Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

“ULTRA Technologies” Fransanın “Thales e-Security” şirkətinin “Silver Reseller” statusuna layiq görülüb

Azərbaycanın “ULTRA Technologies” şirkəti Fransanın “Thales e-Security” şirkətinin “Silver Reseller” statusuna layiq görülüb. “Thales Group”a daxil olan bu şirkətin işləyib hazırladığı və istehsal etdiyi təhlükəsizliyin təmin edilməsi üçün son dərəcə etibarlı həllər kriptoqrafik sistemlər üçün qəbul edilmiş və yeni standartlara cavab verir. Şirkətin məhsulları sırasında bank və maliyyə sektorları üçün ixtisaslaşmış həlləri (Thales payShield), həmçinin ümumi təyinatlı informasiyanın mühafizəsi üçün həlləri göstərmək olar.

“Thales e-Security” şirkətinin bütün məhsulları eyni məqsədə xidmət edir: mövcud və gələcək kompleks informasiya təhlükəsizliyi problemlərinin öhdəsindən gəlməkdə kommersiya, dövlət və digər qurumlara kömək etmək. “Thales e-Security” şirkətinin məhsulları minimum istismar xərcləri ilə maksimum əməliyyat effektivliyini təmin edir, İT sistemlər, tələblər və standartlar dəyişdikcə təşkilatlara çevik qalmağa imkan verir. “Thales e-Security” brendinin həlləri etibarlılığa və miqyaslılığa mənfi təsir göstərmədən tam təhlükəsizliyi təmin edir.

“Thales e-Security” brendinin təhlükəsizlik sisteminin aparat modulları istənilən korporativ informasiyanın və tətbiqlərin aparat kriptoqrafik müdafiəsini təmin edir. Bu modullardan Azərbaycan bankları və prosessinq mərkəzləri tərəfindən demək olar ki, istənilən sistemdə kriptoqrafiya və elektron rəqəmsal imzadan istifadə etməklə proqram təminatının şifrələnməsinin tətbiqi ilə bağlı təhlükəsizlik çatışmazlıqlarının və effektivlik problemlərinin aradan qaldırılması üçün geniş istifadə olunur.

“Silver Reseller” statusu sayəsində “ULTRA Technologies” müştərilərinə “Thales e-Security” şirkətinin HSM modullarının alınması və saxlanması sahəsində daha keyfiyyətli xidmətlər təqdim etmək imkanı əldə edəcək.