Həyata keçirdiyimiz layihələr texnologiya dünyasında əks-səda doğurur
  • İT infrastruktur və rəqəmsal həllərin tətbiqi

    Şirkətimiz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzinin fəaliyyəti üçün infrastrukturun yaradılmasını uğurla həyata keçirib.
    Agentliyin və mərkəzin işi üçün bütün lazımi komponentlərin layihəsinin hazırlanması və həyata keçirilməsi üzrə xüsusilə də şəbəkə və server infrastrukturu, avadanlığın köklənməsi, növbə sisteminin yaradılması, zəng mərkəzinin yaradılması, mərkəzin saytının işlənib hazırlanması və s. kimi işlər görülmüşdür.
    Lokal şəbəkənin hazırlanması üzrə layihənin əvvəlində iş, texniki tapşırığın işlənib hazırlanması ilə başladı, texniki tapşırıq ətraflı təhlildən və sifarişçi şirkətin tələblərindən sonra maksimal olaraq işləndi. İlk öncə istifadə edilən topologiya, lazımi sayda qoşulma portları, əsas istifadəçilərin və cihazların sayı kimi əsas məqamlar müəyyənləşdirildi. Habelə serverin yerləşdirilməsi üçün optimal yer və lokal şəbəkə magistral yollarının çəkilişi müəyyənləşdirildi. Lokal şəbəkə üçün əsas tələblərdən biri rəddə davamlılıq idi. 
    Lokal şəbəkənin layihəsi hazırlanarkən şirkətimiz gələcək lokal şəbəkənin bütün çatışmayan məqamlarını müəyyən etdi və “HP” şəbəkə avadanlığı əsasında onun rəddə davamlılığını artırmaq üçün kompleks tədbirlər təklif etdi.  
    Aktiv avadanlığın yerləşdirilməsi və onun lokal və elektrik şəbəkələrə qoşulması sxemi elə bir şəkildə qurulub ki, bu da bütün sistemi maksimum etibarlı və rəddə davamlı edir.   
    İndi demək olar ki, fövqəladə vəziyyətlərdə belə nəzərdə tutulmuş şəbəkə iş qabilliyyətini tamamilə itirməyəcək və ya xeyli müddət işləməyə davam edəcək ki, onunla qarşılıqlı əlaqədə olan istifadəçilər və xidmətlər öz işlərini lokal şəbəkədə düzgün tamamlaya bilsinlər. 

  • “Elektron imza - Açıq Açar İnfrastrukturunun qurulması” layihəsi

    Şirkətimizin digər dövlət əhəmiyyətli layihəsi hal-hazırda işlənən “Elektron imza - Açıq Açar İnfrastrukturunun qurulması” layihəsidir ki, “Microsoft” və “Azərin” MMC ilə birgə əməkdaşlıq edərək həyata keçirir.
    Hal-hazırda bütün dünyada, eləcə də Azərbaycanda bütün sənədləşmələr həm yazılı, həm də elektron versiyada aparılır. Sənədləri rəsmiləşdirmək üçün isə adətən möhür və imzadan istifadə edilir.
    Prosedurların avtomatlaşdırılması və sənədləşmə proseslərinin elektron versiyada aparılması imzalama prosesinin də elektron verisyaya keçməsini tələb edir.
    Elektron imza əl imzası ilə eyni hüquqa malik olub, 2048 bitdən ibarət simvolu ehtiva edir. Hər bir kəsin özünə məxsus əl imzası olduğu kimi unikal elektron imzası da olmalıdır. Elektron imzaya sahib olmaq üçün şəxs sertifakata malik olmalıdır. Sertifikatlar isə yaradılmış Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən fəaliyyət göstərdiyi sahəyə müvafiq olaraq dövlət qulluqçuları, biznesmenlər, müəssisə işçiləri və vətəndaşlara təqdim edilir. Şirkətimizin əsas məqsədi də elektron imza layihəsini Azərbaycanda uğurla tətbiq etməkdir. Layihənin əsas məqsədi Azərbaycanda müasir informasiya texnologiyalarını tətbiq edərək Milli Sertifikat Mərkəzini yaratmaqdır. 
    AAİ kriptoqrafik açıq açar üzərində qurulmuş və sertifikatları idarə edən təhlükəsizlik infrastrukturudur. AAİ infrastrukturunun qurulmasının əsas məqsədi Milli Sertifikat Xidmətləri Mərkəzini yaratmaqdır.
    Mərkəzin əsas iş prinsipi hökumət orqanları nümayəndələri, dövlət və özəl müəssisələrin işçiləri, biznesmenlər, həmçinin ölkə vətəndaşlarının gələcəkdə e-İmzadan səmərəli şəkildə istifadə edərək istənilən elektron sənədləri imzalamaq üçün sertifikatlarla təmin etməkdir.
    Milli Sertifikasiya Xidməti Mərkəzinin strukturu: 
    1. Ali Sertifikat Xidmətləri Mərkəzi
    •    Özünü imzalayan sertifikata malik olması;
    •    Tabeçiliyində olan bütün mərkəzlər üçün sertifikatların verilməsi;    
    •    Sertifikat siyasətinin hazırlanması və mərkəzlərə tətbiqi.
    2. Elektron Hökumət Mərkəzi
    •    Azərbaycan Respublikası vətandaşlarına, hüquqi şəxslərə və iş adamlarına sertifikatların verilməsi və sertifikat proseslərinin idarə olunması;
    •    Hakimiyyət orqanları ilə qarşılıqlı münasibətlərin təmini. 
    3. Elektron Hakimiyyət Orqanları Mərkəzi    
    •    Daxili və təşkilatlararası elektron sənəd dövriyyəsini təmin etmək;
    •    Nazirlik və komitə əməkdaşlarına sertifikatların verilməsi və sertifikat proseslərinin idarə olunması.
    Milli Sertifikat Xidmətləri Mərkəzinin həyata keçirdiyi prosedurlar:
    1.    Sertifikat xidmətləri prosesləri - verilməsi, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi;
    2.    Smart kart xidmətləri - iki sertifikatı (e-imza və autentifikasiya) özündə saxlayan smart kartların verilməsi;
    3.    Vaxt göstəricilərinin qoyulması;
    4.    Şəbəkə direktoriyasınin təmin edilməsi (“CRL” və sertifikatların restrinə “LDAP v3” və “HTTP” protokolları ilə qoşulma imkanı).
  • Jurnala aid unikal veb-saytın hazırlanması

    Technologies tərəfindən 2014-ci ildə  unkal dizaynı, funksionallığı ilə seçilən http://baku-media.ru rəsmi  veb səhifəsi işlənib hazırlandı. Veb səhifə seçilmiş unikal dizayna əsasən xususi olaraq işlənib hazırlanmışdır.  Məlumat dolğunluğu və funksionallığı baxımından digər saytlardan fərqlənir. 
    Saytda  jurnal, bələdçi, bakı turu, onlayn sərgilər, abunə, video və foto  bölmələri mövcuddur. Məlumat  daxili idarəetmə paneli vasitəsi ilə daima yenilənir. 
    Saytın məlumatları tam olaraq daxili İdarəetmə paneli (CMS) ilə idarə olunur. İdarəetmə paneli istifadəçi üçün son dərəcədə rahat yaradılmışdır. İdarəetmə paneli vasitəsi ilə saytın məlumtlarını operativ şəkildə asanlıqla yeniləmək mümkündür.
    Sayt yüksək səviyyəli təhlükəsizlik sistemi ilə təmin edilib. Saytın təhlükəsizlik  baxımından əsas xüsusiyyətlərindən biri də onun haker və bütün kənar hücumlara qarşı dayanıqlı olmasıdır. Belə ki, saytın kodu yazılarkən bütün mümkün təhlükəsizlik əməliyyatları nəzərə alınmışdır.
  • Tədris Mərkəzinin veb-saytının yenidən hazırlanması

