Sizin texnoloji bələdçiniz
Mükafatlarımız
-
2021
"BAKOTECH" şirkəti tərəfindən növbəti dəfə "Strateji Tərəfdaş" nominasiyasında mükafatlandırılmışıq -
-
-
-
-
-
-
2007
Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi" nominasiyası üzrə İNTELLEKT-2007 mükafatı almışdırİlk telefon xəttinin istismara verilməsinin 126 illiyinə görə "İKT üzrə şirkət - 2007" nominasiyasının qalibi
“İntel® CentrinoTM” texnologiya bazasında mobil sistemlərin tətbiqinə və qazanılmış uğurlara görə
“Intel” korporasiyası tərəfindən mükafat "Azərbaycan Respublikasının təhsil sektorunda mobil texnologiyaların inkşaf etdirməsinə görə" xüsusi nominasiyası üzrə
“Intel” korporasiyasının “Intel® Premier Provider” proqramına əsasən mükafatlandırılma
“Intel®” sistem platalarının fəal tətbiqinə görə -
-
Əməkdaşlarımız
-
Abdul QurbanovBaş Direktor
-
Qəmbər MəmmədovİT arxitektor
-
Larisa Parxomenko1C proqramı üzrə Aparıcı proqramçı
-
Zaur MəmmədzadəBiznes etikası və anti-korrupsiya məsələləri üzrə qrupun rəhbəri
-
Məhəmməd ZülfüqarlıBaş Direktor
-
Nigar MəmmədovaBiznes analitiklər komandasının Layihə rəhbəri
-
Sərxan MəmmədovƏməliyyat xidmətləri qrupunun rəhbəri
-
Oleq SolinBeynəlxalq əməliyyatlar komandasının rəhbəri
-
Abdul QurbanovBaş Direktor
-
Qəmbər MəmmədovİT arxitektor
-
Larisa Parxomenko1C proqramı üzrə Aparıcı proqramçı
-
Zaur MəmmədzadəBiznes etikası və anti-korrupsiya məsələləri üzrə qrupun rəhbəri
-
Məhəmməd ZülfüqarlıBaş Direktor
-
Nigar MəmmədovaBiznes analitiklər komandasının Layihə rəhbəri
-
Sərxan MəmmədovƏməliyyat xidmətləri qrupunun rəhbəri
-
Oleq SolinBeynəlxalq əməliyyatlar komandasının rəhbəri
Tarixçəmiz
-
Şirkət rebrendinq edərək “Ultra” ad və loqosunu “Ultra Technologies” ilə əvəzləyir;
“EduMan - Təhsil Müəssisələrinin Tədris Proseslərinin Avtomatlaşdırılması” sisteminin tətbiqinə start verir;
Azərbaycanda ilk differensial əməkhaqqı sisteminin tətbiqi;
“NETTY” Azərbaycan Milli İnternet Mükafatı müsabiqəsində şirkətimiz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri ilə birgə hazırladığı "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestrinin veb-portalı" qalibi elan edilir;
İcbari Tibbi Sığorta Sisteminin yaradılması, həmçinin Server İnfrastrukturunun qurulması və Data Mərkəzin tikilməsi;
“Ultra Technologies” şirkəti və innovasiyalar sahəsində ixtisaslaşmış daha 9 şirkət arasında “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzalanır;
“ORACLE” korporasiyası “ULTRA” şirkətini MDB-də ilin şirkəti elan edir;
Azərbaycanda ilk dəfə, "F5 Networks" üzrə Silver Partner statusu alınır;
Azərbaycanda ilk dəfə “Ultra” şirkəti tərəfindən “Rabitəbank”da “VxRail Hyper-converged” texnologiyası tətbiq edilir;
“Dell” korporasiyası tərəfindən ilin "Net New Business" kateqoriyası üzrə mükafatlandırılır;
Keyfiyyət idarəetmə standartlarının auditindən uğurla keçərək beynəlxalq “ISO 9001: 2015” sertifikatı alınır. -
- Şirkət proqram təminatların yazılması sahəsində fəaliyyətinə başlayır;
- “Elektron məktəb“ layihəsi çərçivəsində Azərbaycanın bütün bölgələrində olan məktəbləri kompüter və proyektorlarla təchiz edir;
