Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

Cloudflare Zero Trust Day

"Zero Trust", fəaliyyətinin ilk ilində təhlükəsizliyini təmin etmək istəyən bütün təşkilatlar üçün əvəzolunmazdır. Lakin bu yanaşmaların ardıcıl həyata keçirilməsi problem yaradır, çünki bu, təkcə istək və texnologiya deyil, həm də təşkilat və hər bir əməkdaş səviyyəsində təhlükəsizlik yanaşmalarında dəyişiklik edilməsini tələb edir.

ULTRA, "Cloudflare Technologies" və BAKOTEC şirkətlərinin birgə təşkil etdiyi "Cloudflare Zero Trust Day" tədbiri aprelin 14-də Bakı şəhərində keçirilib. Tədbir çərçivəsində iştirakçılar şirkətlərin “Zero Trust”a keçməsinə nəyin mane olduğu, keçid üçün əsas mərhələlərin hansılar olduğu, həmçinin “Zero Trust”ın gələcəyinin necə olacağı ilə bağlı suallara cavab tapıblar. 

Tədbirə maraq göstərən və qoşulan bütün iştirakçılara təşəkkür edirik.