    Tədris Mərkəzi üçün  Ultra Technologies tərəfindən 2015-ci ildə  funksionallığı, dizaynı və yüksək təhlükəsizlik sistemi ilə fərqlənən http://bbtc.gov.az  veb səhifəsi işlənib hazırlanmışdır.
    Saytda  mərkəz haqqinda, nümayəndəliklər, distant təlimlər, xəbərlər, elanlar, layihələr, müraciətlər, qanunvericilik, kitabxana bölmələri mövcuddur. 
    Sayt yüksək səviyyəli təhlükəsizlik sistemi ilə təmin edilib. Saytın təhlükəsizlik  baxımından əsas xüsusiyyətlərindən biri də onun haker və bütün kənar hücumlara qarşı dayanıqlı olmasıdır. Belə ki, saytın kodu yazılarkən bütün mümkün təhlükəsizlik əməliyyatları nəzərə alınmış və serverlər quraşdırılarkən  kodun qırılmaması üçün hər bir tədbir görülmüşdür.
    Saytın məlumatları tam olaraq daxili İdarəetmə paneli (CMS) ilə idarə olunur. İdarəetmə paneli istifadəçi üçün son dərəcədə rahat yaradılmışdır. İdarəetmə paneli vasitəsi ilə saytın məlumtlarını operativ şəkildə asanlıqla yeniləmək mümkündür.
    Veb sayt  2 dildə fəaliyət göstərir.Saytın hazırlanmasında ən son texnologiyalardan istifadə olunmuş, təhlükəsizlik və istifdəçi rahatlığı nəzərə alınmışdır.
  • Mərkəzə məxsus xüsusi veb-saytın hazırlanması

    2013-cü ilin may ayında Heydər Əliyev Mərkəzinin rəsmi saytı istifadəyə verilmişdi. Öz funksionallığı, unikal dizaynı və yüksək təhlükəsizlik sistemi ilə fərqlənən sayt - Ultra şirkəti tərəfindən işlənib hazırlanmışdır. Saytda Haqqımızda, ümumilli lider Heydər Əliyev, Memarlıq simvolu, Muzey haqqında maraqlı və geniş məlumatlar əks olunub. Bundan əlavə saytda tədbirlər və xəbərlər, foto və video qalereya, virtual tur, bizimlə əlaqə və bilet sifarişi kimi səhifələrdə var. 
    Sayt yüksək səviyyəli təhlükəsizlik sistemi ilə tətbiq edilib və sistem tam olaraq daxili İdarəçi paneli (CMS) ilə idarə olunur. Buda təhlükəsizlik səviyyəsinin daha üstün olmağına gətirib çıxarır.  
    Saytın təhlükəsizlik nöqteyi baxımından əsas xüsusiyyətlərindən biri də onun haker və bütün kənar hücumlara qarşı dayanıqlı olmasıdır. Belə ki, saytın kodu yazılarkən bütün mümkün təhlükəsizlik prosesləri nəzərə alınmış və serverlər quraşdırılarkən  kodun qırılmaması üçün hər bir tədbir görülmüşdür. 
    Veb sayt yüksək effektivlik və sürət imkanlarına sahib PHP proqramlaşdırma texnologiyaları üzərində qurulmuşdur və sayta gündəlik daxil edilən məlumatların yenilənməsi və ziyarətçiyə bu yeniliklərin çatdırılması, həmçinin ziyarətçi üçün saytın struktur baxımından rahatlığı tam nəzərə alınmışdır. Saytın hazırlanmasında HTML5 proqramlaşdırma texnologiyasından istifadə edilib və sayt iki dildə fəaliyyət göstərir. Saytın proqramlaşdırılması zamanı istənilən digər sistemlərlə asanlıqla inteqrasiyanın mümkünlüyü nəzərə alınmışdır.
    Saytın ünvanı: heydaraliyevcenter.az
  • “Elektron Sənəd dövriyyəsi” sisteminin avtomatlaşdırılması

    Ultra Technologies şirkətinin mütəxəssisləri NikoilBank əməkdaşları ilə birgə səy nəticəsində”Doclogix” e-sənəd dövriyyəsi sistemini tətbiq etdilər. Altı ay ərzində uğurla həyata keçirilən ESD sistemi 100 bankdaxili istifadəçi üçün nəzərdə tutulmuş və daxil olan, göndərilən sənədlərin , o cümlədən, daxili yazışmaların avtomatlaşdırılmasına imkan verir.
    Bu sistemin tətbiqi, nəticəsində yeni sənədlərin yaradılması ,təsdiqlənməsi və bu proseslərə rəhbərlik tərəfindən nəzarət olunması elektron qaydada daha sürətli həyata keçirilir.
    Doclogix ESD sisteminin tətbiqi əsasən bank əməkdaşlarının əməliyyat prosesində etdikləri səhvlərin azaldılmasına , həmçinin  məlumatların bir sistemdən digərinə daxil edilməsinin avtomatlaşdırılmasına şərait yaradır və bununla da informasiyanın mexaniki olaraq daxil edilməsinə ehtiyac qalmır.Kağız sənədlərin xüsusi qovluqlarda saxlanılması, arxivləşdirilməsi, uçotu, axtarışı  və qeydiyyata alınması zamanı əmələ gələn vaxt itkisinin qarşısı alınır. 
    Tətbiq edilmiş sistemin üstünlükləri:
    • Sənəd layihələri üzrə iş prosesinin sistemləşdirilməsi;
    • Veb brauzer vasitəsilə bütün istifadəçilərin serverdə sinxron çalışma imkanı;
    • Bütün sənədlərin serverdə yerləşdirilməsi nəticəsində, sənəd itkisinin qarşısının alınması;
    • İstənilən yerdən şifrələnmiş bağlantı vasitəsilə sənədlərə daxil olma, imzalama və gözdən keçirmə imkanı;
    • Daxil olmuş sənədlərlə bağlı e-mail və ya digər operativ məlumatlandırma  imkanlarının olması.
    Ultra Technologies şirkəti daim yeni imkanlar axtarışındadır.Yaxın gələcəkdə “NikoylBank”-ın filialları üzrə sistemin genişləndirilməsi baxımından əlavə lisenziyaların alınması, habelə sistemin mobil versiya olan İOS və Android əməliyyat sistemlərində də tətbiqi planlaşdırılır.Dünya praktikasına əsaslanaraq  qeyd edə bilərik ki, “Doclogix” ESD sistemi yalnız banklarda deyil, həmçinin müxtəlif biznes sahələrində də iş proseslərinin avtomatlaşdırılması ücün unikal variantdır.
    “Doclogix” ESD sisteminin 25 000-ə qədər istifadəçi sayı və bu sahədə 16 illik təcrübə bunu demeyə əsas verir ki, bu proqramın Azərbaycanda bank və biznes sahəsində tətbiqi istehsal və biznes proseslerinin effektiv inkişafına xüsusi təsir göstərəcəkdir.
  • Maliyyə və Mühasibat uçotunun avtomatlaşdırılması

