Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

Sərxan Məmmədovun "Infocity" jurnalı üçün müsahibəsi

“ULTRA Technologies”in şirkətinin Əməliyyat xidmətləri qrupunun rəhbəri Sərxan Məmmədovla söhbət şirkətin proqram təminatı bazarında yerli trendləri necə yaratdığına həsr olunub.

— “Enterprise” səviyyəli müştərilər üçün proqram təminatının işlənib hazırlanması heç də asan iş deyil. Yüksək keyfiyyətli, eyni zamanda kommersiya cəhətdən tələbatlı məhsul yaratmağı öyrənmək üçün nə etmək lazımdır?

— Hər şey bazarı və potensial müştərilərin cari ehtiyaclarını öyrənməkdən başlayır. Ölkəmizin dinamik inkişafını və bu gün informasiya texnologiyaları ilə sıx əlaqə olmadan belə inkişafın mümkün olmadığını nəzərə alsaq, bizim üçün lazımi vektoru müəyyən edən məhz bazar araşdırmasıdır. Bilirsiniz, ola bilər ki, mükəmməl proqram yaradasınız, amma o, heç kimə lazım olmasın. Buna görə də “küləyin hansı tərəfə əsdiyini” başa düşmək vacibdir. Ancaq bu, tərtibatçıların qarşısında duran vəzifənin yalnız yarısıdır. Yüksək keyfiyyətli proqram məhsulu yaratmaq üçün yaxşı komandaya sahib olmalısan. Bu halda mən təkcə proqramçıları nəzərdə tutmuram. Bu komandanın başında yaxşı layihə meneceri dayanmalıdır. 25 illik fəaliyyətimiz ərzində biz belə bir komanda yarada bildik və bu, bizə ən böyük və mürəkkəb layihələrin həyata keçirilməsində uğurla iştirak etmək imkanı verdi.

— “ULTRA Technologies” şirkətinin korporativ proqram təminatı bazarında təklif etdiyi həllər haqqında qısaca məlumat verə bilərsinizmi?

— Proqram təminatı portfelimiz o qədər genişdir ki, bunu 1-2 sözlə ifadə etmək çətindir. Biz təhsil sektorunda, sənəd dövriyyəsi, sığorta və kitabxanaçılıq sahələrində özümüzü sübut etmişik. Lakin bu o demək deyil ki, şirkətin fəaliyyəti yalnız bu seqmentlərlə məhdudlaşır. Bu illər ərzində iqtisadiyyatın müxtəlif sahələrində proseslərin avtomatlaşdırılması ilə bağlı bir çox layihələr həyata keçirilib və indi biz yeni çağırışlara hazırıq.

Daha ətraflı məlumat üçün məqaləyə keçid edin: http://surl.li/npzegm