Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

Oracle Həlləri üzrə Seminar

18 noyabr 2022 – ci il tarixində MUK Azerbaijan şirkəti ilə birgə “Verilənlər Bazasının İdarə Sistemlərində məlumatın qorunması üzrə Oracle həllərinin icmalı” mövzusunda seminar keçirilib.

Seminarda təhlükəsizliyin qiymətləndirilməsi üsulları və modelləri haqqında müzakirələr aparılıb. 

Seminarın məruzəçisi “Oracle” şirkətinin MDB üzrə aparıcı məsləhətçisi Oleq Fainitski olub. Məruzəçi bizimlə təcrübəsini bölüşüb və müştərilərimizi maraqlandıran sualları cavablandırıb.

Maraqlı tədbirə görə MUK Azerbaijan və ORACLE şirkətlərinə təşəkkürümüzü bildiririk.