Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

Cloudflare Zero Trust Day 2

Oktyabrın 13-də Bakıda "Cloudflare", "Ultra Technologies" və BAKOTECH şirkətlərinin birgə təşkilatçılığı ilə “Zero Trust Day” tədbiri keçirilib. Tədbir çərçivəsində iştirakçılar şirkətlərin “Zero Trust”a keçməsinə mane olan məsələlər, keçid üçün əsas mərhələlər, həmçinin “Zero Trust”ın gələcəyi ilə bağlı məlumat əldə edib, həmçinin "Cloudflare Application" xidmətləri ilə tanış olublar.

"Zero Trust", fəaliyyətinin ilk ilində təhlükəsizliyini təmin etmək istəyən bütün təşkilatlar üçün mütləq tələb hesab olunur. Lakin bu yanaşmaların davamlı həyata keçirilməsi müxtəlif problemlər yaradır. Belə ki, bunun üçün təkcə istək və texnologiyaların olması kifayət etmir, həmçinin təşkilat və hər bir əməkdaş səviyyəsində təhlükəsizlik yanaşmalarında dəyişiklik edilməsi tələb olunur.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar qolf dərslərində iştirak edib və qeyri-rəsmi şəraitdə söhbətləşmək imkanı qazanıblar.

Tədbirə qatılan qonaqlara təşəkkürlərimizi bildiririk.