Biz 1999-cu ildən innovativ texnoloji həllər təklif edirik!
-
İstisnasız olaraq hər kəs üçün uyğun olan universal biznes həlli yoxdur. Buna görə də regionunuz üçün anlaşıqlı və istifadəsi asan olan unikal proqram təminatı işləyib hazırlayaraq maliyyə sənayesi, elektron təhsil və s. kimi müxtəlif sahələrə töhfə vermək qərarına gəldik.
-
ALISA Kitabxana SistemiALISA (Automated Library Information System of Azerbaijan) sistemi kompleks bir layihə kimi Azərbaycanın Kitabxana sistemini inkişaf etdirmək üçün yaradılmışdır. Sistem kitabxana daxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir.
-
DocNet - Elektron Sənəd DövriyyəsiSənəd dövriyyəsi sistemi sənədlərin yaradılması, razılaşdırılması, təsdiqlənməsi kimi əhəmiyyətli alətlərin və sistemdən istifadə zamanı sənədlərlə bağlı tapşırıqların yerinə yetirilməsinin nəzarət prosesini avtomatlaşdırmağa imkan verən proqram təminatıdır.
-
Eduman - Təhsil müəssisələrin idarəetmə sistemiSistemin köməkliyi ilə müəllim və tələbə arasında qarşılıqlı tədris fəaliyyətinin genişlənməsi, müəllimlərin tədris planlarına nəzarət etməsi, statistik və analitik hesabatların toplanılması, təşkil olunacaq imtahanların mərkəzləşdirilmiş yolla aparılması, imtahan şəffaflığının artırılması, tədris üzrə təşkilatı strukturun idarə edilməsi və s. kimi geniş imkanlar təqdim edir.
-
FAIR - Faydalı və adaptiv insan resursları üzrə kadr sistemiİstənilən biznesdə effektiv komanda işi biznesin uğuru üçün çox vacibdir və işçilərin motivasiyası effektiv işin əsas komponentidir. FAIR həlli ilə qeydiyyat və hesablaşma proseslərini qaydaya salacaq və kadr itkilərini azaldacaqsınız. İnsan resursları proseslərin rəqamsallaşdırmasına hazır ol.
-
-
1C biznes fəaliyyətinin müxtəlif sahələri üçün hazır tətbiq həlləri kompleksidir. Eyni zamanda, 1C platforması istənilən mürəkkəbliyə malik yeni və ya dəyişdirilmiş funksionalı həyata keçirməyə imkan verən açıq tərtibat mühitidir. Proqramçılarımız sizə 1C proqramının avtomatlaşdırılması, konfiqurasiyası, dəyişdirilməsi, yeni funksionalın işlənib hazırlanması və digər sistemlərlə inteqrasiyasında kömək edəcəklər. Komandamızın tərkibinə təkcə 1C proqramlaşdırma sahəsində deyil, həm də mühasibat uçotu, planlaşdırma, büdcələşdirmə və s. sahələr üzrə peşəkarlar daxildir.
-
İstənilən cihaz üçün uyğunlaşdırılmış və uğurlu təbliğat və inkişaf üçün bütün zəruri funksionala malik satış saytlarının yaradılması bizim bacardığımız və yerinə yetirməkdən zövq aldığımız işdir! Mütəxəssislərdən ibarət komandamız internet saytlarının hazırlanması üzrə tam iş dövrünü həyata keçirir. Təcrübəmiz, bilik və bacarıqlarımız bizə istənilən mürəkkəbliyə malik layihələri qəbul etməyə, müştərilərin problemlərini həll etməyə, hər şeyi ən xırda detallarına qədər düşünməyə imkan verir.
-
Bütün dünyada tətbiqlər təşkilatlara və onların daxili proseslərinə böyük dəstək verən bir vasitə kimi xidmət edir. Bununla belə, tətbiqlər tez-tez köhnəlir və artıq biznesin dinamikliyini qoruyub saxlaya bilmir, həmçinin onların idarə olunması və texniki xidməti yüksək xərc tələb edir. Xidmət innovasiyaların inkişafı üçün zəmin yaratmaqla dəyişən biznes ehtiyaclarına uyğun olaraq əsas sistemləri modernləşdirməyə və platformaya investisiyaları optimallaşdırmağa imkan verir.