    “ULTRA Tecnologies” şirkəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində 1C 8.3 üzərində Maliyyə və Mühasibat uçotunun avtomatlaşdırılması məqsədi ilə cari ilin əvvəlində metropolitenlə birgə əməkdaşlığa imza atmışdır. 
    Şirkət, metropolitendə tətbiq edəcəyi 1C 8.3 mühasibat proqramı vasitəsilə müəssisənin əsas vəsaitlərinin və qeyri maddi aktivlərinin, mal-material və azqiymətlilərinin uçotunun aparılması, statistik və digər hesabatların hazırlanması, müəssisənin əməkdaşlarının əmək haqqlarının hesablanması və ödənilməsi, ümumiyyətlə maliyyə məlumatların sistemləşdirilməsinə imkan yaradacaq. Bundan əlavə, tikinti işlərinin smetasının tərtibi, pul vəsaitlərinin idarə olunması, izlənməsi, xərclərin qruplaşdırılması, smeta üzrə qalıq hesabatların hazırlanması, qəbul edilmiş obyektlərin balansa götürülməsi və s. də sistemin yaratdığı funksional imkanlardır. 
    Bu sistem Metropolitenin tabeliyində olan baş idarənin və 26 qrumun işinin vahid mərkəzdən idarə edilməsinə imkan verəcək. Şirkət analitikləri bildirmişdilər ki, sistemin tətbiqi nəticəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti maliyyə, uçot siyasətinin effektivliyinin təşkil olunması və optimallaşdırılması, beynalxalıq İFRS hesabatlarına keçid və digər üstünlüklərə malik olacaq.
    ULTRA şirkətinin çoxillik təcrübəsinə asaslanan 1C 8.3 Platforması əsasında büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibat uçotunun avtomatlaşdırılması sistemi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin BƏHM, ASAN Xidmət, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti, Azərbaycan Respublikasının Mərkəzi Bankında tətbiq edilmişdir.
  • BDYPİ üçün İmtahan otaqların yaradılması

    Sürücülük vəsiqəsinin verilməsi üzrə praktik imtahan ərazisinin avtomatlaşdırılması sistemi
    Bakı, Sumqayıt şəhərləri və Azərbaycan Respublikasının 12 rayonu üzrə Dövlət Avtomobil Müfəttişliyi İdarələrində Sürücülük vəsiqəsinin verilməsi üzrə praktir imtahan ərazisinin avtomatlaşdırılması sistemi tətbiq edilmişdir. Layihənin icrası zamanı, ULTRA mütəxəssisləri tərəfindən sistemin quraşdırılması, proqramlaşdırılması və işə salınması həyata keçirilmişdir.
    Həmçinin, sistemin tətbiqindən sonra 1 illik texniki dətək xidməti təqdim olunmuşdur.
  • E-Təhsil layihəsi: Təhsil Sisteminin İnformasiyalaşdırılması

    Ümumtəhsil Müəssisələrinin İnformasiya Sistemi (ÜTİS)
    “Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi”ndə respublika üzrə təhsil müəssisələrinin tabe olduqları müəssisənin heyəti, təhsil müəssisəsində təhsil alan şagird və işləyən işçi heyət haqqında bütün məlumatlar saxlanılır. Burada müəssisə inzibatçıları sistemdə olan bu məlumatları idarə edə bilər. 
    Sistemin əsas məqsədi –respublika üzrə təhsil müəssisələri və bu müəssisələr daxilində olan şagird və heyət haqqında bütün məlumatın vahid bir bazada saxlamaqdır. Nəticədə sistemdə olan məlumat əsasında statik və dinamik hesabatlar almaq mümkündür
    Ölkədə mövcud olan bütün dövlət və özəl təhsil müəssisələrinin UTİS bazasında hesabı yaradılmışdır və hər məktəb öz hesabı vasitəsi ilə məlumatları bazaya daxil edir. 

    Məktəbdənkənar Müəssisələrinin İnformasiya Sistemi (MMİS)
    “Məktəbdənkənar Müəssisələrinin İnformasiya Sistemi”ndə respublika üzrə idman və yaradıcılıq sahələri üzrə fəaliyyət göstərən məktəbdənkənar müəssisələr, bu müəssisələrdə işləyən işçi heyəti və bu müəssisələrdə təhsil alan şagird haqqında bütün məlumatlar saxlanılır. 
    Sistemin əsas məqsədi –respublika üzrə məktəbdənkənar müəssisələr və bu müəssisələr daxilində olan şagird və heyət haqqında bütün məlumatın vahid bir bazada saxlamaqdır. Nəticədə sistemdə olan məlumat əsasında statik və dinamik hesabatlar almaq mümkündür. 

    Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sistemi (MTİS)
    “Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sistemi”ndə respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri, bu  müəssisələrdə təhsil alan uşaq və işləyən işçi heyət haqqında bütün məlumatlar saxlanılır. Burada müəssisə inzibatçıları sistemdə olan bu məlumatları idarə edə bilər. 
    Sistemin əsas məqsədi –respublika üzrə məktəbəqədər təhsil müəssisələri və bu müəssisələr daxilində olan uşaq və heyət haqqında bütün məlumatın vahid bir bazada saxlamaqdır. Nəticədə sistemdə olan məlumat əsasında statik və dinamik hesabatlar almaq mümkündür. 
    Ölkədə mövcud olan bütün dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin hesabı yaradılmışdır və hər müəssisə öz hesabı vasitəsi ilə məlumatları bazaya daxil edir. 
    İncəsənət Məktəblərinin Elektron Sistemi (İMES)
    “İncəsənət Məktəblərinin Elektron Sistemi”ndə respublikada fəaliyyət göstərən incəsənət müəssisələri, bu müəssisələrdə təhsil alan şagird və işləyən işçi heyət haqqında bütün məlumatlar saxlanılır. Burada müəssisə inzibatçıları sistemdə olan bu məlumatları idarə edə bilər. 
    Sistemin əsas məqsədi –respublika üzrə incəsənət müəssisələri və bu müəssisələr daxilində olan şagird və heyət haqqında bütün məlumatın vahid bir bazada saxlamaqdır. Nəticədə sistemdə olan məlumat əsasında statik və dinamik hesabatlar almaq mümkündür. 

