Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

Project of The Year

“ULTRA Technologies”, tərəfdaşı “Lexmark” tərəfindən 2022 – ci ilin “Project of The Year” mükafatına layiq görülüb.

Son 5 il ərzində “Ultra Technologies” şirkəti “Lexmark” brendinin xüsusi imkanlara malik və qiymətləri ilə bazarda seçilən peşəkar printer-skaner avadanlıqlarının satışını həyata keçirir. 

Bu cür sıx əməkdaşlığın nəticəsi kimi bir sıra iri və uğurlu layihələrin birgə həyata keçirilməsini göstərmək olar.

“Lexmark” brendinin çap və təsvirlərin yaradılması qurğularının və həllərinin yerli bazarda inkişafı üzrə gördüyümüz işi yüksək qiymətləndirdiyinə görə tərəfdaşımıza minnətdarlığımızı bildiririk.