- Azərbaycanda ilk telefon xəttinin istismara verilməsinin 126 illiyi və Rabitə və İnformasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə keçirilmiş müsabiqədə “Ultra” şirkəti "İKT üzrə şirkət - 2007" nominasiyası üzrə qalib olaraq mükafatlandırılır;
- Qazax rayonunun Müasir Təhsil Kompleksində İT infrastruktur və MDB-də ən böyük PLANİTARİUM qurulur;
- İnteqrator kimi fəaliyyətə başlayır;
- E-Təhsil sistemi layihəsini həyata keçirir;
- Elektron Sənəd Dövriyyəsi layihəsinin həyata keçirir. İlk dəfə İqtisadi İnkişaf Nazirliyində - “Meqapolis DocNet“ e-Sənəd dövriyyəsi və “HRM-kadrların idarəolunması” sistemi tətbiq olunur;
- 2008-2012-ci illər üçün Təhsilin İnformasiyalaşdırılması üzrə Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində 20-dən çox məktəbdə e-Təhsil sistemi tətbiq edilir;
- Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti üçün ELEKTRON NOTARİAT sistemi hazırlanır;
- E-imza layihəsi 2011-ci ildə Rabitə və İnformasiya Texnologiyaları, “Microsoft” və “Azeri”n şirkəti tərəfindən ictimaiyyətə təqdim olunur;
- Azərbaycan hökuməti ilə “Microsoft” şirkəti arasında bütün dövlət orqanlarında lisenziyalı proqram təminatının istifadə edilməsi ilə bağlı “Enterprise Agreement” sazişi imzalanır və “Ultra Technologies” şirkəti “Microsoft Large Account Reseller” statusuna malik olan şirkət kimi dövlət orqanlarında proqram təminatının lisenziyalaşdırılması layihəsinin icraçısı şəklində çıxış edir;
- Belarusun “ST Group” şirkəti ilə tərəfdaşlıq sazişi bağlanır. Tərəfdaşlıq strategiyası əsasında Azərbaycanın bir çox bankına e-Bankinq sistemləri tətbiq edilir;
- 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə E-Kitabxana (ALISA sistemi) layihəsi realizə olunur;
- Bir çox veb-saytların yaradılması həyata keçirilir: eurovision.az saytı, Azərbaycan Respublikası Təhsil portalı, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi səhifəsi, Leyla Əliyevanın rəsmi səhifəsi, Heydər Əliyev Fondu “Fly to Baku”, “Azerbaijan Pavilion la Biennale di Venezia” və s;
- Azərbaycan Respublikası Təhsil Nazirliyində Xaricdə Təhsil alanların diplomlarının tanınma (Nostrifikasiya) bazası və saytı yaradılır;
- Eurovision.az portalının hazırlanmasına və saytın təhlükəsizliyinin təmin edilməsinə görə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəxri fərmanı ilə təltif olunur;
- Bir neçə məktəbdə “SmartClass” layihələrini həyata keçirir.
-
- “Always” Innovation şüarı ilə “ULTRA Computer” şirkəti yaradılır;
- Şirkət kompüter və avadanlıqlarının distribusiyası ilə öz fəaliyyətinə başlayır;
- “Intel” korporasiyanın ən yüksək statusuna sahib olaraq Azərbaycanda rəsmi satış və avtorizə edilmiş anbarına malik olur;
- İlk milli brend "NEXUS" notbuklarının istehsalına başlayır;
- İlk “NEXUS” notbuk modeli (NEXUS Prezident M) xatirə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edilir;
- İlk dəfə məhz Azərbaycanda simsiz internet zonaları yaradılır;
- MDB-də “Intel” SONOMA texnologiyasının premyerası edilir;
- Bakı, Sumqayıt şəhərləri və 12 rayon üzrə DYP-nin sürücülük vəsiqəsinin alınması üçün nəzərdə tutulmuş imtahan otaqlarını xüsusi kompüterlərlə təchiz edir və imtahan test proqramını hazırlayır.