  • Smart - sinif həlli ilə interaktiv dərs keçmə imkanları

    Son illər Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılmış və bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, 1999-cu ildə Ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nda gənc nəslin informasiya və kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
    “Azərbaycan Respublikası Ümumtəhsil Məktəblərinin İnformasiya və Kommunikasiya Texnologiyaları ilə Təminatı Proqramının (2005-2007 və 2008-2012-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “SIVECO”, “Microsoft”, “Hewlett-Packard”, “Cisco”, “Mədəd”, “Intel” və məhz şirkətimizdən ibarət beynəlxalq konsorsium Azərbaycanın orta məktəblərində elektron təhsil həllərinin tətbiqi layihəsini həyata keçirmişdir. Bu sahədə yüksək təcrübəyə malik olan şirkətimiz hal-hazırda dünyada ən son texnoloji keyfiyyətlərə cavab verən Cənubi Koreyanın elektron təhsil sferasında lider şirkət olan “AHA” şirkətinin “Smart Class” həllini təqdim edir.
    İT sahəsində aparıcı Cənubi Koreya şirkəti olan “AHA”nın “Smart Class” həlli təhsil prosesində qabaqcıl sistemlərdəndir. Müasir dövr öz xüsusiyyətilə sıravi insandan dövlətə qədər həyatımızın bütün sferalarında öz qanunlarını və tələblərini diqtə edir. 10 il əvvəl istifadə olunan metod və üsullar bugün köhnəlmiş hesab olunur və əvəzləmə və ya müasirləşdirmə tələb edir. Bu tendensiya əlbəttə ki, təhsil sistemində də öz əksini tapır.
    Müasir uşaqlar informasiya, yüksək texnologiya  və kommunikasiya aləmində böyüyən yeni nəsildir. Ona görə də ənənəvi təhsil-təlim metodunu müasir uşaqlar arxaik və geridə qalmış üsul kimi qiymətləndirirlər.
    Zamanın tələbinə cavab verən “AHA” şirkəti təhsil idarəetməsində proqram və avadanlıq sistemi ilə kompleks həll olan “Smart Class” həlli təlim prosesində dərslərin formalaşdırılmasına, onların tədris olunması və nümayiş vasitələrinə, informasiya göndərilməsinə və şagirdlərlə ünsiyyətdə olan yeni yanaşmadır.
  • Təhsil Müəssisələrinin İdarəetmə Sistemi

    “ULTRA Technologies” şirkəti təhsil sektorunda “EduMan — Təhsil Müəssisələrinin İdarəetmə Sistemini genişmiqyasda tətbiq edir. EDUMAN sistemi artıq bir neçə dövlət təhsil müəssisəsində istifadəyə verilmiş və özünü doğrultmuşdu.
    EDUMAN müəllim və tələbə arasında qarşılıqlı tədris fəaliyyətinin genişlənməsi, müəllimlərin tədris planlarına nəzarət etməsi, təhsil resurslarının mərkəzləşdirilmiş saxlanılma qaydalarının təşkili, statistik və analitik hesabatlar üzrə informasiyanın toplanılması, təşkil olunacaq imtahanların daha effektiv və mərkəzləşdirilmiş yolla aparılması, imtahan şəffaflığının və effektliyinin artırılması, tədris üzrə təşkilatı strukturun idarə edilməsi, əvvəlcədən müəyyən edilmiş tədris üzrə hesabatların hazırlanması və s. kimi geniş imkanlar təqdim edir.
    Sistemin qurulmasının ilkin mərhələsində şirkətin analitiklərdən ibarət nümayəndə heyətinin müxtəlif yerli və xarici təhsil müəssisələrində apardıqları tədqiqatlar və peşəkar mütəxəssislərdən aldıqları tövsiyələr “EDUMAN” Təhsil Müəssisələrinin İdarəetmə sisteminin funksional göstəricilərinin genişləndirilməsinə imkan yaratmışdır. Sistem veb əsaslı texnologiyalar əsasında qurulduğu üçün istənilən kompüterdən həm daxili şəbəkə vasitəsi ilə, həm də internet şəbəkəsi vasitəsi ilə məlumatların ötürülməsi, dərs cədvəllərinin qurulması, müəllimlərə aid olan planların (Mövzu – təqvim planı, gündəlik plan, fərdi plan) hazırlaması, təşkilati strukturda aparılan düzəlişlərin əlavə edilməsi, müxtəlif ölçüdə hesabatların hazırlanması və onların MS OFFICE proqramı ilə inteqrasiyasının təmin edilməsi kimi üstün imkanlara malikdir.
    Qeyd etmək lazımdır ki, hal-hazırda EDUMAN sistemi aşağıda göstərilmiş təhsil müəssisələrində tətbiq olunur:
    •Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    •Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
    •Azərbaycan Dillər Universiteti
    •Azərbaycan Turizm və Menecment Universiteti
    •Gəncə Dövlət Universiteti

    “EduMan” Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan Bakı Kompüter Kolleci, Azərbaycan Dövlət Pedoqoji Kolleci, Azərbaycan Maliyyə-İqtisad Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Bakı Neft-Energetika Kollecində tətbiq edilmişdir.
  • UNEC - də Termal Kameraların və Turniket sisteminin tətbiqi layihəsi

