ULTRA Technologies tərəfindən növbəti təşəbbüs.
Şirkətimiz gənc istedadlara və idmana dəstək olmaqda davam edir!
Gənc cüdoçu, gənclər arasında Avropa Çempionatının bürünc mükafatçısı Tuncay Şamil ötən həftə şirkətimizin qonağı oldu!
"ULTRA Technologies" Tuncay kimi istedadlı və məqsədyönlü idmançılarla fəxr edir. Onun nailiyyətləri təkcə bizi deyil, yüksək hədəflərə can atan bütün gəncləri ruhlandırır.
Görüş zamanı onun keçdiyi uğur yolunu, qarşılaşdığı çətinlikləri və gələcək planlarını müzakirə etdik. İdman, qətiyyətlilik və mətanətlilik haqqında ilhamverici söhbət alındı!
Ona tatamidə daha böyük uğurlar və yeni qələbələr arzulayırıq!