Rəqəmsal Gələcək
ULTRA ilə Gələcək

II Milli Kibertəhlükəsizlik Forumu

1 iyun tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının təşkilatçılığı ilə “III Milli Kibertəhlükəsizlik Forumu" keçirilmişdir. ULTRA Technologies şirkəti tədbirdə Gümüş sponsor qismində iştirak edib.

350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsi olub.

Şirkətin stendində forumun iştirakçıları üçün kibertəhlükəsizlik sahəsində mövcud brendlər və həllər haqqında ətraflı məlumat təqdim edilib.