    Təhsil müəssisəsinin təhlükəsiz açılmasını təmin  etmək üçün şirkətimiz ziyarətçilərin axını və  temperatur taramasını idarə edən cihazları özündə cəmləyən Həlli təqdim edir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” 10 sentyabr 2021-ci il tarixli 259 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin 2021-ci il sentyabrın 29-dan başlanması və əyani formada təşkil edilməsi qərara alınmışdır. Həmin Qərara əsasən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə müvafiq olaraq təşkili təmin edilməlidir.
    Universitetdə tələbə və əməkdaşların tədris binalarına girişinin müvafiq tələblərə uyğun təşkili üçün onların smart kartlarını qeydiyyatdan keçirməklə girişlərdə quraşdırılmış turniketlər və üz tanıma sistemi ilə işləyən temperatur ölçən avadanlıqlar vasitəsilə təşkil edilir. Həmin turniketlər smart kart vasitəsilə peyvənd sertifikatının olub-olmaması və termal kamera sistemi ilə işləyən təmassız termometr vasitəsilə hərarətin müəyyən edilərək buraxılışa icazə verilməsi mexanizmi əsasında işləyir. Beləliklə, tələbə və əməkdaşın peyvənd sertifikatı olmadığı və ya bədən hərarəti  yüksək olduğu hallarda həmin şəxsin Universitetə daxil olmasına turniketin açılmaması ilə icazə verilmir. Turniketlər və termal kameralar müvafiq proqram təminatı vasitəsilə Azərbaycan Dövlət İqtisad Universitetində tətbiq olunan EDUMAN Təhsilin idarə edilməsi sistemi ilə əlaqələndirilmişdir. Belə ki, Eduman Məlumat bazası ilə peyvənd sertifikatı bazasının inteqrasiyası, e-jurnal modulunda sertifikatlar haqqında məlumatın əks olunması, tələbələrə onlayn sms-in göndərilməsi proqramı yaradılmışdır. 
    Ümumi olaraq UNEC-də prosesin icrası mərhələləri aşağıdakı kimi müəyyən olunmuşdur:
    •Bütün professor-müəllim heyəti, təhsilalanlar və əməkdaşlar turniketlərdən keçidə imkan verən smart kartlarla təmin edilir; 
    •COVID-19 pasportları və ya immunitet sertifikatlarının mövcudluğu haqqında aidiyyəti dövlət qurumlarından əldə olunan məlumatlar EDUMAN-Tədrisin Elektron İdarəetmə sisteminə inteqrasiya olunur; 
    •EDUMAN bazası ilə peyvənd sertifikatı bazasının inteqrasiyasının nəticələri e-jurnal modulunda sertifikatlar haqqında məlumatın əks olunması ilə öz əksini tapır; 
    •SMS-lər vasitəsi ilə professor-müəllim heyətinə, təhsilalanlara və əməkdaşlara COVID-19 pasportları və immunitet sertifikatları mövcud olmaması haqqında öncədən məlumat göndərilir.
    Şirkət tərəfindən görülmüş işlərin siyahısı:
    1.    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə inteqrasiya - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlnamış veb-servis vasitəsilə professor-müəllim heyətinin, əməkdaşlarının və təhsil alan tələbələrin şəxsiyyətini təsdiq edən sənədlərinə (FİN) əsasən COVİD-19-a qarşı peyvəndləmə, əks göstəriş və ya immunitet sertifikatının olması barədə məlumat ötürülür və EDUMAN sisteminin bazasına şirkət tərəfindən yazılmış veb-servis vasitəsilə avtomatik yazılır.
    2.    EDUMAN sistemi ilə inteqrasiya - Turniket proqramı üçün yazılmış proqram təminatının əsas funksiyası kart nömrəsinə görə  şəxsin tanınması (universitetdə təhsil almalı və ya işləməli) və şəxsin aktiv  peyvənd, əks göstəriş və ya immunitet sertifikatının olub-olmaması müəyyən edilərək buraxılışa icazə verməsidir. Turniket üçün yazılmış proqram təminatı EDUMAN sistemi ilə inteqrasiya edilmişdir. Tələbə və ya əməkdaş turniketə yaxınlaşaraq  universitet tərəfindən təqdim edilmiş smart kartı vurduqda məlumatlar birbaşa EDUMAN sistemindəki məlumatla yoxlanılır. COVİD-19-a qarşı peyvəndləmə, əks göstəriş və ya immunitet sertifikatları haqqında məlumat  EDUMAN sisteminə ötürüldükdən sonra  turniket sistemi yoxlamaları icra edir. Tələbə və ya əməkdaş turniketə yaxınlaşaraq universitetin smart kartlarını vurduqda aşağıdakı yoxlamalar aparılır:
    Giriş üçün
    •    Smart kart nömrəsinin bazada olub-olmaması;
    •    Smart kart sahibinin yaşı;
    •    Əgər kart sahibinin yaşı 18 yaşdan azdırsa, o halda digər yoxlamalar aparılmadan turniket qapıları açılmalıdır;
    •    Əgər kart sahibinin yaşı 18 və 18 yaşdan çoxdursa, o halda onun aktiv COVİD-19-a qarşı peyvəndləmə, əks göstəriş və ya immunitet sertifikatının olub-olmaması yoxlanılmalıdır.
    Çıxış üçün
    •    Smart kart nömrəsinin bazada olub-olmaması.
    QEYD:   Tələbə/əməkdaş ilk dəfə girişə kartı vurub yuxarıda qeyd edilən yoxlamaları keçdiqdən sonra təkrar bir də girişə kartı vurarsa, o halda həmin kart sahibinin gün ərzində çıxışının olub-olmaması yoxlanılır. Əgər çıxışı varsa, o halda qapılar açılmalı, çıxışı olmazsa, açılmamalıdır.
    3.    Kart məlumatlarının idarəedilməsi - Kart məlumatlarının daxil edilməsi üçün xüsusi interfeys hazırlanmışdır. Burada universitet əməkdaşı FİN üzrə axtarış edə, kart məlumatı olmayanların kart nömrələrini əlavə edə və mövcud kart nömrələrini redaktə edə bilər.
    4.    Giriş-çıxış tarixçəsi (Log sistemi) - Universitet daxili bütün giriş-çıxışlar Turniket sistemində loqlaşdırılır. Loqlarda hər bir kart nömrəsinin hansı qapıya (giriş və ya çıxış), nə zaman (tarix, saat, dəqiqə, saniyə) və statusu (qapıların açılıb-açılmadığı) saxlanılır.
    5.    Davamiyyət sistemi - EDUMAN sistemindən əlavə Turniket proqramı eyni zamanda universitetdə hazırda mövcud olan “Davamiyyət sistemi” ilə də inteqrasiya olunmuşdur. Turniketin giriş və çıxış qapısına kartı vuran əməkdaşın binaya daxil olma və binadan çıxma vaxtı avtomatik olaraq Davamiyyət sisteminə düşür.
    6.    Elektron jurnal - EDUMAN Sisteminin E-Jurnal modulunda COVİD-19-a qarşı peyvəndləmə, əks göstəriş və ya immunitet sertifikatı olamayan (yaşı 18 və 18 dən çox olan) tələbələr qırmızı rəng ilə göstərilir. Bu səpkili tələbələr tədris binasına buraxılmadığı üçün sistem tərəfindən tələbənin bağlı olduğu qruplar üzrə e-jurnallarına avtomatik qaib yazılır.
    7.    SMS modul - COVİD-19-a qarşı peyvəndləmə, əks göstəriş və ya immunitet sertifikatı olamayan professor-müəllim heyətinin, əməkdaş və təhsil alan tələbələrə aşağıdakı mətn SMS şəklində göndərilir: “COVİD-19 peyvənd və ya immunitet sertifikatınız olmadığı üçün tədris binalarına girişinizə icazə verilmir.” Bundan əlavə Universitet təqdim edilmiş xüsusi proqram təminatı vasitəsilə istənilən zaman kütləvi, qrup və ya fərdi şəkildə istənilən mətnli SMS UNEC adından göndərmək imkanına malikdir.
    8.    Hesabatlar – EDUMAN sistemində əməkdaş və tələbələrə dair turniketə giriş-çıxış məlumatlarını və eləcə də sistemdə Covid sertifikatı olmayan tələbə və əməkdaşların siyahısını göstərən 4 hesabat forması əlavə olunmuşdur.
  • Dəmirbank üçün Əsas və Reserv Data Mərkəzinin yenidən yaradılması

    Layihənin məqsədi
    • Şəbəkənin yenilənməsi, İT infrasturukturun yenidən qurulması
    • Müasir standartlara uyğun Data Center-in yaradılması
    Əsas problem İT infrastukturda olan bütün avadanlıqların mənəvi köhnəlməsi və Data mərkəzin təhlükəsizlik standartlarına cavab verməməsi, rezerv məlumat mərkəzinin olmaması idi.
    Data Mərkəz daxili 160GB/s hər bir serverlərdə 40GB/S sürətə malik infrastruktur. Hər iki storage arasında online sinxronizasiya quruldu.
    Əsas və rezerv  məlumat  mərkəzlərinin  yaradilmasi 
    1.    Elektromaqnit şüaların buraxılmaması üçün otağın tikintidən sonra dəmirlə ekranlaşdırılması
    2.    Səs və rütubətin otağa daxil olmaması üçün xüsusi materiallarla üzlənməsi və alçipanla ekranlaşdırılması
    3.    HST brendli kabellərlə elektrik naqillərinin çəkilməsi
    4.    Yanğına davamlı tavan və döşəmənin vurulması
    5.    Yanğına davamlı qapıların təchiz olunması
    6.    Biometrik giriş sisteminin quraşdırılması. Virdi sistemi ilə kart və barmaq izi ilə giriş imkanı
    7.    Avtomatik monitorinq sisteminin qurulması. Tüstü, temperatur, rütubət sensorları ilə təmin olunması və hər hansı bir dəyişiklik qeydə alınan zaman SMS və ya email vasitəsilə xəbərdarlıq imkanı
    8.    FM-200 qazı ilə təmin edilmiş yanğınsöndürmə sistemi.Hər otaqda 6 sensor ilə təmin olunmuş. Seçilən rejimdən asılı olaraq yanğınsöndürmə funksiyası.
    9.    Kamera müşahidə sistemi
    10.  2 ədəd alman istehsalı – STULZ tipli 71,7KW gücə malik kondisioner sistemi. Otağın temperaturana tam nəzarət edir.
    11.  2 ədəd Tunçmatik UPS sistemləri. Kəsintisiz elektrik enerjisini təmin edir.
    Nəticə 
    •   Bankın infrastruktur özəyi yenidən quruldu.
    •   Müasir standartlara cavab verən əsas və rezerv məlumat mərkəzi yaradıldı.
    •   Bankın yenidən İT infrastrukturu və İT şəbəkəsi quruldu.
    Köhnə  ilə  yeni  sistemin  rəqəmlərlə  fərqləri
    •   Storage həcmi 6 dəfə artım;
    •   Server və infrastruktur arasında əlaqənin sürəti 20 dəfə artım
    •   Operativ yaddaş 12 dəfə artım
    •   Virtual maşınların sayı 4 dəfə artım 
  • PAŞA Bank üçün Korporativ Verilənlər Bazasının yaradılması