-
Biz həm informasiya sistemləri daxilində ayrı-ayrı strukturların həyata keçirilməsini, həm də MEM-in (Məlumatların Emalı Mərkəzləri) tam layihələndirilməsini öz öhdəmizə götürürük. Şirkətimiz MEM üçün memarlıq həllərinin layihələndirilməsini, mühəndislik və informasiya infrastrukturunun yaradılmasını, bütün lazımi ehtiyat enerji təchizatı, soyutma və təhlükəsizlik sistemlərininin qoşulmasını həyata keçirir. Məlumatların emalı mərkəzləri üçün həllərimiz İT, təhlükəsizlik, şəbəkə avadanlığı, elektrik və mexaniki avadanlıq, memarlıq, inşaat, miqrasiya/yerdəyişmə, qəza bərpası, istismar və texniki xidmətin bütün aspektlərini əhatə edir.
-
MEM layihələndirilməsi və istismarı zamanı yalnız informasiya və telekommunikasiya infrastrukturlarına deyil, həm də fasiləsiz enerji təchizatı və soyutma sistemlərinə də lazımi diqqət yetirmək lazımdır. Avadanlıqlarınızı mümkün həddindən artıq qızma nəticəsində zədələnmədən qorumaq üçün temperatura nəzarət vacibdir. Fasiləsiz enerji təchizatı sistemləri (UPS) enerji təchizatı ilə bağlı problemin yarandığı anlarda sistemlərinizin fasiləsiz işləməsini təmin edir. Çoxillik təcrübəmiz sayəsində biz sizə qurğularınızın maksimum səviyyədə məhsuldarlığını və etibarlılığını qoruyub saxlamaqda kömək edə bilərik.
-
Telefon zəngləri, veb-konfranslar, SMS, e-poçt və s. birləşdirilməsi işçilərə məlumatlara çıxış əldə etməyə və mübadiləyə, yəni real vaxt rejimində birgə çalışmağa və bununla da biznes nəticələrini sürətləndirməyə imkan verir. Təşkilatın ölçüsündən asılı olmayaraq kommunikasiyaların birləşdirilməsi üçün düzgün seçilmiş həll biznes proseslərini yeni səviyyəyə yüksəldir - birgə iş yaxşılaşır, məhsuldarlıq, işçilərin mobilliyi və rahatlığı artır.
-
İP İntellektual Şəbəkəsinin əsas üstünlükləri müxtəlif multimedia xidmətlərinin sürətli çatdırılması, səmərəliliyin artırılması, resursların idarə olunmasının yaxşılaşdırılması və şəbəkəyə nəzarətdir. Bizim həllərimiz sizə intellektual İP şəbəkələrin inkişafında ən mühüm məqsədi həll etməyə kömək edəcəkdir ki, bu da əsas səbəbləri lokallaşdırmaq və nasazlıqları avtomatik aradan qaldırmaq, bununla da yüksək xidmət keyfiyyətinə zəmanət verməkdən ibarətdir.
-
Təhlükəsizliyə yönələn təhdidlər hər gün artmaqdadır və bu, kibertəhlükəsizliklə bağlı narahatlığı artırır. Proseslərinizin və əməliyyatlarınızın təhlükəsizliyini təmin etmək üçün biz sizə bu sahədə ən yaxşı şəbəkə müdafiə vasitələri əsasında yaradılan korporativ İT təhlükəsizliyi üçün optimal həllər təklif edirik. Müasir təhlükəsizlik tələblərinə cavab vermək üçün biz “Cisco”, “Palo Alto Networks”, “Symantec”, “F5”, “Fortinet”, “Citrix” və s. kimi qabaqcıl şirkətlərin texnologiya və təcrübələrini tətbiq edirik.