-
“Ultra Technologies” 1999-cu ildə təsis edilmişdir. Şirkətimiz yarandığı andan etibarən İKT bazarında fərqlənmək və daim yeniliklər tətbiq etməyi əsas hədəf olaraq seçmişdir. “Intel” və bir sıra iri İT korporasiyaların Azərbaycanda rəsmi tərəfdaşı olmaqla distributiv satışı və avtorizə edilmiş İT məhsulların səlahiyyət verilən anbarına malik olub.
“Daim yenilik” şüarı ilə fəaliyyət göstərən şirkətimiz qısa zaman ərzində Azərbaycan İT bazarında lider şirkətlərdən birinə çevrilərək regionda İT sahəsi üzrə “B2C”, “B2B” və “B2G” istiqamətlərində çoxşaxəli işlər görür.
2008-ci ildən proqram təminatların yazılması, 2011-ci ildən isə inteqrator kimi əlavə fəaliyyət xidmətlərimizi genişləndiririk.
Şirkətimiz hal-hazırda “DELL”, “HP”, “Oracle”, “Cisco”, “IBM”, “Kingston”, “Tunçmatik”, “Rittal”, “AHA”, “MiSys”, “Bakotech” və bir sıra digər məşhur İT korporasiyalarının rəsmi statuslu tərəfdaşıdır.
Xidmət və fəaliyyət sahəmiz:
• İnteqrasiya sistemləri, proqram lisenziyaları və proqram təminatlarının tətbiqi;
• Kompleks İT xidmətlər, İT infrastrukturun qurulması və “Data Center”lərin yaradılması;
• İT kompüter və kompüter avadanlıqlarının distributiv satışı;
• Korporativ və fərdi texniki dəstək xidmətləri;
• Servis Mərkəzi;
• Proqramlaşdırma;
• İT audit və konsaltinq.
İşçi heyətimiz komanda şəklində şirkətimizin inkşafı üçün güclü və effektiv çalışan bir neçə müxtəlif qrupdan ibarətdir. Bütün əməkdaşlarımız daim öz bilik səviyyələrini artıran, yüksək texniki savada malik olan yerli və xarici vətəndaşlardan ibarət yenilikçi bir komandadır.-
“Ultra Technologies” şirkəti olaraq əsas məqsədimiz Azərbaycanda İT inkişafına dəstək, onların tətbiqi, innovativ həllərdən istifadənin genişləndirilməsi və bütün bunları hər bir vətəndaşımız üçün əlçatan etməkdir.
-
- Müasir texnologiyalardan istifadə edərək biznesin düzgün təşkilində və daim inkişaf etdirilməsində köməklik etmək;
- Ölkəmizdə innovativ texnologiyaların inkişafına töhfə vermək üçün peşəkar kadrlar yetişdirmək;
- Xidmət keyfiyyətini təkmilləşdirərək müştərilərimizin arzularını qabaqlamaq;
- Yaxşı tərəfdaş və məsuliyyətli icraçı kimi etibar qazanmaq;
- Azərbaycanın İT bazarının daimi inkişaf yolunda flaqman kimi çıxış etmək.-
- Regionda ən qabaqcıl təcrübə və yenilikləri tədbiq etmək;
- Müştərilərimizə genişmiqyaslı İT xidmətləri göstərmək;
- Müştəri məmnuniyyətini daima ön planda tutmaq;
- Loyallığı mənimsəyən bir brendə çevrilmək bizim əsas brend strategiyamızdır.-
- İlk milli brend "NEXUS" notbuklarının istehsalı;
- İlk dəfə məhz Azərbaycanda simsiz internet zonalarının yaradılması;
- İlk dəfə olaraq bütün dövlət universitetlərinin (18) simsiz internetə giriş zonasının yaradılması;- 2 nüvəli və 4 nüvəli server və notbuk sistemləri üçün 2 Dünya Premyerasının Azərbaycanda təşkili;- İlk dəfə elektron dərslərin keçilməsi üçün avadanlıq və proqramların qurulması;- İlk avtomatlaşdırılmış milli kitabxananın yaradılması;- İlk dəfə Azərbaycanda elektron imzanın hazırlanması.
-
Standartların irəlisində!
