Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

“ULTRA Technologies” Platinum statusuna layiq görülüb.

“ULTRA Technologies” “Dell EMC” şirkəti ilə yeni tərəfdaşlıq səviyyəsinə qədəm qoyub və “Platinum” statusuna layiq görülüb. Şirkət dövlət və özəl qurumlar üçün “Dell EMC” texnologiyaları əsasında həllərin – serverlərin, məlumat bazası sistemlərinin, şəbəkə və “client” avadanlığının tədarükünü həyata keçirir. Bundan başqa, “ULTRA Technologies” şirkəti “Dell EMC” ilə birlikdə ayrı-ayrı müştərilərin ehtiyaclarına uyğun həllər işləyib hazırlayır.
“Dell EMC”-nin tərəfdaşlıq proqramının yüksək “Platinum” statusu tərəfdaşın biznesinin gələcək inkişafı və “Dell EMC” ilə qarşılıqlı fayda kəsb edən əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu statusun alınması venderin “ULTRA Technologies” şirkətinin mütəxəssislərinin “Dell EMC” məhsulları və həlləri ilə iş zamanı yüksək peşəkarlığını etiraf etməsinin sübutudur. Yeni status “Dell EMC” məhsullarının tədarük həcmlərinin artmasından xəbər verir. “ULTRA Technologies” 2019-cu ildən etibarən vendorla tərəfdaşlıq edir.
Dell ABŞ-ın texnologiya şirkətidir. 2016-cı ildə “Dell” və EMC şirkətlərinin birləşməsi nəticəsində yaradılıb. Geniş çeşidli avadanlığın istehsalı və satışı ilə məşğuldur.