-
Yalnız müştərilərə yüksək səviyyədə xidmət göstərən və müştəri bazasını daim genişləndirən təşkilatlar bank sektorunda lider ola bilər. Bu zaman effektiv şəkildə çalışan qaynar xəttin olması çox vacibdir. Müştərilərin istənilən vaxt onları maraqlandıran sualları vermək, lazımi məlumat və texniki dəstək almaq imkanı olmalıdır. Əlaqə mərkəzinin tətbiqi düzgün addımdır və bunun sayəsində müştəri xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artır.
-
Strukturun optimallaşdırılması zamanı ən əsası mövcud biznes proseslərinə zərər verməməkdir. Şirkətimizin biznes analitikləri müştəri ilə birlikdə əsas diqqəti şirkətin cari biznes proseslərinin ətraflı öyrənilməsi və sonradan avtomatlaşdırma məqsədilə optimallaşdırma potensialının müəyyən edilməsi üzərində cəmləyir. Təhlilin nəticələri biznes proseslərinin optimallaşdırılması üçün tövsiyələri, habelə informasiya sisteminə olan funksional və konseptual tələblər toplusunu özündə əks etdirən İnformasiya Sisteminin inkişafı üzrə strateji plan formasında tərtib edilir.
-
İT infrastrukturuna texniki xidmət və dəstək xidmətlərinin çeşidinə məlumatların bərpası və ehtiyat nüsxələrinin yaradılması, server/saxlancların monitorinqi daxildir. Biz həmçinin təhlükəsizliyin, proqramların idarə olunması, verilənlər bazalarının monitorinqi, eləcə də idarə olunan şəbəkə təhlükəsizliyi xidmətləri ilə bağlı tələblərinizə əməl edirik.
-
İT Autsorsinq İT infrastrukturunun saxlanılması, xidməti və modernləşdirilməsi ilə bağlı məsuliyyətin qismən və ya tam olaraq ixtisaslaşmış şirkətin üzərinə qoyulmasıdır. Bu, serverlər, terminal serverləri, biznes proqramları, verilənlər bazalarının idarə olunması sistemləri, ATS, korporativ poçt kimi mürəkkəb həllərin yüksək səviyyəli profil dəstəyi ilə yüksək ixtisaslı İT mütəxəssislərinin tam heyətinin mövcudluğunu özündə birləşdirir.
-
Şirkətin dəstək xidməti və servis mərkəzi korporativ müştərilər üçün həftənin 5 günü saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Biz serverin, şəbəkə avadanlığının, fərdi kompüterlərin, notbukların, monitorların quraşdırılması, sazlanması, texniki xidməti üzrə tam spektrli xidmətlər göstəririk, kompüter avadanlıqlarının diaqnostikası, təmiri və texniki xidmətini həyata keçiririk, kompüter avadanlıqlarının modernləşdirilməsi və lisenziyalı proqram təminatının quraşdırılması və yenilənməsini həyata keçiririk.
-
Şirkətimiz müəssisənin istifadə olunan informasiya sistemlərinin qarşılıqlı əlaqəsi baxımından effektiv olan İT infrastrukturunun yaradılması və saxlanması üçün sistem inteqrasiyası üzrə kompleks xidmətlər təklif edir. İnteqrasiya həlləri müəssisənin qarşısında duran biznes tapşırıqlarının yerinə yetirilməsi üçün informasiya dəstəyinin təşkilinə, vahid biznes prosesi çərçivəsində fəaliyyət göstərən müxtəlif növ tətbiqi informasiya sistemlərinin qarşılıqlı əlaqəsinin şəffaflığının, ardıcıllığının və etibarlılığının təmin edilməsinə yönəldilmişdir. Mütəxəssislərimiz müxtəlif səviyyələrdə mürəkkəbliyə malik problemlərin həllində böyük təcrübə toplayıblar və inteqrasiya üçün optimal olan kompleks həllər yaradıblar.