    Bir neçə il əvvəl PAŞA Bankın qarşısında Korporativ Məlumat Anbarı (DWH) yaratmaq vəzifəsi durmuşdu. DWH-nin yaradılmasında məqsəd bütün kateqoriyalar üzrə işçilər üçün məcburi və idarəetmə hesabatları Bankın informasiya sistemlərindən ayrılmış təfərrüatlı məlumatları birləşdirmək idi. Belə bir həll bankın işçi heyətini və rəhbərliyini vaxtında, ardıcıl maliyyə həmçinin müştəri məlumatları ilə təmin edərdi.
    Bank müxtəlif bank sistemlərindən istifadə edir. Hər bir sistem müəyyən bank proseslərinin avtomatlaşdırılması (məsələn, əməliyyatların aparılması, mühasibat hesablamalarının aparılması və s.) və müvafiq hesabatların yaradılması problemini həll edir. Eyni zamanda, müxtəlif sistemlərdə maliyyə, müştəri, əməliyyat və digər məlumatların təfərrüat səviyyələri, yanaşma və saxlanma şərtləri fərqlidir. Müxtəlif məlumatlar, hesablama üsulları, onların yenilənmə tezliyi və saxlanma müddəti onların təhlili vəzifəsini zəhmətli və məcburi edir, idarəetmə hesabatlarının yaradılması prosesinin vaxtını uzadır. 
    ULTRA Technologies və Intellica Consulting Oracle Korporasiyasından lazımi komponentlərin inteqrasiya olunmuş dəstini ehtiva edən kompleks həllini təklif etdi: əlaqəli verilənlər bazası, məlumatların yüklənməsi və dəyişdirilməsi üçün ETL aləti, məlumatların vizuallaşdırılması, tədqiqi üçün alətlər.
    İstənilən layihənin effektivliyi və uğurunun əsas meyarı icranın konkret nəticələridir. Həyata keçirilməsinin əsas nəticələrinə məlumatlara inamın artması və onların nomenklaturasının genişləndirilməsi, digər maliyyə və kredit təşkilatları birləşdirildikdə konsolidasiya edilmiş hesabatların hazırlanması texnologiyaları, məlumatların yüklənməsi və göstəricilərin hesablanması proseslərinə nəzarət etməyə imkan verən texnoloji və biznes qaydaları, yeni hesabatlar kimi bankın məcburi əmsallarının və maliyyə göstəricilərinin monitorinqi dəsti daxildir.
    Tez bir nəticə əldə etmək üçün layihə mərhələlərə bölündü, bunun sayəsində 8 aydan sonra Bank həllin kommersiya fəaliyyətinə başlaya bildi və 2020-ci ilin qışında isə layihə başa çatdı. Bank komandası yuxarıda qeyd olunan şirkətlər konsorsiumu ilə birlikdə məlumatların keyfiyyətinə xüsusi diqqət yetirərək bu həlli inkişaf etdirməyə və təkmilləşdirməyə davam edir.
  • ABB Bank üçün “VxRail” hiperkonvergent həllərinin tətbiq edilməsi

    İT infrastrukturu prinsiplərinin aktuallığı və etibarlılığı ilə bağlı suala cavab olaraq, ixtisaslaşmış Azərbaycan Bankının (ABB) mütəxəssisləri belə qənaətə gəliblər ki, Təşkilatın ən mühüm hesablama avadanlığı mənəvi və fiziki cəhətdən köhnəlib və tükənib onun yenilənməsi zərurəti yaranıb. Əsas məqsəd isə belə avadanlıqların dəyişdirilməsi, yeni inkişaf perspektivlərindən və meyllərindən ibarət olsun, həmçinin hesablama gücündə əhəmiyyətli artım əldə edən və qeyri-məhdud imkanlara malik olsun.
    Hazırda MBA-nın məhsuldar mühiti dəstəkləmək üçün istifadə edilən 100-dən çox virtual maşına malik olduğunu və onların yeni avadanlıqlara köçürülməli olduğunu əsas götürərək, ULTRA Technologies müştərinin tələblərinə cavab verən hiperkonvergen həll təklif etmək qərarına gəlib. Banka müxtəlif təchizatçılardan bir neçə təklif təqdim olundu, lakin Dell EMC-nin unikal texnologiyaları sayəsində VxRail həlli qalib oldu, çünki o, ən yaxın rəqiblərində olmayan bəzi texniki xüsusiyyətlərə malikdir.
    Hiperkonvergen infrastruktur nədir? Hyper Converged Infrastructure (HCI) ənənəvi məlumat mərkəzinin bütün elementlərini birləşdirən vahid proqram təminatı ilə müəyyən edilmiş sistemdir: saxlama, hesablama, şəbəkə və idarəetmə. Beləliklə, x86 proqram təminatı və serverlərə əsaslanan bu inteqrasiya olunmuş həll bahalı ixtisaslaşdırılmış avadanlıqları uğurla əvəz edir və məlumat mərkəzi mühitini sadələşdirməyə və onun miqyasını yaxşılaşdırmağa imkan verir.
    Hiperkonvergen infrastrukturun istifadəsi infrastrukturun idarə edilməsini xeyli asanlaşdırır və avtomatlaşdırır, həmçinin tələb olunan resursların təmin edilməsini dəfələrlə sürətləndirir.
    HCI əslində proqram təminatı ilə müəyyən edilmiş məlumat mərkəzinin - müasir məlumat mərkəzinin bir hissəsinə çevrilir, burada avadanlıqların quraşdırılması mümkün qədər avtomatlaşdırılır və bütün infrastruktur elementləri mərkəzdən idarə olunur.
    VxRail tətbiqindən sonra biz yeni sistemlərin yerləşdirilməsi üçün vaxtı əhəmiyyətli dərəcədə azaltdıq və bəzi tapşırıqların icrası əhəmiyyətli dərəcədə artdı. Bank axtardığını - ən çevik və genişlənən İT infrastrukturunu və Azərbaycan Beynəlxalq Bankı tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək həll yolunu əldə etdi.
  • Kapital Bank üçün "Dynatrace” yüklənmiş tətbiqlər monitorinqinin tətbiqi

