Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

EduMan sistemində yeniliklər

Azərbaycanın təhsil sahəsində ən yaxşı sistemlərdən biri hesab olunan EduMan sistemində yeni tədris mövsümünə hazırlıq məqsədi ilə yeni funksionallıqlar əlavə edilmişdir. 
Azərbaycanın təhsil sahəsində ən yaxşı sistemlərdən biri hesab olunan EduMan sistemində yeni tədris mövsümünə hazırlıq məqsədi ilə yeni funksionallıqlar əlavə edilmişdir. Sistemin tətbiq olunması ilə təhsil müəssisələri maksimum təhsil prosesinin şəffaflığının artırılması, rahat planlaşdırılması və tələbələr tərəfindən daha keyfiyyətli təhsil almaq imkanı əldə edirlər. 
Təhsil müəssisələri sistemdə tətbiq etməklə, aşağıdaki üstünlüklər əldə edəcəklər. Tələbələrin operativ və rahat qeydiyyatı, elektron jurnal vasitəsilə qiymətləndirmə və dərsə davamiyyətin qeyd olunması və tədris işinin planlaşdırılması. Sistem vasitəsilə müəssisəyə aid kitabxananın elektron idarəolunması mövcuddur. Yenilənmiş versiyada bundan savayı müəllimlərin deferensial əmək haqqının hesablanması, elektron təqaüdlərin idarəolunması və s. kimi üstünlüklər əlavə edilmişdir.
Qeyd edək ki, “EduMan” sistemi “Ultra Technologies” şirkəti tərəfindən hazırlanmış və uğurla Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, “Baku Oxford School”da (BOS), Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan 5 kollecdə tətbiq edilmişdir.