsabiqəsi saytının ilk mətbuat konfransı və təqdimatı keçirildi. Təqdimatda müsabiqənin rəsmi nümayəndələri iştirak etdilər: “Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand, təşkilatı məsələlər üzrə direktor Sietse Bekker, eurovision.tv saytının rəhbəri Yorqan Frank, müsabiqənin işçi qrupunun rəhbəri Adil Kərimli, və həmçinin müsabiqənin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov. Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi hər il dünyanın bir çox ökəsində böyük diqqət ayrılan ən böyük musiqi tədbiri hesab olunur.
«Telekommunikasiya və İnformasiya Texnologiyaları» BakuTel 2011 17-ci Beynəlxalq Sərgisi və Konfransı
Noyabr ayının 23-dən 26-a qədər Bakıda «Telekommunikasiya və İnformasiya Texnologiyaları» BakuTel 2011 17-ci Beynəlxalq Sərgi və Konfransı keçirildi.
ULTRA HP ilə yüksək tərəfdaşlıq statusunu təsdiq etdi
Azərbaycanın İT bazarında proqram həllərinin aparıcı təchizatçısı və sistem inteqratoru olan ULTRA şirkəti 2012-ci il üzrə HP Preferred Partner Gold statusunu təsdiqlədi, bu da müxtəlif texnoloji həllər təklif edən dünyaca məşhur vendorla sıx tərəfdaşlıq münasibətlərinin göstəricisidir.
3D proektor
Proyektor prezentasiyanın keçirilməsi üçün ən lazımi alətlərdən biridir. Proyektor istehsalı üzrə geniş tanınan Optoma şirkəti daim sizin prezentasiyaların uğurlu olması üçün çalışır. Həm prezentasiyaların göstərilməsi, həm də təhsil sahəsində 3D formatı proyektordan istifadə üçün yeni imkanlar açır.
ULTRA şirkəti Əmək yarmarkasında iştirak etdi
13 oktyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində Əmək yarmarkası keçirilib.ULTRA şirkəti həmin Yarmarkanın işində aktiv iştirak edib. Şirkətin baş direktoru Z.Məmmədzadənin dediklərinə görə, “məzunlar üçün Yarmarkanın keçirilməsi, şübhəsiz ki, işəgötürənlər üçün yaxşı bir fürsətdir ki, gənc kadrlarla tanış ola və onları ilk olaraq işə götürə bilsinlər.
Azərbaycan «Elektron Hökümət»in yaradılması üçün mühüm addım atdı
ULTRA şirkəti Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirliyi və Microsoft korporasiyası ilə birgə Azərbaycan Respublikasının bütün nazirliklərini və dövlət idarələrini lisenziyalı proqram məhsulları ilə təmin olunması üzrə layihəni yekunlaşdırdı.
ULTRA şirkəti İKT üzrə ən yaxşı kitabların müəlliflərini mükafatlandırdı.
Dekabr ayının 7-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin konfrans zalında informasiya texnologiyaları sahəsi üzrə müsabiqə iştirakçılarının təntənəli mükafatlandırma mərasimi keçirildi.
ULTRA şirkəti sığorta şirkətlərinin fəaliyyətinin avtomatlaşdırılması üçün proqram kompleksi təqdim edir
ULTRA şirkəti “1C: Müəssisə 8.1” platforması əsasında işlənib hazırlanmış sığorta şirkətləri üçün “Sığorta polislərinin uçotu və satışı” proqramlarının üzərində qurulmuş U-Safe proqram kompleksini bazara təqdim etdi.
«Müstəqil Azərbaycan 20 ildə» Milli Sərgisi
ULTRA şirkəti 27-30 sentyabr tarixlərində «Bakı Expo» sərgi mərkəzində keçirilən«Müstəqil Azərbaycan 20 ildə» sərgisində aktiv iştirak edir.
Netbuk Nexus Classmate: Misilsiz Kredit kampaniyası
Nexus milli kompüter brendi istehsalçısı kimi tanınan ULTRA şirkəti yeni kampaniya elan edir. Sentyabr ayının 15-dən başlayaraq Nexus Classmate netbukunu kreditlə illik faizsiz və ilkin ödənişsiz almaq mümkün olacaq və alıcı 12 ay müddətində ayda 30 AZN ödəyəcək. Bunun üçün Bakı qeydiyyatı olmaqla şəxsiyyət vəsiqəsinin surətini və iş yerindən arayış təqdim etmək kifayətdir.






