    İndicə smartfonunuzu çıxarsanız, böyük ehtimalla telefonunuzda Kapital Bank-dan mobil proqramı olacaq. Bu tətbiqin stabil işləməsinin arxasında nə dayanır?
    Kapital Banka müraciətlərin dayanıqlığını təmin edən və problemləri tez bir zamanda aradan qaldırmağa kömək edən monitorinq sisteminə ehtiyac var idi. "Dərhal" sözü istifadəçi problemlə qarşılaşmazdan əvvəl deməkdir. İdeal olaraq, sistem təkcə cari layihələrlə işləməyə kömək etməməli, həm də gələcək layihələrin inkişafında faydalı olmalıdır. “Kapital Bank” kimi şirkət yüklərə tab gətirə bilməyəcək “xam” məhsulu bazara çıxara bilməz.
    Dynatrace ilə işləməzdən əvvəl bank uzun müddət açıq mənbə həlləri ilə işləyirdi, modulları özü yazırdı. Amma bu yanaşma onların gözləntilərinə və tələblərinə cavab vermədi. Korporativ monitorinqlərin seçilməsi prosesində bank müəyyən meyarlara uyğun gəlmədiyi üçün müxtəlif namizədləri mərhələli şəkildə rədd etdi. İnteqrator Ultra Technologies və distribyutor BAKOTECH sayəsində bank onların bütün ehtiyaclarını ödəyən həlli sınaqdan keçirə və tətbiq edə bildi. 
    Dynatrace platforması aşağıdakı məqamlar üzrə ən yaxşı uyğunluğu göstərdi:
    • İşləmək imkanı təkcə Buludda deyil. Azərbaycan qanunvericiliyi istifadəçi məlumatlarının birbaşa bankın resurslarında saxlanmasını tələb edir. Bulud həlləri təklikdə bu tələbləri ödəmir. 
    • Süni intellektə əsaslanan monitorinq. Monitorinqin rahatlığı AI Davis® tərəfindən gücləndirilmişdir, bu süni intellekt, işlədiyi müddətdə tətbiq xidmətləri üçün davranış əsaslarını qurur və onlardan kənara çıxdıqda xəbər verir. Bank məhsulları hətta bir gün ərzində çox heterojen bir yükə malikdir, Dynatrace isə özbaşına resursları optimallaşdıra bilir ki, bu da proqramların hər zaman stabil işləməsinə imkan verir. 
    • Bütün infrastrukturun monitorinqi. Çox vaxt problemin səbəbi göründüyündən daha dərindədir. Sistemin digər hissələrində olsa belə, problemlərin əsl səbəblərini görməyə başladıq.
    • Bildiriş sistemi. Dynatrace bildirişləri təkcə ani messencerlərə deyil, həm də özünün rahat mobil proqramına göndərir. Bu, problemin həllini xeyli sürətləndirir.
    Dynatrace-in tətbiq sürəti böyük bir müsbət idi - bütün sistem 4 gün ərzində yerləşdirildi və istifadəyə verildi.
    Konteynerlər və buludlar dövründə bir hostda onlarla proqram işləyə bilər və bir çox sınaq və inkişaf texnologiyaları istifadə olunur. Dynatrace-in böyük bir üstünlüyü texniki şöbəni boşaltmasıdır. Sistemin hər bir proqram üçün ayrıca konfiqurasiya edilməsinə ehtiyac yoxdur - bunu OneAgent (tək agent) sayəsində özü edir. Dynatrace-in infrastruktur monitorinqi imkanları hər bir departamentin öz sahələrinə nəzarət etmək üçün müxtəlif vasitələrdən istifadə etmə ehtiyacını aradan qaldırır. Əgər Kapital Bankda Dynatrace tətbiqinin nəticələrini qısaca ümumiləşdirsək, onda: 
    • Əsas sistemlərin təkmilləşdirilmiş sabitliyi. Bütün infrastruktur bir konsoldan idarə olunur - bu, onun texniki xidmətini sadələşdirdi və sürətləndirdi. Təkrarlanan problemlərin səbəbləri müəyyən edilərək aradan qaldırılıb - indi uzun müddət narahat edən problemlər artıq nə bankın əməkdaşlarına, nə də müştərilərinə narahatlıq yaratmır.
    • Komandalar arasında təkmilləşdirilmiş ünsiyyət. Vahid monitorinq sistemi sayəsində komandaların əməkdaşlıq etməsi və problemləri həll etməsi asanlaşıb.
    • Yeni layihələrin buraxılış sürəti və onların keyfiyyəti artırıldı. Dynatrace təkcə işləyən proqramlarla işləyir, həm də işlənməkdə olan layihələrin kompleks sınaqdan keçirilməsinə imkan verir.
  • İcbari Tibbi Siğorta üçün Mərkəzləşdirilmiş İcbari tibbi sığorta sisteminin yaradılması

