Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

“Zəfər Yolu”


5 noyabr 2021-ci il tarixində şirkətimiz 44 günlük Vətən müharibəsində qazandığımız  Qələbəyə həsr olunmuş “Zəfər yolu” başlığı altında müsabiqə elan etmişdir.
Müsabiqənin Şərtlərinə əsasən şirkətin bütün əməkdaşları 8 komandaya bölünmüşdür və “Zəfər Yolu” şüarı ilə müxtəlif əl işləri (rəsm, xüsusi heykəltəraşlıq əsərləri, video-rolik və s. kimi əl işləri) hazırlanması tapşırığı verilmişdir. Hər bir komanda tərəfindən hazırlanmış iş 04 noyabr tarixinə qədər təqdim edilməli idi. Qaliblər rəhbərlik tərəfindən təyin olunmuş münsiflər heyəti tərəfindən səsvermə yolu ilə seçilmişdir.
ULTRA Technologies rəhbərliyi tərəfindən 1-ci yeri tutan komandaya - 1000 manat, 2-ci yer 500 manat  və 3-cü yer üçün xatirə hədiyyələri təqdim edilmişdir.
Tədbirdən maraqlı anları və əməkdaşlarımızın əl işlərini Sizlərlə bölüşürük