Sizə ultrakeyfiyyətli xidmət göstərən təcrübəli komandaya malik şirkətimiz qlobal standartlara da cavab verir! Uğurla əldə etdiyimiz beynəlxalq “ISO 9001:2015” sertifikatı bütün dünyada tanınır və təqdim olunan məhsul və xidmətlərin təhlükəsiz, etibarlı və keyfiyyətli olmasını ehtiva edir.Partnyorlarımız
Ceyhun Şirməmmədov
“Azərbaycan Dəmir Yolları” QSC
“Biz “ULTRA Technologies” MMC – nin hazıradək təqdim etdiyi malların keyfiyyətindən, çatdırılma müddətindən və əməkdaşların işə nəzakətli münasibətindən məmnunuq.”
Ramil Mehdiyev
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi şirkətinizin əməkdaşlarının peşəkarlıq səviyyəsini yüksək qiymətləndirir və “ULTRA Technologies” MMC – ni etibarlı tərəfdaş kimi xarakterizə etməklə bu şirkətlə əməkdaşlığı tövsiyyə edir.”
Hamit Topaloglu
Rixos Quba Azerbaijan
”ULTRA Computers” şirkəti öz fəaliyyətində tam şəkildə işgüzar əməkdaşlığın əsas prinsiplərinə və qarşılıqlı razılaşmaların yerinə yetirilməsi normalarına riayət edir.”
Fərhad İbrahimov
“Bakı Metropoliteni” QSC
”Bakı Metropoliteni” QSC, “ULTRA Technologies” şirkətinin əməkdaşlarının professionallıq səviyyəsini və onların məsuliyyətliyini çox bəyənir və gələcəkdə də “ULTRA Technologies” şirkətini özünə etibarlı partnyor kimi görür.”
Rafiq Bayramov
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
“Artıq 2 ildən çoxdur ki, başlayan layihə çərçivəsində “ULTRA Computers” şirkəti tərəfindən ALİSA (Automated Library İnformation System of Azerbaijan) adı altında Kitabxana İdarəetmə Sistemi yaradılmış və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdnində fəaliyyət göstərən 30-dan çox kitabxanaya uğurla tətbiq edilmişdir.”LUKOIL
Azerbaijan
“ULTRA Technologies şirkətinin mütəxəssisləri öz tapşırıqlarını səmərəli və vaxtında yerinə yetirirlər, hər bir müştərinin ehtiyaclarını nəzərə alaraq fərdi yanaşma ilə işləmə bacarıqları ilə seçilirlər.”
Vakansiyalar
-
26.05 - 26.06.2023
Biznes analitikTəcrübə2 il +"Ultra" dünyasına xoş gəldin!Burada səni gülərüz, gənc və dinamik bir komanda qarşılayacaq. Ən müasir avadanlıqlarla təchiz olunmuş ideal iş şəraiti də səni gözləyir. Biz həmçinin mütəmadi keçirilən treninqlər və sertifikasiyalarla özünüinkişaf şansı da təklif edirik. Şənbə və bazar istirahət günlərin olmaqla həftə içi 5 gün saat 09:00-dan 18:00-dək komanda şəklində bir yerdə olacağıq. Əmək haqqı 1000 AZN.Tezliklə görüşənədək!Vəzifə öhdəlikləri və tələblər:- Ali təhsil (Biznes inzibatçılığı və İT sahəsində təhsilə üstünlük verilir);
- Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
- BPMN və UML diaqramları ilə iş təcrübəsi;
- Task management alətləri ilə iş təcrübəsi (Jira, Azure Boards, Redmine və s.)
- Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki) | Rus dili arzuolunandır;
- Proqram təminatı layihələrində minimum 2 il biznes analitik və yaxud məhsul sahibi kimi iş təcrübəsi;
- Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı
- İlkin texniki biliklərə sahib olması, MsOffice və digər köməkçi alətlər ilə işləmə bacarıqları;
- Analitik düşünmə bacarığı, böyük ölçüdə məlumatların emal edilməsi və ehtiyac duyulan məlumatları əldə edilməsi;
- Layihəyə dair müştəri ilə görüşlərin keçirilməsi və tələblərin müəyyən edilməsi;
- Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müyyən edilməsi, müştəri və layihə iştrakçıları ilə razılaşdırılması;
- Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin biznes proseslərin analiz edilməsi;
- Biznes proseslərin diaqram və sxemlər(draw.io, Visio və s. ilə ) əsasında vizual təsvir edilməsi;
- Funksional və qeyri-funksional tələblərin analiz edilməsi, formalaşdırılması;
- Layihənin Ilkin və sonrakı mərhələlərdə səhifələrinin eskizlərinin hazırlanması, dizayner və müştəri arasında əlaqənin təmin edilməsi və dəstəyi ;
- Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması;
- Risklərin, yaranacaq problemlərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması və rəhbərliyə məruzə edilməsi;
- Daxili sistemlər üzərindən işlərin keyfiyyətinə və zamanına nəzarət etmək;
- Tələblər üzrə prioritetlərin müəyyən edilməsi və “Tapşırıqlar toplusunun” prioritetə görə formalaşdırılması;
- Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
- Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
- Gündəlik/həfdəlik SCRUM/Agile görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
- Hazırlanan səhifə və funksionallıqların ilkin testing-in aparılması, problemlərin, natamam funksionallıqların müəyyən edilib ətraflı izah edilərək qeydlərin aparılması;
- Təlimlərin verilməsi;
- Təqdimatların hazırlanması;
- İstifadəçi təlimatlarının hazırlanması.
Etika məcəlləsiSəmimiyyət və dürüstlük bizim bütün biznes prosesləri və qarşılıqlı münasibətlərimizdə əsas tutduğumuz ən vacib dəyərlərdir. Hər bir əməkdaşımız öz həmkarları və tərəfdaşlarımızla münasibətdə səmimiyyət və dürüstlüyə riayət etməlidir. Biz işçilərin şəxsi fiziki və emosional mühitinə hörmət edir və bütün işçilərimizi sağlam və təhlükəsiz fiziki iş mühiti ilə təmin edirik. Şirkətimizdə cinsi, irqi, dini və dil ayrı-seçkiliyinə yol verilmir.Verilmə tarixi:02.05.2016Rüşvətxorluq və Korrupsiyaya qarşı Mübarizə haqqında Siyasəti .pdf fileVerilmə tarixi:02.05.2016Korrupsiyaya qarşı Mübarizə Proqramı .pdf fileVerilmə tarixi:02.05.2016Xəbər vermə siyasəti .pdf fileVerilmə tarixi:02.05.2016Korporativ Etika Məcəlləsi .pdf fileVerilmə tarixi:02.05.2016Biznes tərəfdaşları Prosedur .pdf fileMəlumatlandırmaPozuntular haqqında necə məlumat vermək olar?Sizin şübhələriniz bizim üçün çox vacibdir. Əgər sizin “Ultra Technologies” şirkətinin iş fəaliyyəti standartlarının, siyasətinin, həmçinin, qanunvercilik, yaxud normativ tələblərin mümkün pozuntuları barədə şübhəniz varsa, bu barədə dərhal məlumat verməyiniz tövsiyyə olunur. “Ultra Technologies” şirkəti şübhələrinizi bizimlə bölüşməniz üçün bir neçə vasitə təqdim edir. Bundan başqa, siz bu resurslardan istifadə edərək suallar verə, yaxud iş fəaliyyəti və qanunvericilik tələblərinə riayətlə bağlı məsləhət ala bilərsiniz.Məxfiliyin qorunması və cavab tədbirlərinin qəbuledilməzliyi“Ultra Technologies” şirkəti daxil olan bütün müraciətləri məxfiliyə riayət etməklə emal edir və gərəkli məlumatları təqdim etmiş şəxslər haqqında məlumatları, qanunun imkan verdiyi dərəcədə, məxfi saxlamağa çalışır. Sizin özünüz haqqında məlumatları daxil etməyiniz tövsiyyə olunur. Belə ki, bu, təhlil və vəziyyətin araşdırılması proseslərini asanlaşdırmağa imkan verir. “Ultra Technologies” şirkəti pozuntular haqqında düzgün məlumat vermiş şəxslərə qarşı hər hansı cavab tədbirlərinin görülməsini qəbuledilməz hesab edir.The NetworkUltra Technologies şirkətinin “qaynar xətti” həftənin 7 günü, 24 saat olmaqla aktivdir. Xidmət sizin şübhələrinizi qeydə alaraq, əldə olunmuş bütün məlumatları şirkətin müvafiq məsul əməkdaşlarına ötürür. -
-
-