Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

ULTRA fəxri fərman ilə təltif olunub

Layihəni uğurla həyata keçirdiyinə görə şirkətimiz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri fərman ilə təltif edilib.
"Ultra" şirkəti "Eurovision 2012" mahnı müsabiqəsi portalının yaradılması və təhlükəsizliyinin təmin edilməsinə görə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. Fərman "Ultra" şirkətinin baş direktoru Zaur Məmmədzadəyə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən təqdim edilib.
Qeyd etmək istərdik ki, 25 yanvar 2012-ci il tarixindən indiyədək "Ultra" www.eurovision.az saytının texniki dəstəyi ilə məşğul olur. "Eurovision 2012"-nin keçirildiyi zaman bütün xəbərlər, foto və video materiallar "Ultra" şirkətinin əməkdaşlarından toplanmış xüsusi işçi qrupu tərəfindən portala əlavə edilirdi. "Eurovision 2012" portalı Azərbaycan və ingilis dillərində olan məlumatlara malikdir. İlk əvvəl portalın işlənib hazırlanması zamanı saytın kontenti yığılarkən bir sıra xarici dillərdən istifadə olunurdu və hazırda da istənilən zaman sayta əlavə dilləri qoşmaq mümkündür.