Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

Baku Cybersecurity Forum 2022

Kibertəhlükəsizlik sahəsində genişmiqyaslı tədbir olan “Baku Cybersecurity Forum 2022” təcrübəmizi sahənin ən son tendensiyalarına uyğunlaşdırılmasını təmin edəcək. Tədbirin “Gold” tərəfdaşlarından biri olaraq “ULTRA Technologies” şirkətinin biznes tərəfdaşlarını bu tədbirdə görməkdən məmnun olarıq. 

Forumda dünyanın informasiya təhlükəsizliyi mütəxəssislərinin qarşılaşdığı aktual çağırışlar barədə məlumat əldə edəcək, hansı həllər və yanaşmalarla onlara uyğunlaşa biləcəyiniz barədə öyrənəcəksiniz. Sizi “Palo Alto Networks” və digər tərəfdaşların ekspertlərinin təcrübəsi ilə tanışlıq, netvorkinq və qarşıda duran ən zəruri vəzifələrin həlli ilə bağlı faydalı məsləhətlər gözləyir. 
Gündəlikdə duran əsas müzakirə mövzularına kibertəhlükəsizlik trendləri, ML bazasında STRATA həlli vasitəsilə şəbəkənin qorunması və istifadə keysləri, “Cortex XDR” və “Prisma SASE” həlləri üzrə texniki sessiyalar, buluda təhlükəsiz keçidin təmin edilməsi üçün “Palo Alto Networks” texnologiyalarının təhlili daxildir. 

Tədbirdə hesabatların təqdim edilməsindən əlavə sizi tərəfdaşların və qonaqların çıxışı, həmkarlarla bol ünsiyyət imkanı və xoş ab-hava gözləyir. Bir günlük tədbir interaktiv, maraqlı hesabatlar və netvorkinq üçün nəzərdə tutulub. 
Sizi iyunun 23-ü JW Marriott Absheron Baku otelində gözləyirik. 

Qeydiyyat üçün keçid https://bit.ly/3t8702n