    Bu layihənin əsas məqsədi icbari tibbi siğorta iştirakçıları arasında əlaqə yaradaraq prosesin bütün mərhələlərində avtomatlaşdırılmış idarəetmə imkanlarını yaradan sistemin qurulmasın ibarət idi.
    İcbari Tibbi Siğorta (İTS) isə vətəndaş sağlamlığının qorunması üçün dövlət sosial müdafiə sistemidir. İTS-in məqsədi icbari tibbi sığorta fonduna yığılan vəsaitin hesabına ehtiyac yarandıqda vətəndaşlara tibbi yardım göstərilməsinin təmin edilməsidir.
    Üstünlük və nəticələr
    1.Vətəndaşlar üçün vahid tibbi siğorta bazasının yaradılması;
    2.İcbari tibbi siğorta proseslərində şəffaflığın təmin edilməsi;
    3.Mərkəzləşdirilmiş qeydiyyat və nəzarətin aparılması;
    4.Tibb müəssisələri sistemləri ilə inteqrasiya;
    5.Tibbi siğorta proseslərinin avtomatlaşdırılması;
    6.Tibbi siğorta prosedurlarının asalaşdırılması;
    7.Azərbaycan Respublikasının müvafiq qanunvericliyinə uyğun sistemin yaradılması.
  • Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALISA) işlənib hazırlanmışdır. Hazırda Azərbaycanda müxtəlif pərakəndə kitabxana sistemləri fəaliyyət göstərir ki, bu sistemlər arasında inteqrasiya və onlara standart yanaşma mövcud deyildir. Kitabxana proseslərini və oxucularla münasibətləri avtomatlaşdıran və sadələşdirən, digər dünya kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşımıza əsas məqsəd kimi qoyulmuşdu.
    Vahid Mərkəzləşdirilmiş Kitabxana Sistemi şərti olaraq iki hissədən ibarətdir: İctimaiyyətə açıq olan hissə - Vahid Mərkəzləşdirilmiş Kitabxana portalı və inzibati, daxili istifadə üçün nəzərdə tutulan proqram təminatı hissəsi. Sistemin bütün elementləri müasir “Oracle” platforması üzərində şirkətimiz tərəfindən hazırlanmışdır.
    Sözü gedən sistem pilot layihə çərçivəsində artıq Bakı şəhərinin üç rayon mərkəzi kitabxanasında - Xətai MKS, Nərimanov MKS və Səbayıl MKS tətbiq olunmağa başlanmışdır. İstifadəçi üçün asan interfeysə malik “ALISA” sisteminin tətbiqi zamanı şirkətimizin əməkdaşları kitabxanalar ilə sıx əməkdaşlıq edir, kitabxana əməkdaşlarına təlimlər keçir və tətbiq zamanı tam dəstək göstərirdilər.
    Sistemin işlənib hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanmış, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işlənmişdir. İşləyib hazırladığımız “ALISA” sistemi ən son texnologiyaların tətbiqi ilə işlənib hazırlanmış veb əsaslı sistemdir. Sistem “MARC21”, “ISO2709”, “UNICODE”, “Z 3950” və digər standart və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir.
    Vahid Mərkəzləşdrilmiş Avtomatlaşdırılmış Kitabxana sisteminin modullarına qısa nəzər salsaq, sistem komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat və statistika və digər modullardan ibarətdir.
    “ALISA” sistemi kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün nazirlik nəzarət sistemini, kitabxana daxili prosesləri və kitabxana oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir. Beləliklə, oxucu kitabxanaya gəlmədən istədiyi kitabxananı seçərək qeydiyyatdan keçir, aldığı oxucu bileti - plastik kart ilə respublikanın bütün kitabxanalarından faydalana bilir, onlayn sifariş verib istədiyi nəşri rezerv edir, kitabxanaya gələrək rezerv olunmuş nəşri sifariş edir, sifariş statusunu elektron növbə monitorunda izləyir, sifarişini götürür, sifarişi geri qaytararkən isə xüsusi avadanlıqlar vasitəsilə kitabı kitabxanaya qaytarır. Kitabxana rəhbərliyi kitabxana daxili proseslərə dair istənilən hesabatı görə bilir, Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyi isə bütün ktabxanalara nəzarət edir və istənilən hesabatı əldə edə bilir.
    Azərbaycanın kitabxana sisteminin daha da inkişafı üçün atılan bu addımın ölkənin kitabxana sisteminin dünyanın ən qabaqcıl kitabxana sisteminə çevrilməsinə və dünya kitabxana sistemləri ilə inteqrasiyasına gətirib çıxaracaqdır.
  • Şirkətimizin əsas fəaliyyət istiqamətlərindən biri sistem inteqrasiyasıdır.
    Son 10 ildə şirkətimiz dövlət və özəl təşkilatlarda 10 - dan çox Data Mərkəzlərin qurulması layihələrini həyata keçirmişdir, onlardan 3 - ü Konteyner Tipli Data Mərkəzidir. Data Mərkəzlərin qurulmasında dünyanın aparıcı istehsalçıları olan HP və Huawei brendlərinin ən son texnologiyalarından istifadə edilib. Otaq və ya konteyner Tipli Data Mərkəzlərin qurulması çox məsuliyyətli və mürrəkkəb prosesdir.
    AR Təhsil Nazirliyində Konteyner Tipli Data Mərkəzin qurulması zamanı hazırlanmış videoda Sizə layihənin həyata keçirilməsi
    prosesinin kiçik bir hissəsini göstərməyə çalışdıq.
  • Eurovision.az portalını hazırlanması və dəstəyi

    www.eurovision.az portalı işə salındığı andan, yəni 25 yanvar 2012-ci il tarixindən indiyədək "Ultra" onun texniki dəstəyi ilə məşğul olur. "Eurovision 2012"-nin keçirildiyi zaman bütün xəbərlər, foto və video materiallar "Ultra" şirkətinin əməkdaşlarından toplanmış xüsusi işçi qrupu tərəfindən portala əlavə edilirdi. "Eurovision 2012" portalı Azərbaycan və ingilis dillərində olan məlumatlara malikdir. İlk əvvəl portalın işlənib hazırlanması zamanı saytın kontenti yığılarkən bir sıra xarici dillərdən istifadə olunurdu və hazırda da istənilən zaman sayta əlavə dilləri qoşmaq mümkündür.
    Portal müsabiqəyə hazırlıq və onun keçirilməsi ilə bağlı ən son xəbərlərə, o cümlədən "Eurovision 2012"yə həsr olunmuş müxtəlif tədbirlərdən olan press-relizlərə malikdir. Portal vasitəsilə tədbirin keçirildiyi yer olan Azərbaycan və Bakı barədə məlumat almaq olar. "360 view" bölməsi sayəsində isə paytaxt üzrə virtual səyahət etmək olar.
    Portalın üç versiyası işlənib hazırlanıb: fərdi kompüterlər, planşet cihazları və mobil vasitələr üçün versiya. Portalın bir neçə versiyasının olması istifadə edilən cihaza avtomatik olaraq optimal rejimi yükləmək imkanı verir ki, bu da portal üzrə naviqasiyanı daha da rahatlaşdırır.
    Portalın işlənib hazırlanmasına həm yerli, həm də xarici mütəxəssislər cəlb edilib. Portalın təməli (CMS) heç bir hazır şablondan istifadə edilmədən sıfırdan yazılıb. Portalın bütün komponentləri xüsusilə bu layihə üçün işlənib hazırlanıb və əvvəllər heç bir yerdə istifadə olunmayıb. Portalın təhlükəsizliyinə və imtinaya davamlılığına xüsusi diqqət yetirilib. Təhlükəsizlik və etibarlılıq tələblərinə uyğun olması məqsədilə xarici auditor şirkətləri cəlb edilıb.
    "Ultra" şirkətinin ofisində portalın monitorinqinin keçirilməsi və serverlərin vəziyyətinə nəzarət edilməsi üçün xüsusi otaq ayrılmışdı. "Eurovision 2012" portalı işə salındığı vaxtdan bu günə qədər portal dünyanın əksər ölkələrində böyük maraqla istifadə edilir. "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi zaman portalı 40 milyondan artıq istifadəçinin ziyarət etdiyi təsbit edilıb. Ziyarətçilərin əsas axınının MDB ölkələrindən, Türkiyə, Almaniya və ABŞ-dan olduğu qeydə alınıb. Ümumilikdə, bu dövr ərzində portala rekord sayda - 40 milyondan çox ziyarət qeydə alınıb.
    "Eurovision 2012" portalı istismara verildiyi gündən ona fasiləsiz hücumlar olurdu, amma onlardan heç biri portalın işləmə qabiliyyətinə təsir göstərə bilmədi. Dünyanın müxtəlif nöqtələrində yerləşən 7 məlumat mərkəzindən istifadə edərək portal istifadəçilərin coğrafi bölüşdürülməsi funksiyasına malik idi. Portalın 24 saat monitorinqi, data-mərkəzdə quraşdırılış xüsusi təhlükəsizlik avadanlıqları və portalın ziyarətçilərini xüsusi filtrasiya etmə sistemi sayəsində "Eurovision 2012" mahnı müsabiqəsinin portalı belə hücumların təzyiqinə davam gətirdi.
    ULTRA şirkəti Eurovision.az portalının hazırlanmasına və portalın təhlükəsizliyinin təmin edilməsinə görə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.