Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

Cisco Meraki Day

“ULTRA Technologies”, “Gulfstream Distribution” və “Cisco” şirkətlərinin birgə təşkil etdiyi "Meraki Day" tədbirindən fotoreportajı sizə təqdim edirik. 

“ULTRA Technologies” və “Gulfstream Distribution” şirkətləri 2023-cü il martın 29-da “JW Marriott Absheron Baku” otelində növbəti birgə tədbirlərini keçiriblər. Sifarişçilərin bir araya gəlməsində məqsəd “Cisco Meraki” informasiya təhlükəsizliyinin yeni həllər sinfinin müzakirə edilməsi olub.  

Seminar texniki mütəxəssislər üçün nəzərdə tutulub. Bu seminar çərçivəsində dinləyicilər “Cisco Meraki” informasiya təhlükəsizliyinin sadə, effektiv və rahat həlləri haqqında məlumat əldə ediblər. Həllin Demo versiyası nümayiş etdirilib və seminar iştirakçıları ilə maraqlı müzakirələr aparılıb.

Tədbirin spikerləri Anastasiya Frolova (Leader, Systems Engineering, Cisco Meraki) və Anar İbayev (Cisco Engineering in Gulfstream Distribution) olub.