Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

27 avqust 2021 – ci il tarixində tərəfdaşlar üçün “ULTRA Technologies” və “HPE” ilə birgə “HPE Məlumat Saxlama Sistemlərinə” ümumi baxış seminarı təşkil olunub.

Seminar “InterContinental Baku” otelində təşkil olunub. Seminarın mühazirəçisi “HPE” şirkətinin Məlumat Saxlama Sistemləri üzrə məsləhətçisi Orxan Mirsadiqov olub.
Lokdaun ilə bağlı uzun müddətli fasilədən sonra tərəfdaşımız “HPE” ilə birgə “HPE Məlumat Saxlama Sistemlərinə ümumi baxış” adlı seminar keçirilib. Tədbirdə Məlumat Saxlama Sistemlərinə aid yeni “HPE” həllər nümayiş etdirilmişdir.
Seminar, tərəfdaşlarımıza “HPE” məhsulları haqqında daha ətraflı məlumat verməyi, onlara peşəkarlardan konsultasiyanın alınmasını, yeni fikirlər və ideyaları səsləndirməyi və faydalı məsləhətlər almağı mümkün etdi.