Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

“ULTRA Technologies” şirkəti "Palo Alto Networks NextWave Innovator 2023" statusuna layiq görülüb


Böyük məmnuniyyət hissi ilə bildirmək istəyirik ki, “ULTRA Technologies” şirkəti “Palo Alto - Networks NextWave Innovator Solution Provider 2023” statusunu yeniləyib. Bu status göstərir ki, “ULTRA Technologies” Azərbaycan ərazisində korporativ müştərilər üçün informasiya təhlükəsizliyinin tətbiqi üzrə həlləri həyata keçirmək üçün zəruri “Palo Alto” tələblərinə cavab verir.

Azərbaycanın və bütövlükdə regionun aparıcı şirkətlərindən biri olan “Ultra Technologies” şirkətinin əsas fəaliyyət sahəsinə elektron həllər, proqramlaşdırma, İKT məhsullarının istehsalı və ixracı, dünya şöhrətli İT korporasiyalarının (DELL, Cisco, HP, HPE və s.) Azərbaycanda rəsmi təmsilçiliyi və məhsullarının distribüsiyası daxildir. 

24 ildən artıqdır ki, uğurla fəaliyyət göstərən şirkət yeniliklərə meyli və inkişaf dinamikası ilə fərqlənir.